Icma.az
close
up
RU
525 ci qəzet ABŞ Mərakeş tərəfdaşlığı müzakirə edilib

525 ci qəzet ABŞ Mərakeş tərəfdaşlığı müzakirə edilib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio ilə  Mərakeşin xarici işlər naziri Nasser Bourita arasnda telefon danışığı olub.

525.az xəbər verir ki, tərəflər Kral VI Məhəmmədin rəhbərliyi altında regional və qlobal sülh və təhlükəsizliyin təşviqində güclü ABŞ-Mərakeş tərəfdaşlığını müzakirə ediblər. Onlar Qəzzada atəşkəs razılaşmasının icrası, girovların azad edilməsi və Mərakeşin Qəzzaya humanitar yardım göstərməkdəki liderliyi haqqında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, regionda ortaq maraqları irəli aparmaq və münaqişələri, o cümlədən “İbrahim Razılaşmaları” əsasında həll etmək üçün intensiv əməkdaşlıq etməyə sadiq olduqlarını bildiriblər. Dövlət xatibi və XİN başçısı amerikalılar və mərakeşlilər üçün faydalı olacaq ticarət, investisiya və kommersiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini təsdiqləyiblər.

ABŞ-Mərakeş münasibətləri güclü və qədimdir. Mərakeş 1777-ci ildə ABŞ-ın müstəqilliyini tanıyan ilk ölkə olub və 2002-ci ildə iki ölkə Azad Ticarət Sazişi imzalayaraq münasibətlərini yeni səviyyəyə qaldırıblar. 2004-cü ildə Prezident Buşun qərarı ilə Mərakeş ABŞ-ın NATO-ya daxil olmayan əsas müttəfiqi statusunu alıb. Son 20 il ərzində iki ölkə Afrikada ən böyük illik Birləşmiş Qərargah Rəisləri təlimi olan "African Lion" hərbi təlimlərini təşkil edirlər ki, bu da onların güclü müdafiə əməkdaşlığını və regional təhlükəsizliyə olan ortaq sadiqliyini bir daha nümayiş etdirir.
Amerika Birləşmiş Ştatlarının Mərakeşin cənub bölgələri (Qərbi Saxara) üzərində suverenliyini tanıması, bu alyansın strateji xarakterini vurğulayır. Bu qərar, regionda sülh və inkişafın geniş məqsədləri ilə uzlaşır.

ABŞ dövlət katibi Rubio, Mərakeş Kralının Qəzzadakı humanitar səyləri də daxil olmaqla, vacib regional məsələlərin həllindəki liderliyini yüksək qiymətləndirib. Əl-Qüds Komitəsinin sədri kimi Kral VI Məhəmməd Qəzzaya humanitar yardım çatdırılmasında mühüm rol oynayıb və 2024-cü ilin mart ayında Mərakeş, Qəzza əhalisinə quru yolu ilə ərzaq yardımı çatdıran ilk ölkə olub. Bu səylər, Mərakeşin atəşkəs razılaşmasının irəlilədilməsi, girovların azad olunmasına töhfə verməsi və humanitar böhranın yüngülləşdirilməsindəki əhəmiyyətini bir daha ön plana çıxarıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri