Icma.az
close
up
RU
525 ci qəzet Gənclər siyasəti milli inkişaf strategiyasında mühüm istiqamət

525 ci qəzet Gənclər siyasəti milli inkişaf strategiyasında mühüm istiqamət

525.az-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır 525 ci qəzet Gənclər siyasəti milli inkişaf strategiyasında mühüm istiqamət.

Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Bu isə Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirən mühüm faktor kimi dəyərləndirilə bilər.

Ümumiyyətlə, dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də məqsədyönlü gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir.

Azərbaycanda mükəmməl gənclik siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə bu istiqamətdə mühüm işlər görülüb. Burada "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkədə Gənclər gününün təsis edilməsini və sairi xüsusi qeyd etmək lazımdır. Forumda Ümummilli lider Heydər Əliyev də iştirak edib. Bundan başqa, Ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. Əlavə edək ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Proqrama uyğun olaraq Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumaq imkan və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır.

Gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri mənimsəməsinə, eyni zamanda, onların dövlət idarəçiliyində səmərəli təmsil olunmasına, ümumilikdə, rasional münasibətlər sisteminin formalaşmasına strateji töhfələr bəxş edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir.

Göründüyü kimi, bugünkü Azərbaycan gəncliyi ölkənin inkişafına mühüm töhfələr verir. Qarşıya qoyulan bütün məqsədlərin yerinə yetirilməsi istiqamətində gənclərin potensialından səmərəli istifadə olunur. Bir sözlə, bu gün dövlətçiliyə və milli maraqlara sadiq aktiv gənclər ordusu mövcuddur. Dövlətimizin başçısı bu məsələni xüsusi diqqət mərkəzində saxlayır.

Millət vəkili Fatma Yıldırım deyir ki, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər Heydər Əliyev gənc nəslə qayğını heç vaxt əsirgəməyib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müxtəlif sənədlər imzalayıb. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Bütövlükdə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.

Deputatın sözlərinə görə, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını diqqətə çatdıran Fatma Yıldırım əlavə edib: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri, təsdiq etdiyi dövlət proqramları dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə, gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər".

Millət vəkili Mahir Süleymanlının dediyinə görə, gənclər cəmiyyətin ən fəal və kreativ təbəqəsi olaraq ölkənin gələcək inkişafının təminatçısıdır. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edərək qərarların icrasına təsir imkanlarını genişləndirirlər. Seçkilərdə və digər proseslərdə fəallıqları ilə cəmiyyətin demokratikləşməsinə töhfə verirlər. Sosial təşəbbüslərlə cəmiyyətin problemlərinin həllində yaxından iştirak edirlər: "Müasir dövrdə gənclər müxtəlif ictimai təşkilatlarda və gənclər birliklərində öz ideyalarını reallaşdırır və ictimai-siyasi sferalarda fəal rol oynayırlar. Xüsusilə dövlət idarəetmə sistemində gənclərin sayının artması onların innovativ yanaşmalarını praktikada tətbiq etmək imkanı yaradır. Dövlət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar yaradır. Ali təhsil müəssisələrində müasir ixtisasların tədrisi, xaricdə təhsil proqramlarının genişləndirilməsi və təhsil kreditlərinin verilməsi bu siyasətin əsas istiqamətlərindəndir. İnnovasiya mərkəzlərinin yaradılması və texnologiya sahəsində təhsil proqramları gənclərin müasir çağırışlara cavab verməsi üçün mühüm addımlardır. Bu, gənclərin qlobal əmək bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkə iqtisadiyyatının da inkişafına xidmət edir. Gənclərin məşğulluq məsələrinin həlli üçün dövlət tərəfindən xüsusi proqramlar həyata keçirilir. Gənc sahibkarlara güzəştli kreditlər, startap layihələrinə dəstək, innovativ biznes təşəbbüslərinə maliyyə yardımı gənclərin iqtisadi müstəqilliyini təmin edir. Həmçinin, gənclərin dövlət idarəçiliyinə inteqrasiyası prioritet vəzifələrdən biridir. Dövlət müxtəlif kadr ehtiyatı proqramları vasitəsilə gəncləri dövlət strukturlarına cəlb edir. Bu, gənclərin yeni ideyalarını tətbiq etməyə, müasir idarəçilik metodlarını təkmilləşdirməyə imkan verir. Gənclərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Eyni zamanda, mədəniyyət və idman sahələrində onların iştirakını dəstəkləmək, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmələrinə şərait yaratmaq dövlətin prioritetlərindəndir. Dövrün çağırışlarına cavab vermək üçün gənclərdən yüksək səviyyədə bilik, bacarıq və cəsarət tələb olunur. Rəqəmsal transformasiya, iqlim dəyişiklikləri, qlobal siyasi qeyri-sabitlik kimi amillər gəncləri yeni həll yolları axtarmağa sövq edir.

Gənclər, həmçinin cəmiyyətin dəyərlərinin qorunması, mədəni müxtəlifliyin saxlanılması və sosial bərabərsizliyin aradan qaldırılması kimi mühüm sahələrdə də fəallıq göstərir. Onların yeni texnologiyalar vasitəsilə qlobal proseslərə inteqrasiya etməsi isə ölkənin mövqelərinin güclənməsinə xidmət edir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see126

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see123

Qərbin anti Rusiya blokadası yarıldı Slutski

12 Fevral 2025 22:49see123

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see120

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

13 Fevral 2025 12:16see118

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

12 Fevral 2025 21:44see118

ÇL: Bayern Münhen Şotlandiyada sevindi, Milan məğlub oldu

13 Fevral 2025 02:28see117

Jorje Jezuş: “Salahı “Əl Hilal”da görmək istəyərəm”

12 Fevral 2025 23:19see117

Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi

13 Fevral 2025 17:49see115

Tramp Ukraynadakı müharibədə “milyonlarla insanın ölümünün dayandırılması”nın tərəfdarı olduğunu bildirib

12 Fevral 2025 21:55see113

Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb

13 Fevral 2025 03:23see112

ABŞ də qadın 3 qızını öldürüb, intihar etdi FOTOLAR

13 Fevral 2025 12:16see111

Android işlədənlərin NƏZƏRİNƏ

13 Fevral 2025 19:24see109

Zelenski Poroşenkoya qarşı sanksiyaları şərh etdi

13 Fevral 2025 00:54see109

Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

13 Fevral 2025 00:47see109

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

13 Fevral 2025 12:15see108

Yeni əməkdaşlıq perspektivi...

13 Fevral 2025 09:55see108

Yanacaqdoldurma məntəqəsində müştərini döyən qardaşlar məhkəmə zalından həbs edildi

13 Fevral 2025 09:51see107

Tottenhem də bir dövrün sonu

13 Fevral 2025 12:16see106

Mövsümün sonunda İtaliya nəhənginə keçəcək Mourinyo razılıq verdi

13 Fevral 2025 09:45see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri