Icma.az
close
up
RU
Ey sevimli müəllim!

Ey sevimli müəllim!

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Zaman onun çağdaş obrazını yaradıb

Müəllim-şagird münasibətləri təhsil mühitini formalaşdıran amil və bütövlükdə cəmiyyətin düşüncə tərzini, dəyərlər sistemini əks etdirən göstəricidir. Tarixin hər dövründə bu münasibətlər müxtəlif yönlərdə təzahür edib.

Yaşlı və orta nəslin nümayəndələrindən eşitdiklərimizə görə, keçmişdə müəllimin dediyi söz mübahisəsiz qəbul olunardı. Bu yanaşma bəzən sərt görünsə də, o dövrün nizam-intizamı, təhsilə verilən önəm və müəllim məfhumunun müqəddəsliyi ilə əlaqələndirilərdi.

Hər il ilk dərs günündə məktəblərin həyətində payız küləyi saralmış yarpaqları sovurar, uzaqdan asta addımlarla yaxınlaşan müəllimlər görünərdi. “Bizim Cəbiş müəllim” filmindəki kimi qara, çox geyilməkdən rəngi solmuş kostyum, qışda qalın plaş, əlində də dəri çanta. O çantaya vərəqləri saralmış kitablar, dəftərlər, bəzən də lazım olan kiçik əşyalar qoyulardı. Onlar hər səhər məktəbə hər kəsdən öncə gələr, ən sonda gedərdilər.

Yaşlı nəslin nümayəndələri söz düşəndə deyirlər ki, o illərdə müəllimlər həm də fədakarlıq nümunəsi kimi qiymətləndirilərdilər. Maaşlar az olsa da, müəllim çox vaxt imkansız şagirdinə dəftər, qələm alardı. Evində bir otaqdan o biri otağa kitab yığınları düzülərdi. Axşam lampanın zəif işığında o kitabları vərəqləyər, sabahkı dərs üçün hazırlaşardı. Yorğun dərs günləri, zəif lampa işığında yazılmış dərs planları, şagirdlərin taleyi ilə bağlı nigaranlıqlar onun səbrini sınağa çəksə də, onun daxili alovunu gücləndirərdi. Simasında ciddi, amma mehriban ifadə, tələbkarlıqla yanaşı, valideyn qayğısı sezilərdi. Keçmiş dövrün müəllimləri haqqında danışanda insanın təsəvvüründə bir çıraq canlanır, özünü şam kimi əridən, başqalarını işıqlandıran mənəvi çıraq. Kütləvi savadsızlıq dövrünün müəllimləri elmin, təhsilin hər evə yol tapmadığı vaxtda xalqın ümid çırağına çevrilmişdilər.

Müasir dövrdə isə dünyada baş verən sosial dəyişikliklər, informasiya bolluğu və yeni pedaqoji yanaşmalar nəticəsində müəllimlə şagird arasında münasibətlər daha interaktiv, bərabərhüquqlu və demokratik çərçivədə inkişaf edir.

Əgər keçmişin köhnə məktəb həyəti illərin yükünü daşıyırdısa, müasir məktəblərin həyəti tamamilə fərqli ab-havadadır. Hər il sentyabr ayında yenə payız küləyi tökülmüş yarpaqları sovurur, amma bu dəfə rahat skamyalar, müasir təlim vasitələri, idman meydançaları və xidmət sahələrinə qaynar mənzərə gətirən uşaqların səsi ətrafa yayılır, məktəb binası isə parlaq fasadı və müasir dizaynı ilə həm gözəlliyin, həm də təlim-tərbiyə ab-havasının timsalı kimi ucalır. Yeni dövrün müəllimi həm də texnologiya ilə yarışan bələdçidir. Onun əlində təbaşir yox, qarşısında interaktiv lövhə, elektron dərslik, planşet, layihə cihazı var. Dərs prosesində həm də videolar, təqdimatlar, rəqəmsal platformalardan yararlanır.

İndi müəllim sinif otağında şagirdlərin diqqətini cəlb etmək üçün daha çox səy göstərir.

Çünki yeni nəslin nümayəndələri artıq mobil telefonlardan, sosial şəbəkələrdən istifadə edir. Əgər müəllim dərs metodunu düzgün seçməsə, şagirdlərdə maraq oyada bilmir.

Çağdaş dövr müəllimlərin geyimi daha rəngarəng və sərbəstdir – artıq yalnız qara kostyum, ağ köynəkdə deyil, bəzən gündəlik üslubda sinif otağına daxil olsa da, səliqə və mədəniyyətlə fərqlənirlər. Əgər keçmişin müəllimi şagirdin yalnız yolgöstərəni idisə, müasir müəllim həm də onun dostu və psixoloqu rolundadır.

Ömrünün 49 ilini müəllimlik fəaliyyətinə həsr edən 75 yaşlı müəllim Tahirə İsmayılova bildirir ki, hər dövrün öz tələbi var, sadəcə, münasibətlərin sərhədini müəyyən etməyi bacarmalısan:

– Bugünkü müəllim–şagird münasibətləri əvvəlkindən daha səmimidir. Şagird müəllimə sual verməkdən, öz fikrini deməkdən çəkinmir. Bu, təhsil prosesinə dinamika gətirsə də, bəzən müəllim nüfuzunun zəifləməsinə də səbəb olur. Çünki şagird müəllimi bəzən “həmsöhbət” kimi görür. Müasir münasibətlərdə hörmət anlayışı bir qədər dəyişib. Əvvəllər müəllimin hər sözü tərəddüdsüz qəbul olunurdusa, indi şagird onun dediklərini internetlə, texnologiya ilə müqayisə edir. Bu, bir tərəfdən düşünmə vərdişini gücləndirsə də, digər tərəfdən müəllimin sözünün kəsərini azaldır. Valideynlərin də prosesə müdaxilə etməsi münasibətlərin gedişatına təsir göstərir. Müəllim şagirdlə daha ehtiyatla davranmağa məcbur olur. Çünki hər an valideyn etiraz edə, sosial mühitdə məsələni qabarda bilər. Bu isə müəllimin tədrisdə sərbəstliyini məhdudlaşdırır.

Eyni zamanda, şagirdlərin dünyası sürətlə dəyişir, maraqları dərsdən çox sosial mediaya yönəlir. Müəllim isə yeni mühitə uyğunlaşaraq, şagirdin diqqətini toplamağa çalışır. Beləcə, müəllim–şagird münasibətləri artıq yalnız bilik üzərində deyil, həm də psixoloji yanaşma, motivasiya və düzgün istiqamətləndirmə ilə qurulur. Müasir münasibətlər daha səmimi olsa da, məsuliyyət hissi, müəllim nüfuzunun qorunması məsələsi balansda saxlanılmalıdır. Bu isə təhsilin keyfiyyətinə dolayısı ilə təsir göstərən vacib məqamdır.

Şagird-müəllim münasibətlərində texnologiya və interaktiv üsullar sadəcə vasitədir, əsas olan ünsiyyətin səmimiliyi, yaradıcı düşüncənin inkişafı və birgə öyrənmə həvəsidir. Beləcə, müasir təhsil həm də şəxsiyyətin formalaşmasına, inkişafına zəmin yaradır.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see268

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see240

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see239

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see233

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see230

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see223

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see221

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see204

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see200

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see196

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see195

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see189

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see177

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri