Icma.az
close
up
RU
525 ci qəzet Çağdaş mədəniyyətimizdə abidə şəxsiyyət

525 ci qəzet Çağdaş mədəniyyətimizdə abidə şəxsiyyət

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ramiz QASIMOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Uzun zamandır ki, Şuşa şəhəri Azərbaycanın ucalıq, müqəddəslik rəmzlərindən biridir. Ucalarda Bayraq olar, bayraq isə azadlıq, qüdrət simvoludur. Bu baxımdan, Şuşa bütün ucalığı ilə Azərbaycanın Bayraq meydanı sayıla bilər. Musiqi, ədəbiyyat beşiyi olan Şuşamız bir də dahi Üzeyir bəyin - Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin (1885-1948) doğma yurdu kimi əzizdir. Çağdaş mədəniyyətimizdə abidə şəxsiyyətə çevrilmiş Üzeyir bəyin taleyi, bütün həyatı Azərbaycanın tərəqqisi, xalqımızın mədəni inkişafı ilə sıx bağlıdır. Bütün bunlara, doğma vətənə göstərdiyi misilsiz xidmətlərinə görədir ki, ölkəmizdə "Müstəqillik və Suverenlik İli" elan edilmiş 2025-ci ildə Üzeyir bəyin əziz xatirəsi bütün il boyu ehtiramla anılacaq. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda göstərildiyi kimi: "Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".

Üzeyir bəy kimi dahi şəxsiyyətin Azərbaycan xalqına bəxşi ilahi bir lütf idi. Bu böyük şəxsiyyət Azərbaycan ictimai, ədəbi, mədəni fikrinə, onun incəsənəti, mədəniyyəti, ədəbiyyatı, publisistikası, teatrı və başqa sahələrinə misilsiz töhfələr verdi. Haqlı olaraq Üzeyir bəyin adı gələndə nəhəng və əzəmətli bir Azərbaycan Konservatoriyası göz önündə canlanır. Təkbaşına belə Azərbaycan musiqisini təmsil etməyə qadir və qabil bir şəxsiyyət, nəhəng və sanballı bir simadır Üzeyir bəy. O, Azərbaycan peşəkar musiqisində müstəsna yer tutan sənətkarların ustadı, mənəvi atasıdır. 1908-ci ildə yaratdığı ilk opera nümunəsi Azərbaycan musiqisi və incəsənətinə təkcə ölkəmiz üçün deyil, bütün geniş bölgə - Qafqaz və digər yaxın ölkələr üçün istiqamətləndirici faktor oldu. Onun bəstələdiyi operalar təkcə musiqi sənətimizə zənginlik qatmadı, həm də librettoları aid olduğu əsərlərə əbədiyaşar şöhrət bəxş etdi. Üzeyir bəy eyni zamanda ədəbiyyatımızın nəhəng nümayəndəsi olaraq, xalq arasında daha çox "Məşədi İbad" kimi tanınmış "O olmasın, bu olsun"un, "Arşın mal alan", "Ər və arvad", "Əsli və Kərəm", "Koroğlu" və daha neçə opera və operettaların, silsilə məqalələrin, felyetonların müəllifidir. Onun əsərləri həm də Azərbaycan xalq sənətinə yeni güc verdi və onun yeni nəfəslə yaşamasına zəmin hazırladı. Azərbaycan dastanları, məşhur əsərləri onun və onun ardıcıllarının sayəsində yenidən yaşamaq haqqı qazandı və heç zaman da unudulmadı. Azərbaycan xalq mahnıları məhz bu dahi şəxsiyyətin təşəbbüsü ilə nota alınaraq xalqın əbədilik milli sərvətinə, zəngin xəzinəsinə çevrildi, itib-batmaqdan xilas oldu. Naxçıvanın məşhur yallıları da bu dahi şəxsiyyətin sayəsində yenidən həyat və əsl sənət taleyi yaşamağa imkan tapdı. Beləliklə də, dünya-bəşər mədəniyyətinə Azərbaycan mədəniyyəti adlı təkrarolunmaz, özünəməxsus, zəngin, qədim və əlvan bir mövcudluq naxışı daha əhatəli şəkildə qovuşdu. O təkcə milli mədəniyyət və musiqimizə, kino sənəti və teatrımıza can vermədi, həm də bu zəngin milli sərvətin elmi şəkildə öyrənilməsinə də əsaslar yaratdı, özünün həmişəyaşar elmi əsərlərilə nümunə və zəmin ortaya qoydu. "Muğamat və xalq mahnılarının ifası", "Səhnənin tərbiyəvi əhəmiyyəti", "Vəzifeyi-musiqiyyəmizə aid məsələlər", "Türk operaları", "Azərbaycan musiqi həyatına bir nəzər", "Musiqidə xəlqilik" haqqında və başqa çoxsaylı məqalələri ilə musiqi, incəsənət, teatr və mədəniyyət sahələrinə dair sanballı elmi əsərlər ərsəyə gətirdi. Üzeyir bəy həmçinin böyük xalq müəllimi, Azərbaycan balalarının savadlanmasında can qoyan maarif xadimlərindən biri oldu. Onun "Rusi-türki və Türki-rusi" lüğəti, "Hesab məsələləri" adlı metodik vəsaiti həm öz dövrü üçün yenilik idi, həm də xalq müəlliminin can yanğısının təzahürü!

lll

Üzeyir bəy həm də Naxçıvan üçün müstəsna dərəcədə doğma bir şəxsiyyət idi. Əvvəla, bütün bölgələrdə olan kimi, Naxçıvanda da peşəkar musiqi mədəniyyətinin inkişafı məhz onun və ardıcıllarının sayəsində başlanıb. Bilavasitə Üzeyir Hacıbəylinin şəxsi səyləri ilə Bakıda milli musiqi təhsili məktəblərinin açılmasından sonra onun tövsiyəsi və dəstəyi sayəsində Naxçıvanda da milli musiqi təhsilinin əsası qoyulub. Hətta yazılanlara görə, dahi bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyli müvəqqəti olaraq Naxçıvanda yaşayıb-yaratmış, Üzeyir bəyi də Naxçıvan mühiti, mədəni şəraiti və inkişafı ilə yaxından tanış etmişdi. Bu nəhəng mədəniyyət xadimlərinin əzmkar fəaliyyətlərinin nəticəsi olaraq Naxçıvanda da musiqi təhsilinə şərait yaradılıb. Musiqi orta-ixtisas məktəbi Naxçıvanda fəaliyyət göstərərək burada peşəkar musiqinin inkişafına böyük töhfələr verib. Üzeyir bəy 1937-ci ildə SSRİ Ali Sovetinin Millətlər Sovetinə məhz buradan - Naxçıvanın Şərur rayonundan namizəd olaraq seçilmişdi. Elə həmin ildə də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanda musiqi məktəbinin açılmasına dair qərar verilmiş, tədris ili üçün şagird kontingentinin say tərkibi müəyyənləşdirilmişdi. Həmin musiqi məktəbində şagirdlərə 5 şöbə - tar, kamança, royal, nəfəsli və simli alətlər üzrə dərslər tədris edilirdi. Üzeyir bəy Naxçıvanda olarkən ətraflı maraqlandığı bu zəngin mədəniyyət beşiyində yallı rəqsləri daha çox diqqətini cəlb edib və ümumən, Naxçıvanın, onun Şərur bölgəsinin folklor etibarilə zəngin olduğunu vurğulayaraq yazıb: "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir". O, yallıların da ana məkanının Şərur olduğunu yazaraq: "Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub", - deyə öz fikrini ifadə edib.

lll

Üzeyir Hacıbəyli ötən əsrdə iki respublikamızın dövlət himnlərinin musiqisini yazıb və bununla da tarixdə möhtəşəm yer tutub. Bu gün də dövlət himnimiz olan ölməz musiqisi bir vaxt Azərbaycan Xalq Cümhuriyyətinin də himni kimi səslənib. Qüvvətli publisist kimi tanınan Üzeyir bəy Hacıbəyli habelə "Həqiqət", "Tərəqqi" kimi qəzetlərin redaktoru, eləcə də Cümhuriyyət dövründə ilk rəsmi dövlət mətbuat orqanımız olan "Azərbaycan" qəzetinin baş redaktoru olub. Bütün bunlara və bundan ziyadə olub sadalanmayan faktlara görə Üzeyir bəy şəxsiyyəti, siması istər yaxın, istərsə də uzaqdan həmişə nəhəng, əzəmətli, canlıdır. Böyük şairimiz Səməd Vurğunun bu nəhəng şəxsiyyətin dünyadan köçməsinə ağı kimi yazdığı məşhur şeirində deyildiyi kimi:

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada!

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər!

Həqiqətən, Üzeyir bəyin əziz xatirəsi unudulmazdır, o, hər zaman qəlbimizdə, dilimizdə, şüurumuzdadır. Hər zaman təntənə ilə çalınan "Uvertüra"nın səfərbəredici, birləşdirici musiqisində, əlimiz köksümüzdə dinləyib-oxuduğumuz Dövlət Himnimizdə, zümzümə etdiyimiz çoxsaylı mahnılarımızda Üzeyir bəyin ruhu, xatirəsi yaşayır.

Azərbaycan xalqının bu dahi bəstəkar oğlunun anadan olduğu gün - 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü olaraq qeyd edilir. Bu əlamətdar gün Azərbaycan xalqının böyük oğlu, milli mədəniyyət və incəsənətimizin böyük hamisi, Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə dahi bəstəkarın şərəfinə rəsmiləşdirilib. Bu nəhəng dühaya özünün səmimi münasibəti, nəhəng hörməti və intəhasız ehtiramını bildirən Ulu öndər Heydər Əliyev Üzeyir bəy haqqında çıxışlarından birində söyləmişdir: "...Dahi Üzeyir bəyin xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir bəyin xatirəsi qarşısında baş əyir. O, bizim üçün əzizdir və xoşbəxtlik də ondan ibarətdir ki, o, bu gün də yaşayır". Qeyd edək ki, Ulu öndərin ən çox sevdiyi bəstəkar da, özünün birmənalı şəkildə dediyi kimi, Üzeyir bəy Hacıbəyli idi...

Dahi liderimizin milli dəyərlərə və mənəvi irsə olan sonsuz qayğısı bu gün də uğurla davam edir. O cümlədən Üzeyir Hacıbəyli irsinə də bu gün böyük diqqət və qayğı var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə ardıcıl addımlar atılır, eyni zamanda ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və təşəbbüsləri sayəsində milli mədəniyyətimiz, musiqi sənətimiz qorunur, Üzeyir bəyin sənət irsi də məhəbbətlə yaşadılır.

Üzeyir Hacıbəyli təkcə Azərbaycan mədəniyyətini dünyada tanıdan bir şəxsiyyət deyil. O həm də bir ölkəni mahnılarına sığdıran və ruhunda daşıyan vətən fədaisi idi. Azərbaycan adlı vətənin və ona olan sevginin notlarını yazıb ifadə edən bu dahi şəxsiyyət həm də zəngin milli mədəniyyətilə tanıtdığı ölkənin dünyadakı fəxri elçisidir. Onun cəsur, işıqlı ruhu Böyük Zəfərlə nəticələnən Vətən müharibəsi boyu da bizimlə idi.

Bu torpaqda daima bir Üzeyir ruhu dolaşır üzü Şuşaya, Qarabağa doğru. Ölümsüz "Koroğlu" uvertürası ilə xalqımızı birlik və həmrəyliyə səsləyir, sanki əsgərlərimizlə, şanlı ordumuzla birgə ölkəmizin sərhədlərinə keşik çəkir. Böyük Zəfər sevincinə bürünmüş 140 yaşın mübarək olsun dahi Üzeyir bəy!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri