525 ci qəzet AzMİU nun strateji hədəflər və inkişaf perspektivləri müzakirə olunub
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fevralın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi şuranın 2025-ci ildə ilk iclası keçirilib.
Universitetdən 525.az-a bildirilib ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. İclasda universitetin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatlar təqdim edilib və 2025-ci il üçün müəyyən edilən strateji hədəflər müzakirə olunub.
İlk olaraq professor Gülçöhrə Məmmədova “AzMİU rektorluğunun 2024-cü ildə gördüyü işlər” haqqında geniş hesabatla çıxış edib. Hesabatda universitetin struktur bölmələrinin, fakültə və kafedralarının fəaliyyəti, elmi tədqiqatların nəticələri, tədris prosesindəki inkişaflar və maddi-texniki bazanın müasirləşdirilməsi ilə bağlı görülən işlər ətraflı şəkildə nəzərdən keçirilib. Rektor qeyd edib ki, 2024-cü il universitetin inkişafında mühüm irəliləyişlərə səbəb olub və bu istiqamətdə atılan addımlar AzMİU-nun gələcək strateji hədəflərinin reallaşmasına töhfə verəcək.
Professor Gülçöhrə Məmmədova çıxışında universitetin strateji hədəflərini diqqətə çatdıraraq beynəlxalq reytinqlərdə irəliləmə, tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının gücləndirilməsi, tələbə sayının daha da artırılması, istehsalatla əlaqələrin genişləndirilməsi istiqamətlərində atılacaq addımları vurğulayıb. O, AzMİU-nun dünya universitetləri arasında mövqeyinin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin artırılması və müasir tədris metodlarının tətbiqinin vacibliyini qeyd edib.
Bununla yanaşı, hesabatda İnşaat Kolleci və Fizika-Riyaziyyat Təmayüllü Liseyin birillik fəaliyyəti də qiymətləndirilib. Tədrisin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən yeniliklər və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda müzakirə olunan mühüm məsələlərdən biri də “Universitetin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti” ilə bağlı hesabat olub. Baş mühasibin müavini Mehparə Süleymanova tərəfindən təqdim olunan hesabatda universitetin maliyyə vəziyyəti, büdcə xərcləri və gələcək planlar haqqında məlumat verilib.
Hesabatlardan sonra digər cari məsələlərə də baxılıb, müzakirəyə çıxarılan mövzular ətrafında Şura üzvlərinin çıxışları dinlənilib. Təklif və rəylər nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















