Icma.az
close
up
RU
525 ci qəzet Gələcək zamanların İnsanı Rəfail Tağızadə yazır

525 ci qəzet Gələcək zamanların İnsanı Rəfail Tağızadə yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəfail TAĞIZADƏ

"Böyük bir işin öhdəsindən gəlməyin yolu onu sevməkdir. Əgər bu yoxdursa, işə başlamağa tələsməyin".

Stiv Cobs

Uzaqlara dikilən baxışların nə gördüyünü, nə danışığını ancaq sahibi bilir. Zamana odaqlanan o baxışlar səni xatirələrə, xəyallara aparır. Gətirən, aparan baxışlarda sən o məkandasan. Uçursan, qaçırsan, yeriyirsən. Anidən balacalaşırsan, böyüyürsən. Sevinirsən, kədərlənirsən. Baxışlar olanları, gördüklərini üzünə ötürür. Halın üzündən bəlli...

Rafiq müəlimin uzaqlara, çox uzaqlara baxan qəribə baxışları var. Dəyişən amplitudalı, ziqzaqlı baxışlarda nələrin olduğunu təyin etmək çətindir. Amma mənə elə gəlir ki, o uzaqlarda uşaqlıq, keçdiyi yollar, uğurlarla bərabər, ağrılar-itkilər, görmək istədiyi işlər, onların elmə və insana verəcəyi töhfələr də var. Yoxsa, bu baxışlar üz ifadələrində bu qədər dəyişiklik yaratmazdı və zaman bu qədər uzanmazdı.

İnsanı özündən yaxşı heç kim tanımaz. Çünki yaşananlar, yaşantılar, çəkdikləri ancaq özünə bəllidi. Bir də Ona. İnsan etdikləri ilə tanınır.

Rafiq müəllim, adətən, kitablarından, yazı və müsahibələrindən, yetirmələrindən tanınır (Dostları Rafiq müəllimi həm də maraqlı söhbətlərindən tanıyırlar).

"Təvazökarlıq insanın ləyaqətini və qiymətini artırır".

F.Laroşfuko

Dünya elminə yeni nəzəriyyələr verən, əsərləri dünyanın aparıcı universitetlərində tədris olunan, dünya elmi nəşrlərində ilk yerləri tutan Rafiq Əliyev bu qədər etdikləri qarşısında "Nə etmişəm ki: kitablar yazmışam, tələbələr, alimlər yetişdirmişəm. Bu, mənim işimdir", - deyir.

Bu böyük alimin sadəlikdən doğan təvazökarlığıdır. Rafiq müəllim nələr etdiyini özü yaxşı bilir, amma bununla öyünmür. Bunu vətəndaş, insan, alim borcu sayır.

Alimliklə (Rafiq müəllim özünə alim demir, elmlə məşğul oluram, - deyir) insanlığı bu səviyyədə özündə cəmləşdirmək böyük xoşbəxtlikdir.  

Hamıya mehriban, səmimi, gülərüz münasibət göstərən insanın sevilməsi də elə buna görədir.

Dünyanın qeyri-səlis məntiqə keçdiyi bir zamanda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, nəinki, ali, orta məktəblərində və hətta bağçalarda da tədris olunan, keçilən qeyri-səlis məntiq, təəssüf ki, ölkəmizdə ancaq Rafiq müəllimin yaratdığı və rəhbərlik etdiyi "Biznesin idarə edilməsi" Proqramından başqa heç yerdə tədris olunmur. Bu, təəssüf doğurur.

Başqalarının əl-əl gəzdiyi, hər anından yararlanmaq istədikləri, xaricdə ölkəmizdən daha çox tanınan və dəyər verilən alimimizdən özümüz lazımınca yararlanmırıq.

Gərək zamana və zamanın insanlarına zamanında qiymət verilsin. Zamansa gözləmir...

Onu da qeyd edim ki, bu yaxınlarda professor Rafiq Əliyevin texnika üzrə fəlsəfə doktoru Rafiq R.Əliyev və özbək alimləri ilə birlikdə hazırladıqları "Süni intellekt" kitabı 4 dildə nəşr olunub və dünyanın aparıcı universitetlərində tədrisdə istifadə edilir.

Rafiq Əliyev, nəinki, elmin ən yeni sahəsi olan süni intellekt, qeyri-səlis məntiqin nəzəri, texnoloji və iqtisadi tərəfləri ilə məşğul olur, o, həm də qeyri-səlis məntiqin humanitar elmlərə tətbiqi ilə bağlı araşdırmalar da aparır.

Son illər akademik Kamal Abdulla ilə birlikdə yazdıqları, alimlərin və ədəbiyyatşünasların diqqətini çəkən "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq", "Qeyri-səlis məntiq və dil-nitq" kitabları Rafiq Əliyevin çoxtərəfliliyini göstərir.

Bu günlərdə daha bir sevindirici xəbər aldıq. Rafiq Əliyevin Rafiq R.Əliyevlə birlikdə yazdıqları, çoxdan gözlədiyimiz "Qeyri-səlis məntiq" kitabı "Azərnəşr" tərəfindən çap olundu. Azərbaycan dilində yazılan bu ilk kitab qeyri-səlis məntiqin öyrənilməsi və tədqiqi üçün əvəzsiz töhfə olacaq. "Azərnəşr"in baş redaktoru, əziz dostumuz Əlövsət Ağalarova bu kitabın nəşrinə görə xüsusi təşəkkürümüzü bildiririk.

Elm nə qədər yenilənsə də, böyük Məktəb yaratmış Rafiq Əliyev zamanların alimi olaraq qalacaq. 200-ə yaxın fəlsəfə doktoru, 35 elmlər doktoru hazırlayan, ingiliscə kitablarını ingiliscə, almanca kitablarını almanca, rusca kitablarını rusca, azərbaycanca kitablarını çox sevdiyi doğma dilində yazan, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədri olan (bu konfransların sayı 30-dan çoxdur), ömrünün bu yaşında da elmi araşdırmalar aparan, yeni kitablar yazan Rafiq Əliyevə cansağlığı və yeni nailiyyətlər diləyirik.

Növbəti uğurunuz, Lütfi Zadənin təklif etdiyi kimi, Nobel mükafatı olsun, hamımızın sevimlisi, hər ilinə sevindiyimiz dəyərli İnsan, böyük Alim, Rafiq Əliyev!

Yeni yaşınız mübarək, zamanın seçdiyi İnsan!                                                                                     

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri