Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Gələcək müəllimlərin əsəridir” mövzusunda tədbir keçirilib

“Gələcək müəllimlərin əsəridir” mövzusunda tədbir keçirilib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək müəllimlərin əsəridir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə  nümayəndəsi Ceyhun İsmayılzadə, əməkdar və gənc  müəllimlər, ümumilikdə 200 nəfərdən çox təhsil işçisi iştirak edib.

Təhsil işçiləri əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.

Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə onları təbrik edərək, şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar diləyib. Bildirib ki, bu il müəllimlərimiz “Konstitusiya və Suverenlik İli”ndə daha qürurla öz bayramlarını qeyd edirlər. Çünki artıq Vətənimiz olan Azərbaycanın bütün guşələrində üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Qeyd olunub ki, biz yazmağı, öyrənməyi, düşünməyi müəllimlərimizdən öyrənmişik. Keçmişimizi müəllimlərimizlə xatırlamışıq, bu günümüzü onlarla paylaşmışıq. Ancaq müəllimlərin ən böyük missiyası həm də gələcəklə bağlıdır. Necə deyərlər, gələcək müəllimlərin əsəridir.

Rayon rəhbəri öz çıxışında Ulu  Öndərin  “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözlərini də dilə gətirib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib. Onun təşəbbüsləri sayəsində təhsil işçilərinin maddi vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olub.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir. Çıxışda ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri də diqqətə çatdırılıb.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Prezident cənab İham Əliyevin təhsil siyasəti ölkənin uzunmüddətli inkişafına xidmət edir və bu siyasətin uğurları həm yerli, həm də beynəlxalq səviyyədə tanınır. Müəllim – sadəcə dərs deyən bir şəxs deyil. Müəllim, gələcəyimizi formalaşdıran, gənclərimizə biliklə yanaşı, tərbiyə, əxlaq və milli-mənəvi dəyərləri aşılayan müqəddəs bir şəxsiyyətdir. Müəllimlərimizin əməyinin böyüklüyünü ulu öndər Heydər Əliyev də hər zaman xüsusi vurğulayaraq demişdir: “Müəllimlik ən şərəfli peşədir. Müəllim xalqın gələcəyini yaradır.”

Sonra rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Tərtər Peşə Məktəbi PHŞ-nin direktoru Əli Babayev, Tərtər Uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov, Fikrət Rzayev  adına Balakəngərli kənd ümumi orta məktəbin direktoru Alxas Həsənov , Rafiq Nuriyev adına şəhər 6 nömrəli tam orta məktəbin müəllimi, ”Əməkdar müəllim” Tahirə Quliyeva, İsmayli Məmmədov adına şəhər 2 saylı məktəb-liseyin müəllimi Tacirə Vəlizadə, Suqovuşan kənd tam orta məktəbinin müəllimi Vüsalə Muradlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri var. Bu mənada Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və fəaliyyəti dayanır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunur.

Tədbirin sonunda bir qrup müəllim YAP Tərtər rayon təşkilatı tərəfindən və rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri