525 ci qəzet Yaponiyanın Tsukuba Universitetinin professorları BDU da olublar
Icma.az, 525.az saytına istinadən bildirir.
Yaponiyanın Tsukuba Universitetinin professorları Hayate Sotome, Yuji Kajima və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terasava Mitsiko Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar.
Universitetdən 525.az-a bildirilib ki, qonaqlarla görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb. O, bu əməkdaşlığın birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, habelə ortaq akademik proqramların yaradılması sahələrində mühüm irəliləyişlərə yol açacağını qeyd edib.
Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültədə yapon dilinin öyrənilməsinin mövcud vəziyyəti və perspektivləri haqqında məlumat verib. O, iki universitet arasında əməkdaşlığın bu sahənin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Müzakirələr zamanı gələcək əməkdaşlıq sahələri və planları barədə də fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar BDU tələbələrinə Yaponiyada təhsil almaq imkanlarına dair infosessiya keçiriblər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















