Icma.az
close
up
RU
525 ci qəzet Bizim fizika müəllimimiz Sevimli müəllimim Akif Quliyevin xatirəsinə

525 ci qəzet Bizim fizika müəllimimiz Sevimli müəllimim Akif Quliyevin xatirəsinə

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dərsindən aldığım "əla" qiymət sonra ali məktəbə qəbul imtahanı zamanı yüksək qiymətləndirildi.

Dostcanlı, təəssübkeş olduğunun fərqindəydim. Fərqli, həm də fərdi yaradıcılığıma xüsusi diqqət göstərirdi. Bütün şagirdlərinin dostu idi.

Çox qəribə siqaret çəkməyi vardı, siqaret kötüyünün əzintisindən nələr çəkdiyini bilmək olurdu. Ətrafında baş verən haqsızlıqları sanki siqaret tüstüsündə boğmaq istəyirdi.

Dürüst adamıydı. Sözünün sahibi idi. Dürüstlüyünü yalan, şişirdilmiş rəqəmlərə qurban vermədi. İşdəki eybəcərlikləri, tənələri, rüşvətlə iş görənləri, şişirdilmiş rəqəmlərdən istifadə etməklə plan və tapşırıqları yerinə yetirənləri görmək və susmaq onun üçün çətin idi.

O, müəllim idi. Allahı yadından çıxarmamışdı. Təbii ki, vəzifəyə gəlmək təkcə savadın və istedadın gücünə deyildi. Sovet rejiminin yazılmamış qanunlarından biri də bu idi. Çox az istisnalar vardı ki, o, bu az istisna səbəbindən bir neçə dəfə təyin olunduğu vəzifədən istefa vermişdi.

Rayon səviyyəsində aqrar sahədə də çalışdı. Təsərrüfat rəhbəri kimi bu sahədə təcrübəsi olmasa da, müşahidələri vardı. Aqrar sahədə iş kifayət qədər ağır olur. Səhərlər hamıdan əvvəl işə gəlmək, heyvandarlıq sahələrinin işlərini müşahidə etmək, bitkiçilik sahəsində - tarlalarda, üzüm plantasiyalarında, taxıl zəmilərində görülən aqrotexniki işlərə qədər nəzarət etmək. Təşkilatı işlər, rayonun ümumi işlərində və digər məsələlər də daxil olmaqla yerinə yetiriləcək tapşırıqlar kifayət qədər dözüm və enerji tələb edirdi. O bu işin öhdəsindən də layiqincə gəldi.

...Amma ağzını aran yoluna açıb danışanlar da vardı.

İstefa mədəniyyəti onun son ürəkliliyi idi. Sovetlər vaxtı da, sonrakı dönəmdə də öz vəzifəsindən - işindən istefa vermişdi. Vəzifədən getməyinə çoxları heyifsilənirdi, özündən başqa. Hamı təəccüblənir, özündən başqa. Sağdan, soldan tərif edənlər və üzünə gülənlərin gözündə qəribə bir təəssüf görürsən.

...Ölümün çarəsi yoxdur, Allahım. Sevgili ölümlərin biri də baş verdi. Müəllimlərimdən daha biri bu dünyaya vida etdi. O, bütün enerjisi ilə müəllim idi. Çox sevdiyim, bizim fizika müəllimi - Akif Quliyev.

Amma əminəm, onun xatirəsi şagirdlərinin qəlbində uzun müddət yaşayacaq.

Xosrov NATİL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri