Icma.az
close
up
RU
Yubatma Şahnaz Şahindən yeni esse

Yubatma Şahnaz Şahindən yeni esse

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şahnaz ŞAHİN

Nədənsə hər gün sabaha bir az daha artıq ümid bəsləyir adam, sabah hər şeyin daha yaxşı, daha xoş olacağına inam işıq kimi dolur ürəyinə. Bəlkə ona görə ümid  sonda ölür deyirlər... Bəzən bu, elə onun psixoloji durumundan qaynaqlanır, günü lap tələm-tələsik başa vurub sabaha addım atmaq istəyir. Gözləmədiyi halda başına gələn kədərli bir hadisənin təsirindən qaçış istəyi, düşdüyü hər hansı burulğandan xilas yolunu zamanı adlamaqda axtarır. Təəssüf ki, özünü ovutmaq hisslərinin qarışıq dalğası onu sakitləşdirmir, əksinə, əzab verir. Bəzən lap dünənə qayıtmaq da keçir könlündən, axı dünən o, daha bəxtəvər idi... Amma özündən uzaqlaşmaq üçün nə əlini uzatdığı  dünən, nə də sabah ona istədiyi cavabı verir, əlləri havadan asılı qalır...

Onlar ömürlərinin əlli ilindən çoxunu bir dam altında, yaxşı və yaman günlərini bir-birinə ən yaxın dost-həmdəm kimi yaşamışdılar. Qərbi Azərbaycandan 1948-50-ci illərdə məcburi köçürülmə siyasətinin qurbanlarından idilər. Doğma yurd yerlərini, hazır ev-eşiklərini qoyub, gəlib aranda yenidən torpağa çubuq sancmışdılar. İllər boyu qarışqa kimi zəhmətlə çalışıb yenidən yurd-yuva qurmuşdular, səkkiz övlada qol-qanad verib bu yuvadan uçurmuşdular. Oğul toyu edib gəlin də gətirmiş, qız da köçürmüşdülər, nəvə-nəticədən də payları vardı. Kənd məktəbinin riyaziyyat müəllimi, həm də uzun illər direktoru işləmiş Əli müəllim əsl el ağsaqqalı, həyat yoldaşı Leyli ana da əsl el ağbirçəyi kimi camaatın hörmətini qazanmışdı, dar ayaqda çoxunun məsləhət yeri idilər. Onlar artıq ömrün ahıl çağının rahatlığını yaşayır, yenə bir-birinin qayğısına qalırdılar. Ta ki hər qapıya düşən açar-əcəl gəlib evin kişisini aparana qədər. O gün əli qoynunda qalan qadının ərinin cənazəsi başında gözlərini naməlum bir nöqtəyə dikib, içdən gələn ağrıyla söylədikləri hələ də qulaqlarımdan getmir...

Həyatın əbədi olmadığını, ömür payının bir gün bitəcəyini adı kimi əzbər bilən, indiyədək neçə yaxın və doğma kəsini o dünyaya yola salan bu müdrik qadın daxili sarsıntısını həmin anda məhz belə ifadə etmişdi, "İlahi, bu niyə mənim başıma gəldi!?." Bu, şikayət deyildi, yaradana üsyan da deyildi, bu, bir tərəfini itirmiş insanın şok edəcək ağrısı idi ki, içindən kainata məhz bu formada atılmışdı...

Uinston Çörçill deyirdi ki, dünənlə bu gün arasında dava düşsə, itirən sabah olacaq. Anam isə bu günün işini sabaha qoymamağı tövsiyə edirdi bizə. Zamanla, vaxtla bağlı o qədər nümunələr gətirirdi, deyərdin dünyanın ən böyük filosofudur. Onu həyat öyrətmişdi, ən böyük müəllim də elə həyat deyilmi?..

Qonşumuzun gəlini son vaxtlar yaman kökəlib, keçmiş vaxtlar olsaydı, deyərdilər ki, maşallah, ətə-qana gəlmisən. İndi artıq çəkinin bir sıra xəstəliklərə yol açdığını az qala hamı bilir, o üzdən əksəriyyət normal çəkilərini saxlamağa çalışır. Amma bu, heç də uzaqdan göründüyü qədər asan məsələ deyil. Gərək nə yediyindən tutmuş, necə, nə vaxt yediyinə qədər nəzarətdə saxlaya biləsən, həzm sistemi qüsursuz işləyə, endokrin sistemi tarazlığı saxlaya, sinir sistemini həddindən artıq yükləməyəsən, stress və əsəbilikdən uzaq olasan və s...

Bu sadaladıqlarımın arasında ən çətini, məncə, stresdən uzaq və əsəblərinə hakim olmağı bacarmaqdı. Hazırkı dövr, zaman tam əksini diktə edir axı, dünya ovcumuzun içindədi, gərəkli gərəksiz xəbərlər özü gəlib döyür qapımızı, özünə aid olmayan nə qədər "yük"ün altına giririk. Fiziki yük olsa, kimsə daşıya bilməz, tezcə kürəyindən atardı yerə, amma ürəyindən ata bilmir, nəticəsi də hipertoniya, infarkt, insult, və s...

Hə, qonşumuzdan danışırdım axı, ehtiyatla kökəlməsinin niyəsini soruşanda səbəb kimi işdə və ailədə psixoloji gərginliyin olduğunu söylədi. Deyir, əsəbiləşəndə iştahım artır, yeməkdən əl çəkə bilmirəm, stresi belə atladıram, amma sonra nəticəni görəndə ikinci travmanı alıram, özümə acığım tutur. Bilmirəm necə arıqlayım, dieta saxlamaq istəyirəm, amma iradəm yetmir, hər dəfə sabah başlayaram deyə vaxtı uzadıram... Bax bu hal müasir psixologiyada prokrastinasiya adlanır. İnsan sadə işləri önə çəkir, amma çətin hesab etdiyi, beyninə dinclik verməyən və ağlında gücü yetməyəcəyi səviyyəyə qədər böyütdüyü əsas işi ertələyir, ...

Orqanizm stress halında olanda avtomatik özünümüdafiəyə keçir. Bu zaman böyrəküstü vəzilərin kortizol ifrazı ya artır, ya da azalır və hər ikisi də xarakterik narahatlıqlar yaradır. Bu hormonun səviyyəsinin qanda uzun müddət yüksək qalması orqanizmə mənfi təsir göstərir, görünən əlamətlərdən biri də iştahın artmasıdır...

İndi müasir tibdə bir çox xəstəliklərin müalicə üsulları da müasirləşib, hətta bəzi hallarda "asanlaşıb" deyərdim. Əlbəttə, əlacsız hesab olunan dərdlərin dərmanı tapılıbsa, ümidi kəsilmiş xəstəni həyata bağlayan vasitə kəşf olunubsa, sevinməyə dəyər. Amma indiki halda hər şeydə bir əndazənin olduğu unudulmamalı, normalar gözlənilməlidir. Yoxsa qaş düzəltdiyin yerdə vurub gözü də çıxardarsan. Axı hər bir yenilik köhnə yeninin üzərində inşa edilir!..

Yəqin xanıma məsləhət verib-vermədiyimlə də maraqlanırsınız. Ona ilk adddım olaraq qəbul etdiyi qidalar, onların miqdarı və qəbul vaxtı ilə bağlı özünə müəyyən bir sədd qoymasını təklif etdim. Özü də dedim ki, elə bu gündən başlasın, sabaha saxlamasın, həm də özünə inansın, iradəsini səfərbər edib başlasın. Mövlananın təbirincə desək, ümid həmişə var, zaman qısa, sən yorğun, yol isə uzun olsa da...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri