Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Tənəzzül haqqında yeni və unudulmuş elm (III yazı)

525 ci qəzet Tənəzzül haqqında yeni və unudulmuş elm (III yazı)

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəvan CAVİD

"...Bəşəriyyət qıtlığın səbəb ola biləcəyi bir tənəzzülün qarşısını ala bilərmi? Bəli, bunu bacara bilərik. Təəssüf ki, rəqəmlərə baxanda sadəcə on faiz şansımızın olduğunu görürük. Bu rəsm əsəri nə qədər tünd və qaranlıq olsa da, inanmalıyıq, çalışmalıyıq və bu şansı on bir faizə qaldırmaq üçün nəyimiz varsa, xərcləməliyik, döyüşməkdən qorxmamalıyıq..."

İnsan tənəzzül adlandırılan prosesin harasındadır? Bizə necə təsir edəcək bu qədər qarışıq bir sistem? Sayımız azalacaqmı, artacaqmı? Hansı vərdişlərimizi tərgidəcəyik? Hansı yeni vərdişləri qazanacağıq? Texnologiya bizi "evimizdən" tamamiləmi didərgin salacaq? Necə olacaq axırımız? Suallar çox, ömür yarı. Bildiyimiz və təkzib olunmayan tək həqiqət ondan ibarətdir ki, bunu necə başa düşürüksə düşək, sonuncu musiqinin notlarını eşitməyimizə lap az qalıb. Biz isə sonuncu rəqsə çoxdan qalxmışıq.

Bir neçə başlıq altında insanın kollapsologiyadakı yerini müəyyənləşdirək.

Tənəzzülün demoqrafiyası

İnsan sayı artır. Artıq bəzi ölkələr bunun qarşısını almaq üçün on illərdən bəri tədbirlər görürlər. Sayımızın çoxluğu "qızıl orta" adlandırılan nəsilləri narahat etməyə başlayır. Ortaya belə sual çıxır ki, sayımızın çox olduğu bir dünya istəyirik, yoxsa daha varlı insanların yaşadığı dünya? Üç sosial sinfin üçü də buna fərqli cavab verər. Kasıb mütləqdir ki, şüuraltında öz gələcəyinə inanmasa da, yenə də sinifdaşlarını müdafiə edəcək. Orta standartlı sosial rifaha malik insanlar bu sualın cavabını hər iki tərəfə hesablanmış olaraq düşünəcək. Varlılar isə nikbindir, onlar dünyanın daha yaxşı yer olması üçün gücü və pulu olanların yaşamasını arzu edəcəklər. Bir məsələ var ki, bu sinfin nümayəndələri sadəcə arzu etmir, həm də arzularını reallaşdırmaq üçün çalışırlar.

Kollapsologiyada demoqrafik böhranı xarakterizə edən iki anlayış var: Kornukopiya (Cornucopia) və Maltus (Malthus) sistemləri.

Kornukopiya nəzəriyyəsini dəstəkləyənlər iddia edirlər ki, insan irqi sonsuz inkişafa sahibdir. O, dayanmadan böyüyəcək. Texnologiya onun qarşısındakı bütün sərhədləri yıxacaq.

Maltusçular isə daha bədbindir. Onlar hesab edirlər ki, bəşər tarixindən bu yana, əslində, bütün yeniliklər və inkişaf qrafiki özünü təkrarlayır. Və bizlər bu periodun sonuncu halqalarından birindəyik. Texnologiya insanı məlum bir zirvəyə çıxaracaq, sonra isə o zirvədən aşağı atacaq. Ola bilsin, bu intiharı yaşamamış bütün sistemin çöküşünə şahid olaq. Çünki digər yazılarda da vurğuladım ki, hesablamadığımız, diqqət etmədiyimiz yüzlərlə nüans var ki, onlar "evimizi" çoxdan təhlükə altına salıb.

Əslində, bu iki nəzəriyyə bir-birindən çox da fərqlənmir. Çünki dövlətlərin iqtisadi-sosial vəziyyətinə görə periodlar bir yerdə hərəkət edə bilir. Demoqrafik artış vəziyyətində olan dövlətlər və millətlər kornukopiyaçıların dediyi nikbin proqnozlara inana bilərlər. Çünki onların hələ nələrisə dəyişməyə vaxtları var. Amma əgər artış və ya azalış böhrana çevriləcəksə, onda maltusçular kimi düşünməyin vaxtı gəlib çatıb.

Tənəzzülün sosiologiyası

2003-cü ildə baş verən və 21-ci əsrin ilk soyqırım cəhdi kimi dəyərləndirilən "Darfur" müharibəsini yadımıza salaq. Sosiologiyada yeni əsrdə insanları və toplumları təhlil etmək üçün bu müharibədən daha yaxşı neqativ nümunə yoxdur. Sudanda başlayan və sərhədləri aşan irqlər və millətlər arası bir müharibə də deyə bilərik buna. Səbəb sürətlə artan əhali və xammal çatışmazlığı idi. "İqlim müharibələri"nə misallar çəkməli olsaq, bu soyqırım ilk beş nümunədən biri olar. Tənəzzülün bir səbəbi də məhz belə sosioloji böhranlardır. "Gəzən ölülər" (The Walking Dead) serialındakı kimi bir-birimizi yeyəcək hala düşməsək, yaxşıdır. Çünki gələcək sosial müstəvidə heç də yaxşı şeylər vəd etmir. 

Sosial-psixoloq Harald Veyzer iddia edir ki, bu cür sosial məzmunlu müharibələr böyüməyə və artmağa məcburdur. Çünki insanlar nə olursa-olsun, daim bir-birini öldürmək üçün səbəblər tapacaq. Xəstəliklər, ərazi davaları, qida çatışmazlığı, iqlim dəyişiklikləri, içməli su qaynaqları və sair. Təəssüf ki, çox vaxt bu müharibələrin əsl səbəblərini açıqlamaq yerinə, onlara din donu geyindirib fərqli hədəflər yaradırlar.

Tənəzzülün sosiologiyasından danışırıqsa, cəmiyyətlərin mədəni tərəflərini də araşdırmalıyıq. Film, ədəbiyyat, musiqi, rəsm industriyasındakı dəyişiklikləri sezməmək mümkün deyil. Mədəniyyətin müxtəlif sahələrində müxtəlif dəblər yaranmaqdadır. Sənətin əxlaq, milli dəyər, sosial fərqindəlik kontekslərini bir kənara qoyuram. Onlar onsuz da 60-cı illərdən etibarən əridilməyə başladı. Məsələ eybəcərlikdir. Baş verən sürətli dəyişikliklər fonunda estetik zövqlər eybəcərləşməyə, heç bir məna ifadə etməməyə başlayır. Belə olan halda çarəsiz bir insanın tapındığı sənət də artıq ona kömək olmayacaq. Çıxış yolu sənət üçün də mübarizə aparmaqdır. Amma kimlə, nə ilə? Tənəzzülün böyüməməyinə çalışmaq bundan başlayırsa, düşüncə mərkəzləri tez-bazar işə keçməlidir. Məşhur iqtisadçı Serge Latoş bu mövzuda narahatlığını belə ifadə edir: "Sənəti mədəni sömürgəçilikdən qorumalıyıq..." Tənəzzülə aparan yolun hər tərəfində müxtəlif sifətli müharibələr dayanıb. Onlardan bəlkə də ən dəhşətlisi məhz mədəni müharibələrdir.

Tənəzzülün psixologiyası

Bu və əvvəlki yazıların, demək olar ki, hər abzasında tənəzzülün insan psixologiyasına təsiri hiss edilir. Əlbəttə, müharibələrin, qıtlığın, mədəni çürümənin içində olan bir insan sakit və aramlıq həyata malik ola bilməz. O həm də öz psixologiyasını müxtəlif "üsullarla" aşındırır. Hansılardır bu üsullar:

Korluq - kifayət qədər qələbəlik informasiya tıxacında vacib olanları görməmək və duymamaq. Vacib olanların fərqinə varanda isə iş işdən keçmiş olur.

İnkar - məğlubiyyəti, tənəzzülü qəbul etməmək. Bunun bir taftalogiya olduğuna inanmaq. Beynin komfort zonasını tərk etməmək. Və bir gün məlum olacaq ki, həddindən artıq nikbinliyin qurbanıyıq hamımız.

Tənəzzülün politologiyası

Tənəzzül, təbii ki, siyasətə təsir edir. İstər böyük, inkişaf etmiş, güclü, istər inkişaf etməkdə olan, istərsə də kiçik, gücsüz dövlətlərin müqəddəratına kifayət qədər toxunur. Reallıq budur ki, iqlim, qlobal istiləşmə, su qaynaqlarının tükənməyi haqqında rəsmi partiyalardan daha çox QHT-lər düşünür. Bu QHT-lərdən bəziləri dövlətlər tərəfindən dəstəklənsə də, hələ ki, heç bir ölkənin siyasətinin ana xəttinin bu problemlər olduğunu görmürük. Beynəlxalq iqlim konfransları, tədbirlər, iclaslar keçirilir. Bunlardan ən vacibinə ötən il elə Bakımız ev sahibliyi etdi. Sosioloqlar düşünür ki, bu tədbirlərin mahiyyəti və sayı hələ qaneedici səviyyədə deyil. Tükənən qaynaqlar üçün ölkələr daha çox qayğılıdır, nəinki tükənməz qaynaqlar və təbii sərvətlər üçün.

Tənəzzülün politologiyasından danışanda bir şeyə də diqqət edirik. Siyasi rejimlərin bu prosesdəki davamlılığına. Kollapsologiya haqqında kitablar yazan, araşdırmalar müəllifi bütün iqtisadçı və sosioloqlar iddia edir ki, tənəzzül prosesi birinci demokratiyanın divarlarını dağıdacaq. İkinci Dünya müharibəsindən sonra Avropada, xüsusi ilə Britaniyanın simasında bütün böyük dövlətlərdə liberalizmi uğurlu siyasi və iqtisadi model kimi göstərən səbəbləri necə ki nikbin sosioloqlar ortaya atmışdı, indi də həmin zatlar demokratiyanın bu böyük çöküş qarşısında aciz qaldığını deyirlər. İqlim və su mövzusunda elə problemlər var ki, onlarla mübarizə birbaşa sərtlik və milliyətçilik tələb edəcək.

lll

Kim necə və nə qədər bu dramatik sonluğa hazırdır, bilmirik. Tək bildiyimiz həqiqət təbiət və elmin min illərdir bizə sübut etdiyi gerçəklərdir. Güvəndiyimiz tək nöqtə də elm olmalıdır. Müharibələr haqqında araşdırma edərkən qəribə bir statistika oxudum. Sən demə, dünya tarixində sadəcə iki yüz il insanlar bir-biri ilə döyüşməyib, vəssalam. Sadəcə, iki yüz il. Bəlkə də o iki yüz ilin fəlsəfəsi, məntiqi bizi mümkün olacaq bütün qiyamətlərdən qoruya bilərdi. Hələlik, ölməyən və zədə almayan tək hissimiz ümiddir. Ondan yapışmaq isə yeganə çarəmizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri