Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525 ci qəzet Tənəzzül haqqında yeni və unudulmuş elm Rə­van Cavid yazır

525 ci qəzet Tənəzzül haqqında yeni və unudulmuş elm Rə­van Cavid yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəvan CAVİD

"...Növlərin aqibətinin çatdığını bir ehtimal kimi də olsa görməyə başladığımız vaxt yaranacaq təcili vəziyyət çoxdan vərdiş etdiyimiz asta və qarışıq qərar vermə instinktimizə uyğunlaşmayacaq. Qərb təəccüb və heyrət içində azadlıq və ədalət dəyərlərinin üstündən xətt çəkəcək... Birinci tapşırıq Yer kürəsini xilas etmək olacaq..."

Yeni dünyanın problemləri... Bu problemlərin bir neçə dəqiqə içində yerini başqa problemlərə verməsi. Sosial şəbəkədə hər saniyə nəsə "yeni" bir mövzu müzakirə olunur, sosial media dayanmadan xəbər "istehsal" edir. Telefonun ekranını aşağı sürüşdürdükcə yeni məlumatlar, yeni xəbərlər, yeni şəkillər çıxır qabağımıza. Beynimiz durmadan bu "yeni" məlumatları emal etməklə məşğuldur. İnsanların, şəhərlərin, ölkələrin, regionların gündəmi sürətlə dəyişir. Biz bu dəyişikliklərin bəzilərinə böyük, bəzilərinə xırda, bəzilərinə vacib, bəzilərinə də lüzumsuz xəbər deyirik. Lakin ən vacibləri, ən böyükləri diqqətimizi heç vaxt çəkmir. Bu problemləri gizlətmirlər, ört-basdır etmirlər, sadəcə biz çox da dəyərləndirmək istəmirik. Hansı problemlərdir bunlar? Tək-tək saysaq, bütün qəzet səhifəsini doldurmuş olacağıq. Hamısının ortaq adı isə Tənəzzüldür. Bu tənəzzül hər hansı bir millətə, ölkəyə, qitəyə, gücə aid deyil, bütün dünyaya, "evimizə", yəni Yerə aiddir. Kollapsologiya da bu tənəzzül haqqında elmdir. Adı təsadüfi deyil. Latın dilində "kollap" bir çox şeyin eyni anda düşməsi mənasını verir. Bizim söhbət açacağımız problemlər kimi. Çoxdurlar, fərqlidirlər, amma onlardan tək bir nəsnə kimi də bəhs edirik. Tənəzzülün qarşısında heç bir "barrikada" qurmaq olmur. Onu bloklamaq da mümkünsüzdür. Paul Erlix yazırdı ki, tənəzzülün qarşısını almaq ehtimalımız on faizdirsə, bunu on birə yüksəltmək üçün bütün ölkələr bütün sərmayələrini xərcləməlidirlər. Yox, bu, liberalların yaratdığı süni qorxu və ya təhdid deyil, bu, həqiqətdir. Dünya bu cür tənəzzülləri önəmli hesab etməyən yüzlərlə ölmüş mədəniyyətin qəbiristanlığıdır.

Tənəzzül nədir? Kollapsologiyada nəyi təmsil edir? Demək olar ki, bütün məşhur kollapsoloji mətnlərdə tənəzzülün açılışı belədir: "Təməl ehtiyacların qanunla tənzimlənən xidmətlərlə əhalinin böyük bir qisminə normal hesab olunan qiymətlərlə satıla bilməməsidir..."

