Icma.az
close
up
RU
525 ci qəzet Elmdə qadın və qızların rolu müzakirə olunub

525 ci qəzet Elmdə qadın və qızların rolu müzakirə olunub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 11-də STEAM İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin, Nərgiz Fondunun dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 11 Fevral – “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunan tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirin əsas məqsədi qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etmək olub.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, 2024-2025-ci tədris ilində bu layihə 398 məktəbi, 252 min 711 şagirdi əhatə edib. STEAM təhsili alan şagirdlərin 47 faizi qız, 53-ü isə oğlandır.

“Bundan başqa, 21 STEAM mərkəzi, bir STEAM İnnovasiya mərkəzi fəaliyyət göstərir. Məqsədimiz qadınların elmi innovativ təşviqi prosesinin gücləndirilməsidir. Beynəlxalq STEAM Azərbaycan festivalında 352 qadın iştirak edib. Bu da qadınların elmdə rolunun nə qədər böyük olduğundan xəbər verir”, - deyə layihə rəhbəri söyləyib.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Ayla Həsənova və “Azərbaycan Qadınları Elmdə” Təşkilatının təsisçisi Günel Ağabəyli açılış nitqlərində qızların elmdə daha fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Daha sonra tədbir çərçivəsində xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbir təlim sessiyası ilə davam edib.

Ekspert Kamran Qasımovun rəhbərlik etdiyi “Keçmişdən gələcəyə: qadınların innovasiyada rolu” adlı interaktiv qrup işində iştirakçılar qadınların elm və texnologiyada keçmiş və müasir dövrdəki töhfələrini təhlil ediblər.

Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiya çərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanış olublar.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri