Icma.az
close
up
RU
525 ci qəzet Bu necə bir ölümdür?!

525 ci qəzet Bu necə bir ölümdür?!

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səxavət Tağlar

Əməkdar müəllim

Ən yaxın günlərdə İmişli təhsilində üç dəyərli gənc həmkarlarımızı itiririk: Əlidursun İsayev, Əliqismət Nəsirov və Asim Arazlı! Allah-Təala hər üçünə rəhmət eləsin! Ailə üzvlərinə səbir diləyirik!

Hər biri ayrı-ayrılıqda yüksək peşə hazırlığına malik, intellektual səviyyəsi ilə seçilən gənclər idi. Onların ömür yolu belə yarımçıq olsa da, vaxtsız itkiləri ailə üzvləri, yaxınları kimi biz həmkarlarını da yandırıb-yaxır...

... Asim Arazlı söylədiklərimdən son itkimizdir. Necə gözəl bir gənc, istedadlı pedaqoq idi! O, 12 noyabr 1994-cü il tarixdə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olub, uşaqlıq və məktəb illəri həmin kənddə keçib. 2012-2016-cı illərdə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsində təhsil alıb. 2019-cü dərs ilində Müəllimlərin İşə Qəbulu (MİQ) qaydası ilə İmişli rayonunun Qızılkənd kənd H. Hüseynov adına tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 44 günlük Vətən müharibəsində döyüşüb. Qazi idi. İşgüzarlığı, peşə səriştəsi ilə az zaman kəsiyində müəllim-şagird kollektivlərinin və valideynlərin dərin hörmətini qazanmışdı. Elə işlədiyi məktəbdə öz həmkarı, məktəbin rus-dili müəllimi Aysu xanımla ailə həyatı qurub, öz romantik gənclik duyğularını yaşayıblar. Sən demə, bu sevgi-sevincli günlərə, iki gənc öyrədənin ailə səadətinə ürək tutması son qoyacağıymış! İndi Asim müəllimi tanıyan hər kəs düşünür: Bu necə bir ölümdü?!

Asim müəllim həm də ədəbi yaradıcılıqla da məşğul olurdu. O, "Tənhalıq mənim dostumdur" ditektiv məhəbbət romanı ilə tanındı və oxuyan hər kəsin dərin hörmətini qazandı. Gənc yazıçının qələmindən çıxan hər bir yazısında həyat eşqi, inam və ümid var idi. Yaradıcılıq müsabiqələrinə qoşulmağı çox sevirdi. Ötən ilin aprelində Mir Cəlal Paşayev adına 4-cü hekayə müsabiqəsinə "Kələntər dayı" hekayəsi ilə qoşulmuşdu. Nə gözəl ki, müsabiqənin qaliblərindən biri olmuş və "Ədibin Evi"ndə mükafatlandırma tədbirində iştirak etmişdir.

Arazlı Asim Mustafa oğlu ilə tanışlığım tələbə yoldaşı, mənimlə bir kollektivdə işləyən Taleh Cavadlı vasitəsilə olmuşdu. Hər ikisi ədəbiyyat adamı olduğundanmı, nədənmi çox sıx münasibətdə idik. Dünyasını dəyişməmişdən 3 gün əvvəl mənə zəng etmişdi, xeyli danışdıq:

- Salam, Səxavət müəllim!

- Salam, Asim! Necəsən?

- Yaxşılıq. Siz yaxşı olun. Müəllim, Sizin məhlədən ev almışam...

- Çox gözəl, mübarək olsun! Sizi ailəvi qonaq dəvət edirəm. Bizə gələrsiniz.

- Baş üstə, müəllim! İnşallah, yaxşı qonşu olarıq...

Elə həmin həftə içində Asim Arazlı əbədi məkanı ilə bizi sarsıtdı. Heyf ondan, çox heyf! Ev-eşik qurdu, içində yaşamadı, ailəsini, əzizlərini və bizi sarsıtdı.

Onu sevən insanların- müəllim və tələbə yoldaşlarının, dostlarının haqqında yazdıqları, qəhər və göşı ilə dedikləri fikirlər Asimin yarımçıq ömründə böyük hörmət və izzət qazanmasını göstərir. Dostu Eyvaz Əyyub öz kədərini, ürək yanğısını belə sonluqla bitirir:

Yaxını, uzağı ağladıb getdi,

Duyan ürəklərdə dağ salıb getdi.

Ruhu səmalara baş alıb getdi,

Özüysə torpağa endi bu adam.

Neçə şagirdlərin gərəyi idi

Atanın, ananın diləyi idi.

O sevən xanımın ürəyi idi,

Çevrildi tarixdə qaldı bu adam.

Deməyin, Deməyin öldü bu adam...

Gənc yazıçı-pedaqoq Asim Arazlı ailəsindən, işlədiyi kollektivdən, yeni aldığı evdən, öz isti ocağından, el-obasından ayrılıb əbədi məkana köç etdi. Qəlbində, ruhunda böyük sevgi yaşatdığı "Tənhalıq mənim dostumdur" romanına qoydyğu ad kimi, bu dünyadan ayrılıb getdi, tənha o dünyaya…

Ruhu şad, məkanı cənnət olsun!

Xatirəsi həmişə qəlbimizdə olacaq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri