Icma.az
close
up
RU
Uzaqlarda biri var, əlləri üzünə dayaq Şahnaz Şahindən Yeni esse

Uzaqlarda biri var, əlləri üzünə dayaq Şahnaz Şahindən Yeni esse

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şahnaz ŞAHİN

Bir parfüm qoxusu

Orda..,

uzaqlarda biri var, əlləri üzünə dayaq

gözləməkdən yorulmuş, 

yorulub arınmış və

yorulduğunu unutmuş...

Biri var,

içindən hər dəfə bir soyuq giliz tapanda

şəhadət barmağını qaranlığa tuşlayıb gözləyən...

Biri var,

səni oyatmasın deyə

sən olmayan gecələrdə də

barmaqlarının ucunda yeriyən...

Biri var deyirəm.., biri var,

bir parfüm qoxusu,

bir paltar xışıltısı ürəyini ağrıdar,

xəyalını dağıdar...

Biri var,

başında şimşəklər çaxan, 

yolunu dumanlar kəsən...

beləsi çox olmaz, bir olar...

nağıllar o birə yazılar.

onunla açılar qapılar, çəkilər acılar.

Onunla bu dünya yaz olar,

Biri var!..

Dünyadan yaz kimi keçib gedirəm

Ürəyimdə bahar, könlümdə yaz var..,

Dünyadan yaz kimi keçib gedirəm

Dünyadan söz kimi keçib gedirəm.

Əlimi yandırır, üzümü qarsır,

Dünyadan səs kimi keçib gedirəm.

Şehli çəmənlərdə izim görünür,

Güllər arasında pıçhapıç düşüb...

Zirvədə qartallar səsləyir məni,

Uca qayalardan uçub keçirəm,

Günəşin özünü qucub keçirəm...

Keçirəm dünyanın tən ortasından,

Keçirəm ömrümün günortasından...

Asılıb qalmışam xatirələrdən,

Keçib gedir məndən dünya özü də...

İtirib haqqını vaxt da, zaman da,

Havalı dünyada hava gəzirəm.

Bütün davaları dayandırmağa,

Davalı dünyada dava gəzirəm...

Bu geniş dünyanın qəribliyində,

Bir kiçik, bir isti yuva gəzirəm!

Hələ də əllərim qar şəkli çəkir

Bir az şahlığından düşüb havalar,

Baxıram, ürəyim nar şəkli çəkir.

Elə yandırmısan zalım balası,

Hələ də əllərim qar şəkli çəkir.

Çırpır qapıları, pəncərələri,

Havalı küləklər, azğın küləklər.

Fikirli dolanır, çaşqın gəzirlər,

Hərdən etdiyinə üzgün küləklər.

Bu bağın sahibi hardadı görən,

Tökülüb meyvəsi zay olub gedir.

Zərif budağında kəndir izi var,

Kim sıxır, həlqəsi daralıb gedir.

Səni saçlarımın ahı tutubdu,

Çağır, qoy dənləyib quşlar aparsın.

Bu da bir sevdanın məhşər üzüdü,

Dağlar silkələnsin, daşlar aparsın...

Hələ də əllərim qar şəkli çəkir..,

Suların üstünə, mehin üstünə

Buludun üstünə, şehin üstünə.

Daha sevgilər də sığala yatmır,

Dağ üstdən dağ çəkir dağın üstünə...

Mən bu Məcnun dünyanın

yeni Leyla şəkliyəm

Nə ürək məni tutur,

Nə də mən ürəyimi.

Təkliyimdə boğuram,

Kəsirəm nəfəsimi.

Nə iş tapa bilirəm,

Bir başımı qatmağa.

Sənsizlik bəhanəymiş,

Yüz dərdə yoluxmağa.

Sevgidən çox yazmışam,

Qələm üzümə durur.

Çırpır pəncərələri,

Qapıları sındırır.

Məhəbbət tütün kimi,

Köz kimidi ayrılıq.

Qarışıb bir-birinə,

Ciyərimi yandırır.

Mən bu Məcnun dünyanın

Yeni Leyla şəkliyəm.

Səhranın ortasında,

Cəhənnəmi çəkirəm...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri