Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

525 ci qəzet Bir daha “Sarı gəlin” haqqında

525 ci qəzet Bir daha “Sarı gəlin” haqqında

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Sarı sözünün dilimizdə rəngdən savayı başqa işlənmə məqamlarına da nəzər salaq; sazın sarı simi, qəlbimin sarı teli, sarısını udmaq, gözümün sarısı, ürəyimin sarı siminə toxundun, lap sarı simə vurdun və sair söz birləşmələrinin tərkibində sarı – təyindir, incə, zərif mənalarını ifadə edir.

Sarı rəng Günəşin, işığın rəmzidir, insanda enerji, ilıq duyğu, xoş ruh, nəşəli sevinc, emosional hiss yaradır, qəlbə nüfuz edir, könül titrədir, yaddaşda silinməz izi qalır. Bir çox ölkənin gerbində, bayrağında, inancında sarı rəng simvollaşıb.

Sarı gəlin, Sarı bülbül, Sarı köynək, Sarıtel, Baş Sarıtel və sair xalq mahnı, aşıq havalarımızda incə, zərif, nazik ruh, sarı anlam yaşayır.

"Kitabi - Dədə Qorqud"dun ən yadda qalan obrazlarından biri “Ağca sazlar içində Sarı gönlər görübən taylar basan, Qara polad uz qılıcdan qayıtmayan, Qara-qara dağlardan, Qanlu-qanlu sulardan basıb keçən Qanlı qoca oğlı Qanturalının sevgilisi “gözəllər sərvəri”, “kimə baqsa, eşqiylə oda yaqar” Sarı donlu Selcan xatundur (incə ruhlu, nazik donlu, zərif geyimli). Ana kitabımızda Sarı ayamalı daha 3 qəhrəmanımız var. Ulu Türkün müqəddəs kitabında Sarı kimi, digər rəngli sözlərimiz də rəngbərəng çoxmənalılıq ifadə edib; qara, ağ, ala - böyük, geniş, torpaq, uca, duman-çən, igid, pis, uzun, hündür, uca mənalarında gen-bol işlənib, məsələn: “Qara yerin üstünə ağ ban evin tikdirmişdi. Ala sayvan göy yüzünə dirənmişdi» və sair.

Göz açıb ilk gördüyüm, könül verib ilk sevdiyim Qubadlımın 30 yer-yurd adında sarı, qara, ağ, ala –nın Dədə Qorqud yaşıdlı mənaları daşlaşıb qalıb və Sarıtəpə ətəyindəki 30 evli Saray kəndimizdə yaşı 80-i keçmiş 2 Sarı nənə yaşayırdı (Mənbə: Hacı Nərimanoğlu “Oğuz yurdum Qubadlım”, «Azərbaycan» jurnalı, 1999 -cu il  № 7).

Və acı təəssüflər olsun bu kimi sadə həqiqətləri cəmiyyətimizə, doğma türk qardaşlarımıza, əcnəbilərə çatdıra bilmirik, ona görə “Sarı gəlin” dönüb olur “Dağlı gəlin”, “Böyük dəniz” olur “Çernoye more”...

Bu yazı sayğıdəyər alimimiz dosent Zaur Əliyevin “Sərkisyan Abdullah Gülə “Sarı gəlin” haqda nə demişdi? – Mahnının yaranma tarixçəsi” Həsən Padşah və onun EŞQ mahnısı “Sarı Gəlin” başlıqlı məqaləsinin təsiri ilə yazıldı https://globalinfo.az/serkisyan-abdullah-gule-sari-gelin-haqda-ne-demisdi-mahninin-yaranma-tarixcesi/.

Hacı Nərimanoğlu

Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru

Sərkisyan Abdullah Gülə “Sarı gəlin” haqda nə demişdi? – Mahnının yaranma tarixçəsi

Həsən Padşah və onun EŞQ mahnısı “Sarı Gəlin”


Türkiyə mediasında rastıma bir məqalə çıxdı. Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sərkisyanla Türkiyənin keçmiş prezidenti Abdulla Gül arasında belə bir dialoq olub:

Abdulla Gül:

- “Sarı Gəlin” bizdə anonimdir. Sizdə də elədirmi?

Serj Sərkisyan:

- Bəli, bizdə də anonimdir. Sarı bizdə “dağ” deməkdir. Yəni “dağlı qız” mənası verir. Cənab Gül, görürsünüzmü? Mahnılarımızın və yeməklərimizin nə qədər ortaq dadı var.

Bu gün Azərbaycanda “Sarı Gəlin” mahnısı milli simvola çevrilibdir. Onun bizim xalqa məxsusluğu yüz faiz elmi faktlarla sübut edilib. Nə erməni, nə də gürcü poeziyasında bu cür bəndlər və sözlərlə əlaqəli şeir yaxud mahnı sözü var. Bu mahnının tarixi haqqında müxtəlif versiyalar var, onlardan biri də mahnının Ağqoyunlu hökmdarı Həsən Padşahın sifarişi ilə Dəspinə Hatun ilə toy gününə yerli aşıq tərəfindən yazılmasıdır.
Dəspinə Xatun (Teodora) gözəlliyi ilə məşhur idi. Zəmanəsinin ad-san qazanmış hökmdarları, mənsəb sahibləri onunla evlənmək istəsələr də, atası – Trabzon imperatoru IV İohann və qardaşı David onları rədd etmiş, Teodoranı (Dəspinə Hatunu) güclü dövlət olan Ağqoyunlularla ittifaq bağlamaq üçün 1458-ci ildə Həsən Padşahla evləndirmişdilər. Teodora, bundan sonra Dəspina xatun kimi tanınmağa başlandı (Despina yunanca xatun, kraliça titullarının ekvivalentidir).

Bu xristian və müsəlman hökmdarları arasında ilk və əfsanəvi izdivac olaraq bilinir. Toy günü qızılı çadrda əyləşən Dəspinə xatunu Həsən Padşahın çadırına qədər olan yolda əsgərlər qılınclarını göyə qaldırmışdılar. Sarı saçlarını açıq qoyan Dəspinə xatunu çadıra qədər olan yolda aşıqlar müşayiət ediblər.

Dəspinə xatun o zaman Türk qadınlarının üsulunda bəzənmiş və saçlarını törəyə uyğun düyünləmiş idi. Sinəsinə isə gül bağlayan Dəspinə xatunu görən aşıq ilk sözləri belə ifa edir:

Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər.

Qədim zamanlardan Azərbaycan türkləri emosional məqamlarda bədahətən dörd misralıq şeirlər deyirdilər. Dəspinə xatun Həsən Padşaha yaxınlaşır. Hökmdar onun duvağını qaldıranda aşıq növbəti dörd misranı deyir:

Bu dərənin uzunu,
Çoban, qaytar quzunu.
Nola, bir gün görəm,
Nazlı yarın üzünü.

Əfsanəyə görə mahnı Həsən Padşahın o qədər xoşuna gəlir ki, aşığa qızıl kisəsi ilə yanaşı bir at da hədiyyə edir.
Bəzi qaynaqlar isə yazır ki, aşığa mahnını sifariş edən Həsən Padşahın anası, böyük diplomat Sara Xatun olub və mahnının ilk adı “Saranın Gəlini” olub.

Bu, Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin süjetində qismən öz əksini tapıb. “Şeyx Sənan”da da, “Sarı Gəlin”də də aşiq müsəlman, məşuqə isə xristiandır.

“Sarı gəlin” xalq mahnısının, başqa millətin nümayəndələrinin nə söyləməsindən asılı olmayaraq, mətninin quruluşuna, məzmununa, melodiyasının lad yönümünə və inkişaf prinsiplərinə uyğun olaraq Azərbaycan xalq mahnı yaradıcılığının parlaq nümunəsi olduğunu sübut edir. Millətindən asılı olmayaraq “Sarı gəlin”i dinləyən hər kəs onun sehrinə düşür.

Zaur Əliyev, dosent
globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri