Icma.az
close
up
RU
525 ci qəzet Günay Əfəndiyeva İstanbul səfəri çərçivəsində görüşlər keçirib

525 ci qəzet Günay Əfəndiyeva İstanbul səfəri çərçivəsində görüşlər keçirib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

525.az xəbər verir ki, Günay Əfəndiyeva İstanbul Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Hüseyn Keskin ilə keçirdiyi görüşdə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə davam etdirilməsindən söz açıb. O, qarşılıqlı əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsi yönündə Azərbaycan və Türkiyə dövlət başçılarının mühüm səylərini vurğulayıb. 

Millət vəkili xalqlararası dostluq əlaqələrinin inkişafında mədəniyyət amilinin önəminə diqqət çəkərək, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarının mədəni irsinin bərpası yönündə Azərbaycan dövləti tərəfindən aparılan işləri vurğulayıb. 

Millət vəkili Qarabağ bölgəsinin maddi-mənəvi dəyərlərinin beynəlxalq miqyasda çatdırılmasında birgə layihələrin həyata keçirilməsinə diqqət çəkib.

İstanbul Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Hüseyn Keskin iki ölkə arasında mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi üçün müsbət imkanlar olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında qarşılıqlı mədəni mübadilə və daha geniş əməkdaşlıq üçün birgə təşəbbüslərin həyata keçirilməsinin önəmini vurğulayıb.

Həmçinin, Günay Əfəndiyeva Türkiyənin Bəyazid Dövlət Kitabxanasının direktoru Ramazan Minder ilə görüşüb.

Günay Əfəndiyeva görüş zamanı, kitabxanaların bilik təminatı ilə yanaşı, həm də ölkələr arasındakı elmi-mədəni əlaqələrin inkişafında rol oynamasından söz açıb. O, Azərbaycan və Türkiyə kitabxanaları arasında mütəmadi olaraq qarşılıqlı məlumat mübadiləsinin artırılmasının əhəmiyyətinə toxunub. 

Günay Əfəndiyeva ötən ilin sonunda Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclasının keçirildiyini xatırladıb. O, Türk dövlətlərinin tarixi yaddaşını özündə əks etdirən milli kitabxanaların birgə fəaliyyətinin həyata keçirilməsini yüksək qiymətləndirib.

Millət vəkili Azərbaycan və Türkiyə daxil olmaqla türk ölkələrinin kitabxanalar şəbəkəsinin formalaşdırılmasının Türk Dünyasının inteqrasiyasına töhfə verəcəyinə diqqət çəkib.

Bəyazid Dövlət Kitabxanasının müdürü Ramazan Minder rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, eləcə də Türk dünyası ölkələrinin kitabxanaları ilə əməkdaşlığı ilə bağlı təcrübələrini paylaşaraq, bu istiqamətdə aparılan işlər haqqında məlumat verib.

Günay Əfəndiyeva görüşlərdə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarının gücləndirilməsi istiqamətində müxtəlif tipli mədəni tədbirlərin təşkilini dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.

Görüşlərdə Türkiyənin tanınmış jurnalisti, araşdırmaçı yazar Şamil Kucur da iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri