Icma.az
close
up
RU
525 ci qəzet Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir

525 ci qəzet Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir

525.az saytına istinadən Icma.az xəbər verir.

Bənövşə MƏMMƏDOVA
Filologiya üzrə elmlər doktoru

"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Ümummilli lider Heydər Əliyevə məxsusdur bu fikirlər. O, çıxışlarında tez-tez gəncliyə xitab edir, ölkənin möhkəm olmasının təməlində gəncliyin böyük rolunun olduğunu vurğulayırdı. 

Zaman göstərdi ki, doğrudan da gənclər gələcəyi formalaşdıran əsas qüvvədir. Hər bir ölkənin sabahı onun gənclərinin bilik və bacarıqlarına, eləcə də onların cəmiyyətə verdiyi töhfələrə bağlıdır.

Azərbaycanda da gənclərin inkişafına xüsusi diqqət yetirilir, onların sosial, mədəni, iqtisadi və elmi sahələrdə aktiv iştirakı üçün geniş imkanlar yaradılır. Gənclər üçün xüsusi günün təsis edilməsi onlara diqqətin bir nümunəsidir. 1997-ci ildən fevral ayının 2-si ölkədə Gənclər Günü kimi qeyd edilir.

Gənclər yeniliyin və tərəqqinin əsas daşıyıcısıdır. Onlar yalnız təhsil almaqla və peşəkar bacarıqlar qazanmaqla kifayətlənmir, həm də öz enerjiləri, innovativ ideyaları və təşəbbüsləri ilə ölkənin inkişafına töhfə verirlər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti, müxtəlif dövlət proqramları və beynəlxalq layihələr onların müxtəlif sahələrdə öz potensiallarını reallaşdırmasına şərait yaradır. Azərbaycanlı gənclər həm yerli, həm də beynəlxalq arenada öz uğurları ilə tanınırlar. Onlar xaricdə təhsil alır, beynəlxalq yarışlarda iştirak edir, innovativ bizneslər qurur və texnologiya sahəsində yeni nailiyyətlər əldə edirlər.

Gənclər günü həm də gənclərin problemlərinə, ehtiyaclarına diqqət çəkmək üçündür. Bu gün çərçivəsində təşkil olunan tədbirlər - konfranslar, seminarlar, müsabiqələr və forumlar gənclərə yeni imkanlar qazandırır, onların təşəbbüslərini dəstəkləyir. Dövlətin gənclərə verdiyi dəstək nəticəsində bu gün ölkədə gənclər üçün müxtəlif layihələr və proqramlar mövcuddur. Gənclər Fondu, ASAN könüllüləri, Gənclər və İdman Nazirliyi kimi qurumlar minlərlə gəncin ideyalarını həyata keçirməsinə və cəmiyyətə faydalı olmasına şərait yaradır.

Gənclərin bilikli, vətənpərvər, yenilikçi və fəal olması Azərbaycanın inkişafına və beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. Gənclər Günü bu potensialın dəyərləndirilməsinin bir göstəricisidir və gələcək nəsillərin daha uğurlu olması üçün bir çağırışdır.

Ulu öndər Heydər Əliyevin sözləriylə başladıq, Mustafa Kamal Atatürkün sözləriylə də bitirək. Atatürk deyirdi: "Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir".

Gənclər Gününüz mübarək!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri