“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Alim Qasımov toy məclislərində səsləndirilən musiqilərdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi 106.3 FM-də Kazım Sübhanının qonağı olarkən toy musiqilərinin insanların musiqi zövqünə mane olduğunu bildirib:
“Musiqi baxımından tərbiyəmizi pozan toyxanalarda səsləndirilənlərdir. Toylarda oluram, düşünürəm ki, yazıq ifaçı nə etsin? Həm oynamaq, həm də mənəvi dinləmək olsun. Mənəvi dinləmək iki-üç dəqiqə olur, qalanı qatar gedir... Özünə hörmət edən də çıxıb dəhlizdə qəhvə içir. Kişi burada pul qoyub, camaat çıxır dəhlizə. Əvvəl musiqiçi gələndə hamı qabağına qaçırdı, sevinirdi. İndi yox.
Gecə oturub fikirləşirəm ki, bunu necə etmək olar... Düşündüm ki, ərkim çatan yerdə 5-10 dəqiqə oynasınlar, sonra oxumaq. Sonra mənəvi musiqi, şeir deyən olsun. Oxumaqla oynamaq ölümdür. Musiqini qəbiristanlığa aparmaq yox, yerin altında basdırmaqdır. Bir az olar oynamaq. Qardaş, uşaq, gəlin tökülüşüb oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