Təməl ehtiyaclar deyəndə suyu, elektriki, istiliyi, havanı, ən adi qidaları nəzərdə tuturlar. Yəni ən təməl məfhumlar. Maaş, maşın, ev, orta aylıq gəlir haqqı, faiz, ictimai nəqliyyat, təhlükəsizlik və bunlar kimi şeylərdən söhbət getmir. Çünki tənəzzülün başlandığını hiss edəcəyimiz vaxt bu saydıqlarım bir o qədər vacib olmayacaq. Bəli, konkretləşdirsək, dünyanın axırından danışırıq. Amma danışarkən mayalıların təqviminə, babil mifologiyasına, Vanqanın təxmin etdiyi kəhanətlərə söykənmirik. Elmi sübutlarla, kollepseoloji terminlərlə vəziyyətin nə qədər acınacaqlı olduğunu izah edirlər. "Dünya dağılır" ifadəsi o qədər adiləşib ki, kiməsə dünyanın dağılmasından danışanda səninlə zarafatlaşmağa başlayır. Bəlkə də buna görədir ki, yüz ildir aktual olan "Biq Bənq" teoreminə alternativ teorem fikirləşdilər. Bu alternativi düşünənlər deyir ki, qazlar genişlənib, sıxılıb, partlayıb və qalaktikalar yaranıb (bura qədər biqbənqçilərlə razıdırlar), amma artıq bu qazlar nə genişlənir, nə də sıxılır, hər saniyə də yeni qalaktika yaranmır, narahat olmayın. Əslində, bütün bu teoremlər tənəzzül termini qarşısında bir o qədər mahiyyət kəsb etmir. Çünki haradan və necə gəldiyimiz yox, hara və necə yuvarlanacağıq, o maraqlıdır kollepseoliklərə.

Kollapsologiya (artıq təkcə termin yox, həm də elm sahəsi kimi də qəbul olunur) 2020-ci ildə ortaya çıxdı. Lüğətlərə məhz bu tarixdən etibarən düşdü. 1970-ci illərdə ortaya çıxan "katastrafologiya" kimi birdən-birə özündə bir çox vacib mətləbləri cəm edən məhvuma çevrildi. Məsələn, 2010-cu ildə dünya əhalisi, ya da "ağ adamlar" bu şeylərlə maraqlanmırdılar. Neft sənayesinin inanılmaz yüksəlişi, Orta Şərqdə gedən proseslər həm onların, həm də bizim diqqətimizi dağıdırdı. Arabir bir neçə ekoaktivist çıxıb qlobal istiləşmədən, şirin su qaynaqlarının qurumasından danışırdı, biz isə qulaq asmırdıq. COVİD pandemiyası bir çox sahədə olduğu kimi, burada da bəzi daşları yerinə oturtdu. Çoxdan məlum olan "su müharibəsini" yenidən yadımıza saldı. Dünya çox ciddi rəqəmlər qarşısında acizləşib bu mövzuda. Şirin su ehtiyatı hər il sürətli şəkildə azalır. İstiləşməyə səbəb olan texnologiyadan çox az uzaqlaşsaq da, hələ də bu bəs etmir. Və qarşıdan gələn fəlakət sunami, zəlzələ, volkan püskürməsinə bənzəmir. Bu tənəzzülün, bu çöküşün qarşısını almaq mümkün olmayacaq. Və çöküş bitəndə nə qalacaq, nə qalmayacaq, o da məchuldur.

2015-ci ildən sonra bu elm sahəsi haqqında bir çox kitab yazıldı. Elə yazılanların bir çoxu da bestseller oldu. Bu qədər ağır informasiya və pessimist təhkiyəyə rəğmən, tənəzzül haqqındakı kitablar maraq oyandıra bilmişdi. Məsələn: Pablo Serviqn və Rafael Stevensin bir yerdə yazdığı "Hər şey necə çökə bilər" ("How Everything Can Collapse: A Manual for Our Times", 2015, 2021), Cared Daymondun "Çöküş" ("Collapse", 2015), Cozef A. Tenterin "Mürəkkəb cəmiyyətin dağılması" ("The Collapse of Complex Societies", 1988), Tobi Ordun "Uçurum: Ekzistensial risk və bəşəriyyətin gələcəyi" ("The Precipice: Existential Risk and the Future of Humanity", 2020), Qay D. Midltonun "Çöküşü anlamaq: qədim tarix və müasir miflər" ("Understanding Collapse: Ancient History and Modern Myths", 2017) kitabları.

Toby Ordun yanaşması daha çox ekzistensial risklərə aiddir. O deyir: "Təkcə cəmiyyətlər deyil, bütün bəşəriyyət təhlükə altında ola bilər". Qlobal epidemiyalar, süni intellektin nəzarətdən çıxması, iqlim böhranları... Bu kitab onların hamısını mümkün qədər real çərçivədə yerləşdirir ki, bizlər hər şeyi aydın görə bilək.

Midlton isə antik sivilizasiyaların dağılması hekayələrini detektiv kimi araşdırır. Hansı mif doğrudur, hansı şişirdilmişdir? Yeni miflər hansılardır və nə qədər gerçəkdir? Tənəzzül dağılan cəmiyyətlərdən və onların miflərindən nə aldı apardı?

Bu kitabların ən yaxşısı isə deyərdim ki, Pablo Serviqn və Rafael Stevensin bir yerdə araşdırdığı və fərqli tarixlərdə iki dəfə çap etdirdikləridir. Onlar pandemiyadan əvvəl və sonra bu mövzuya qayıdıblar. Həm də çöküş elminin papulyarlaşmasında böyük rol oynayırlar.

Cared Daymond tarixi və coğrafiyanı geniş sahə araşdırması ilə birləşdirərək, "coğrafiya taledir" məsələsinə yenidən qayıdır.

Tenter isə bu qədər həngamənin arasında tənəzzül dövründə hansı sinfin nümayəndələrinin daha faydalı olacağını araşdırıb. Mürəkkəblik, səmərəlilik, davamlılıq... bu üç nəsnə üzərində çox dayanır.

Tənəzzülün ən vacib səbəblərindən biri də əsrimizin filosoflarının haqqında tez-tez yazdığı, sosioloqların dayanmadan araşdırdığı sürətlənmə məsələsidir. Bütün müstəvilərdə sürətlənmə. Dünya əhalisinin sayında sürətli artış, texnologiya sahəsindəki sürətli dəyişikliklər, həyat ritminin sürətlənməsi. Bu üç sürətlənmə çöküşü də sürətləndirməyə başladı.

Dünya əhalisinin sayı on doqquzuncu əsrdən qabaq hər min ildən bir sadəcə iki dəfə artırdı. Bu statistika bəşəriyyət tarixinin səkkiz min ilini əhatə edir. Sonra nə oldu? 1830-1930-cu illər arasında əhali sayı iki dəfə artdı, yəni min illik artış yüz ildə baş verdi. Növbəti ikiqat artım isə yüz il belə gözləmədi. 1970-ci ildə, yəni qırx il sonra dünya əhalisinin sayı dörd milyard olmuşdu. Hazırda sayımız səkkiz milyarddan çoxdur. Yəni son əlli ildə iki dəfədən artıq. Qida, ərazi, su çatışmazlığı və digər çatışmazlıqlar da bu rəqəmlər kimi artdı.

Dünya əhalisinin sayı artdıqca bütün sahələrdə keyfiyyət yox, kəmiyyət nəzərə alınmağa başladı. İkinci Dünya Müharibəsindən sonra kəmiyyət təkcə aşağı yox, yüksək gəlirli əhaliyə də hesablanmağa başladı və brendlərin yarışı qızışdı. Dünya sürətlə xüsusi isimlərin zibilliyinə çevirildi. Texnologiyanın inkişafı, sosial medianın populyarlaşması bu "rəqabəti" gücləndirdi.

Sosial şəbəkələrin sürətlə həyatımıza təsiri psixoloji travmaları da yaratdı. Şəxsiyyət eqosu üzə çıxdı. "Like"ların və "dislike"ların müəyyən etdiyi keyfiyyətlərə və xarakterə sahib olduq. Belə olan halda düşündüklərimizin də mahiyyəti dəyişdi. Və beləcə, dünyanın aqibətini düşünmək yadımızdan çıxdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri