Icma.az
close
up
RU
Qadın və qızların cəmiyyətdə rolu artır

Qadın və qızların cəmiyyətdə rolu artır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması


Azərbaycanda fərdlərin geniş və bərabər inkişafına şərait yaradılır



Bu il ölkəmizdə ilk dəfə “Qadın Liderləri Zirvəsi” keçiriləcək. Həqiqətən də, cəmiyyətimizin inkişafı və gələcəyini formalaşdırmaqda qadınların oynadığı əsas rolun qeyd edilməsi üçün Zirvə görüşü unikal bir fürsət yaradacaq. “Qadın Liderləri Zirvəsi”nə hazırlıqlar artıq başlayıb. İştirakçılar, çıxışçılar haqqında məlumatlar verilir. Zirvə ərəfəsində ölkəmizin icitmai-siyasi, sosial həyatında fəal iştirak edən qadınların təşəbbüsü ilə bir sıra tədbirlər keçirilir. Yerli əhəmiyyətli tədbirlərlə yanaşı, Azərbaycan qadınları beynəlxalq miqyaslı tədbirlərdə də fəal iştirak edirlər. Bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Nyu-Yorkda keçirilən “Qadın və kişi deputatların nəsillərarası dialoqu” çərçivəsində “Qadınların siyasətdə iştirakının dəstəklənməsi” mövzusunda çıxış edib. Dialoq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və "UN Women" təşkilatı tərəfindən Demokratiya və Seçkilərə Yardım üzrə Beynəlxalq İnstitut, Beynəlxalq Parlamentlərarası İttifaq və “Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər” təşkilatı ilə birgə həyata keçirilən Qadın Liderlərin Qlobal Təşəbbüsü çərçivəsində təşkil olunub. S.Mikayılova çıxışında qeyd edib ki, qadınların ictimai həyatın hər bir sahəsində fəal iştirakını dəstəkləyən və təşviq edən fəal vətəndaş cəmiyyətinin inkişafına ehtiyac var. "Biz qadınları lider, qərar qəbul edən və gələcəyin formalaşdırılmasında fəal iştirakçı olmağa təşviq edən sosial layihələri və təşəbbüsləri irəli sürməyə davam etməliyik. Lakin qadınların, xüsusən də siyasətdəki rollarına ictimai münasibəti dəyişmədən buna nail olmaq mümkün deyil. Parlamentlərin bu prosesdə rolu böyükdür, çünki onlar ictimai diplomatiyanın təşviqi, gender və inklüziv məsələlərə yönəlmiş siyasətin formalaşdırılmasının mərkəzinə çevrilməlidirlər. Qadınların hər sahədə səsini, təmsilçiliyini və səlahiyyətlərini təmin etməklə onların üzləşdiyi sosial problemlərin həlli yollarını tapmaq zəruridir", - deyə, o bildirib. S.Mikayılova Azərbaycanda daha geniş, daha bərabər inkişafa şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Millət vəkili xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətinin nümunəsini iştirakçıların diqqətinə çatdırıb. "Azərbaycan qadınların rolunun genişləndirilməsində mühüm irəliləyişlər əldə edib. Birinci vitse-prezident Mehriban Əliyeva müasir Azərbaycan qadınının təcəssümüdür. O, ölkəmizin müasir tarixində güclü, parlaq şəxsiyyətdir", - deyə qeyd edən S.Mikayılova əlavə edib ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş onlarla proqram həyata keçirilir. Bundan əlavə, S.Mikayılova öz çıxışında Azərbaycanın gender bərabərliyi sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayaraq, Azərbaycan parlamentində qadın deputatların geniş təmsil olunduğunu, spiker vəzifəsində çalışanın da qadın olduğunu qeyd edib. Bütün dünyada ictimai həyatda fəal iştirak etməyə çalışan qadınların qarşısında duran vəzifələrdən danışan S.Mikayılova qeyd edib ki, ictimai fəaliyyətlə məşğul olan qadınlar, təəssüf ki, zorakılığın konkret formalarına və ya sui-istifadəyə məruz qalırlar. “Bu cür hüquq pozuntularının qarşısını almaq üçün sosial media platformalarını tənzimləyən universal qanun və ya qanunvericiliyin hazırlanmasına ehtiyac var. Sürətlə inkişaf edən süni intellekt dövrünü nəzərə alaraq, bu problem daha təhlükəli formalar alır və bizi ciddi şəkildə düşünməyə vadar edir. Bu baxımdan, milli parlamentlər təşəbbüslər irəli sürə, həmrəylik nümayiş etdirə və beynəlxalq konvensiya hazırlaya bilərlər ki, biz, IPU olaraq, bunu dəstəkləyəcəyik", - deyə S.Mikayılova əlavə edib. 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında isə Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü münasibətilə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusunda konfrans keçirilib. AMEA Rəyasət Heyətinin və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Akademiyanın və Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin qadın əməkdaşları iştirak ediblər. Əvvəlcə görkəmli qadın alimlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açaraq Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün təsis olunması barədə danışıb, əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. O, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi qətnamə ilə fizika və kimya sahələri üzrə iki dəfə Nobel mükafatı almış görkəmli alim Mariya Kürinin doğum gününün - 11 fevral tarixinin “Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” elan edildiyini bildirib. Bu günün qeyd edilməsində əsas məqsədin dayanıqlı inkişaf kontekstində qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu söyləyib. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən akademik İradə Hüseynova Prezident İlham Əliyevin qayğısı və təşəbbüsü ilə qadınların aktiv fəaliyyəti naminə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü həyatında qadınların əvəzolunmaz yerinin olduğunu bildirib. “Ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, elmi və mədəni sahələrdə qadınlar fəal təmsil olunurlar”, - deyən akademik İradə Hüseynova Azərbaycan qadınlarının elm və təhsildə də yeni hədəflərə doğru irəlilədiyini söyləyib. Görkəmli qadın alimlərimizin elmə bəxş etdiyi yeniliklərdən danışan vitse-prezident Azərbaycanda gender bərabərliyini əks etdirən statistik məlumatları diqqətə çatdırıb. O, qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib. AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyeva Azərbaycan qadınlarının, xüsusilə elmdə və təhsildə fərqlənən xanımlarımızın cəmiyyətimizin aparıcı qüvvəsi olduqlarını söyləyib. O, Azərbaycan qadınını əxlaqi dəyərlərin simvolu, cəmiyyətin inkişafının aparıcı qüvvəsi, vətənpərvər, fədakar, ismətli ana kimi xarakterizə edib. Akademik Gövhər Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldığını qeyd edib. Vurğulayıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. O, dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədə olan vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışaraq bildirib ki,  elm, mədəniyyət və digər sahələrdə qazanılan uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Daha sonra AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadə çıxış edərək bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirildiyini deyib. Professor Rəna Mirzəzadə bugünkü tədbirin məramı, AMEA Qadınlar Şurasının yaradılmasının əhəmiyyəti və ümumilikdə, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolu haqqında fikirlərini bölüşüb. 2018-ci ildə yaradılmış AMEA Qadınlar Şurasının həyata keçirdiyi silsilə işləri diqqətə çatdıran Rəna Mirzəzadə biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin şuranın sədrinin müavinləri seçildiklərini bildirib. Şura sədri, həmçinin ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən söz açıb. Vurğulayıb ki, Azərbaycan qadınları gözəl ana kimi gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edirlər.

Konfransda AMEA institutlarının yüksək elmi dərəcəli xanım əməkdaşları müxtəlif sahələri əhatə edən məruzələrlə çıxış ediblər. 


Sosioloq Mətanət Məmmədova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, AMEA-da keçirilən konfrans, eləcə də ölkəmizdə ilk dəfə keçiriləcək “Qadın Liderləri Zirvəsi” cəmiyyətimizin inkişafı və gələcəyini formalaşdırmaqda qadınların oynadığı əsas rolun qeyd edilməsi üçün unikal bir fürsət yaradır: 

seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri