Icma.az
close
up
RU
525 ci qəzet Ayrılıqdan ayrılığa Şahnaz Şahindən Yeni esse

525 ci qəzet Ayrılıqdan ayrılığa Şahnaz Şahindən Yeni esse

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahnaz ŞAHİN

Nə sevginin ölçüsü var, nə də ayrılığın. Amma mən birini digərinin başlanğıcı və sonu, həm də ölçü vahidi hesab edirəm. Dahilər demiş, sevgi üçün ayrılıq, od üçün külək kimidir. O, zəif məhəbbəti söndürür, güclünü daha da alovlandırır. Bu iki məfhum üçün zaman və məsafə məhdudiyyəti də yoxdur. Qəfil gəlişiylə həyatında fırtına effekti yaradar, indiyə qədər bildiyin və inandığın ölçü biçiləri, dəyərləri dəyişdirər, dünyanın rənginə rəng qatar.

Sevilən, arzulanan olmağı kim istəməz ki!.. Evlərin pəncərəsi Günəşə, qəlblərin pəncərəsi isə sevgiyə açılır. Xoş o adamın halına ki, qəlbi eşqlə aram olur, ürəyi məhəbbətə yuvadır. Deyirəm, Allahın yaratdığı o insan, ya bir canlı xoşbəxtdir ki, getməyə yeri, sığınmağa yuvası var.

Nə qədər ki, gəncdir, gecə-gündüz demədən, yorğunluq nədir bilmədən çalışır. Ev tikir, həyət-baca düzəldir, əzizlərini başına toplayıb burada rahatlıqla bir ömür yaşamaq istəyir. Torpağına, daşına alnının təri qarışır, divarlarını əlinin qabarı  sığallayır. Çoxdan kənddəki evimizi satıb şəhərə daşınmaq istəsək də, həyat yoldaşım razılaşmır. Deyir, bu daşlarda mənim əl izlərim var. Bu, yalnız ev deyil, həm də xatirələr muzeyidir. Düz deyir. Elə mən də burada hər ağacın, hər daşın xasiyyətini bilirəm, tanıyıram onu, elə onlar da məni tanıyır. Bəzən saatlarla bağımızda bitirdiyimiz meyvə, ya da dekarotiv ağaclar ilə söhbət edirəm. Onların çoxu yaşlanıb, bax elə bu alça ağacından başlayım, onu heç kim əkməyib, özü bitib. Daha budaqlarının çoxu quruyub, amma həyat eşqi o qədərdir ki, yenə hər il ilk baharda özündə hünər tabıb ağappaq çiçəkləriylə bəzənib çıxır önümüzə...

Bax, bu qollu-budaqlı İnnab ağacını anam öz əlləri ilə əkmişdi, onda heç boyu bir metrə çatmırdı. İndi böyür-başı nəvə-nəticələri ilə doludur. Bu kötüyü görürsən, Xartut ağaçı idi, onu isə qayınatam vermişdi, ilk barını yeyəndə dünyanı bizə bağışlamışdılar. Ötüb keçən illər onu da qocaltdı, əvvəl xırda budaqları qurudu, sonra da yavaş-yavaş özü. İndi də yorulanda ondan qalan bu kötüyün üstündə oturub həm dincəlirəm, həm də keçən zamanları xatırlayıram.

Bu evi də ikimiz qurmuşuq, hələ balaca oğlum da "fəhləlik" edib, öz çəkisindən ağır mişar daşlarını daşıyıb atasının yaxınlığına yığırdı. Evimizin divarı hər daş boyu qalxdıqca baxıb sevinirdik. Əlbəttə, çətindir, hər şeyi buraxıb getmək olmur, qadam, olmur...

Ayrılığı duymadığı zamanlar da olur adamın, hər şeyin hələ irəlidə olduğunu düşünərək həyata sarılmaq necə də gözəl hissdir! Sonra səni tərk edib gedənlərin hər biri ilə bir az təklənirsən, sanki həyatla sənin aranda olan bağlar qırılır bir-bir. Ömrün xatirə gözü ağırlaşır, dünya dönə-dönə çat verir içində...

Dünya sanki bir görünməyən konveyerdir, fırlanır və hərəkət etdikcə üstünə yığılan adamlar da bəlli bir yerə çatınca istədi, istəmədi düşüb gedir və bir daha qayıtmır.  Ayrılığı ölümlə müqayisə edirəm, təzə ilin astanasında baş verən təyyarə faciəsində həlak olan insanların ömrü kimi arzuları da yarı yolda qırıldı. Əzizlərinə ömürlük kədər və göz yaşı verib əbədiyyətə çəkildilər.

Hər ayrılıqdan insan qəlbində bir yanıq yeri qalır, üstü qaysaq tutan bu yara tez-tez qanayır. O gedənini səninçün sonra heç kim əvəz edə bilmir. Təsəlli olur, dayaq olur, amma əvəz edə bilmir! Boş qalır o yer, bomboş, dolmur ki, dolmur...

"İnsan kərpic kimidir, yandıqca bərkiyir", deyirlər. Hər ayrılıq da sinə dağlamaz amma. Ayrılıqlar vüsala yoldursa, o qapıdan keçməyə nə var. Vay o gündən ki, əbədi ayrılasan. Bəzən hiss etmədən ötən hər gün, hər an belə insanı ayrılığa aparır. Gündəlik qayğılar başımızı elə qatır ki, çox zaman fərqində olmuruq heç. Bir ətrafınıza baxın, evdə, işdə, cəmiyyətdə doğma, əziz, dəyərli insanların əhatəsində olmaq, onların sevgisini hiss etmək nə gözəldir!

...Növbəti ilimizin ilk günlərini yaşayırıq, bilirəm, mənim kimi çoxunuz köhnə illə sağollaşıb şirin arzularla, ümidlərlə sarılıb yeni ilə. Çoxlu umacaqlarımız, gözləntilərimiz var, kimsə subaylığın daşını atmaq üçün bir sevginin, kimsə hansısa xəstəlikdən qurtulub sağlamlığına qovuşmağın həsrətindədir. Digəri əmək haqları və təqaüdlərin artırılması arzusunda ikən, bir başqası orta məktəbin son pilləsində dayanıb o üzə-böyük arzularına sarı gedən yola boylanır... Kimsə iş axtarır, bir başqası yenicə təməlini qoyduğu evinin tikintisinin bitməyinə həvəslənir. Bir böyük arzumuz da var, bu da hər bir Azərbaycan vətəndaşının arzusu, istəyidir. Qarabağda başlanan böyük işlər, layihələr də uğurla irəliləsin, illərlə yurd-yuvasına dönmək istəyən soydaşlarımız son nəfərinə qədər 30 illik ayrılığın qapısını çırpıb çıxsınlar...

Həyat döyüş meydanıdır, fəqət kimin başlamasından xəbərin olmur. Sən, istədin, ya istəmədin, bir də baxıb görürsən meydandasan, döyüşməkdən başqa yolun yoxdu. Qaliblər müzakirə olunmasa da, məğlublar həmişə söz yeridi. Atacaqlar, tutacaqlar, vuracaqlar, yıxacaqlar, lap sürüyüb çıxaracaqlar meydandan. İndi buyur, hünərin var qalib olma!..

İtalyan filosofu Cambatisto Viko hesab edir ki, "hər birimizin həyatı bəşər tarixinin xülasəsidir, yəni hər kəs ömründə bəşər tarixinin mərhələlərini qısa şəkildə təkrar edir". Yetər ki, daxilindəki Günəşi, Ayı, Ulduzları görmək üçün fikir səmasını qaralmağa qoymayasan, möcüzələrə inanasan ki, öz möcüzəni də tapasan...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri