Icma.az
close
up
RU
525 ci qəzet BDU da dövlət gənclər siyasəti uğurla həyata keçirilir

525 ci qəzet BDU da dövlət gənclər siyasəti uğurla həyata keçirilir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ötən il Bakı Dövlət Universitetində (BDU) dövlət gənclər siyasəti, humanitar məsələlər, Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və digər istiqamətlərdə 900-dən artıq tədbir keçirilib.

Bu fikirləri 525.az-a BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov söyləyib. O bildirib ki, 2024-cü ildə universitetin ölkədaxili əməkdaşlıq əlaqələri genişləndirilib. Belə ki, il ərzində BDU “Veysəloğlu Şirkətlər Qrupu” MMC, Milli Depozit Mərkəzi, Təhsilin İnkişafı Fondu, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Tibb Universiteti, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY), Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb. BDU-da “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının (AMŞ) otağı, “Türk otağı”, “Xalq qəzeti”nin “Debat otağı” və Medianın İnkişafı Agentliyinin xüsusi auditoriyasının açılış mərasimləri keçirilib. Bundan əlavə, ötən il “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da Tədbirlər Planı hazırlanaraq uğurla icra olunub. İl ərzində ekoloji mühitin qorunmasının gənc nəslə təşviq edilməsi istiqamətində 70-dən çox müxtəlif tədbir, seminar, görüş, intellektual yarışlar keçirilib.

Həmçinin ölkəmizin beynəlxalq nüfuzunu daha da artıran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BDU-da 30-a yaxın tədbir keçirilib. Xüsusilə qeyd edilməlidir ki, BDU-nun 537 tələbəsi beynəlxalq tədbirdə könüllü qismində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.

Onun sözlərinə görə, 2024-cü ildə BDU-da bir sıra xüsusi layihələr və tədbirlər də həyata keçirilib. Bunlardan BDU-nun Tələbə Gənclər Təşkilatının “Gənclik həftəsi 2”, “Tələbədən məktəbliyə”, “COP29 həftəsi” layihələri, Azərbaycan Mətbuat Şurası ilə birgə “I Gənc mədəniyyət müxbirləri məktəbi”, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi, Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə karyera festivalı, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təmizlik aksiyası, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının BDU-da tibbi aksiyası, “Kapital Bank”la birgə “Doğru yolun başlanğıcı” adlı təlim proqramı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc proqramçılar” müsabiqəsi, “Gənc Liderlər" Forumu, “BDU könüllüləri”nin “Könüllülük həftəsi”, “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihələri, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş respublika konfransı, YAP Yasamal rayon təşkilatı ilə birgə “Heydər Əliyev mühazirələri” layihəsi, “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə görüşlər, “Qlobal iqlim maliyyələşməsi: ədalətli və davamlı həllər” mövzusunda COP modeli simulyasiya konfransı kimi tədbir və layihələri qeyd etmək olar.

“İl ərzində BDU-nun Tələbə Gənclər Təşkilatının xətti ilə 161, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 126, “BDU “könüllüləri” təşkilatı tərəfindən 389 tədbir keçirilib. Tədbirlər əsasən dövlət gənclər siyasəti, “Yaşıl dünya naminə həmrəylik ili”, milli ideologiya, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunun aşılanması istiqamətlərinə həsr olunub. Ötən il BDU-da könüllülük fəaliyyəti də genişləndirilib. BDU tələbələri ölkə miqyaslı sosial layihələrdə könüllü kimi uğurla iştirak edirlər. “BDU könüllüləri” təşkilatının hazırda 1500 üzvü var. BDU-nun tələbə təşkilatları il ərzində universitetdən kənarda 100-dən çox müxtəlif tədbir, layihə, yarış və təlimdə iştirak ediblər. Ötən il BDU tələbələri müxtəlif səpkili 40-dan çox beynəlxalq və ölkədaxili yarışda iştirak edib, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfələrini veriblər”, - deyə şöbə müdiri əlavə edib.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri