Icma.az
close
up
RU
525 ci qəzet İsraildən Ukraynaya dəstək

525 ci qəzet İsraildən Ukraynaya dəstək

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaqani CƏFƏRLİ

Livanda həyata keçirilən hərbi əməliyyatlar zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) ələ keçirdiyi Rusiya istehsalı olan silahların mühüm bir hissəsinin Ukraynaya verilməsi haqqında məlumatlar yayılır. Bu barədə hərbi münaqişələrin təhlili üzrə ixtisaslaşmış OSINTdefender monitorinq mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə C-17 hərbi-nəqliyyat təyyarəsi Almaniyadan İsrailə, oradan isə Polşanın Rzeşov şəhərinə uçub. Rzeşov ABŞ və NATO ölkələri tərəfindən Ukraynaya edilən hərbi yardımın daşınması üçün əsas logistika mərkəzidir. Ukrayna mərkəzli "Defense Express"in məlumatında isə İsrailin Kiyevə hansı silahları verə biləcəyindən bəhs edilir. Britaniyanın ən nüfuzlu nəşrlərindən olan "The Telegraph" qəzeti yanvarın 26-da İsrailin Ukraynaya silah ötürdüyünə dair işarələrin olduğu barədə məlumat yayıb. Bütün bu məlumatlar İsrailin Livanda ələ keçirdiyi silahların Ukraynaya verdiyinin həqiqətdən uzaq olmadığını göstərir. Bu isə o deməkdir ki, İsrail artıq Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətdə əvvəlki kimi tərəfsiz deyil. Yayılan məlumatlarda İsrailin Ukraynaya Rusiya istehsalı tanklar, tank əleyhinə idarə olunan raketlər, Kalaşnikov avtomatları, zirehli gödəkçələr və döyüş sursatları ilə yanaşı Patriot hava hücumundan müdafiə sistemlərinin olduğu da istisna edilmir.

İsrailin HƏMAS və "Hizbullah" terror qruplarına qarşı əməliyyatlarda ələ keçirdiyi silahların Ukraynaya verilməsi ilə bağlı müəyyən təşəbbüslər 2024-cü ilin payızında olsa da, son günlərə kimi gerçəkləşmirdi. Görünür, bu məsələdə ABŞ-da son prezident seçkilərinin nəticələri də müəyyən rol oynayıb. Çünki ötən ilin oktyabr ayının əvvəlindən İsrailin ələ keçirdiyi silahların Ukraynaya verilməsi gündəmdə olsa da, son günlərə kimi bu məsələdə heç bir irəliləyiş əldə olunmurdu. Donald Trampın andiçmə mərasimindən dərhal sonra isə İsrailin ələ keçirdiyi silahları Ukraynaya verməsinin həllini tapdı. Bu o deməkdir, bu proses Tramp administrasiyasının bilgisi və razılığı ilə baş verib. Belə qənaət yaranır ki, Trampın birmənalı dəstəyinə güvənən İsrail artıq Rusiyanın qəzəbindən qorxmur. "Defense Express"in də qeyd elədiyi kimi, Rusiyanın terrorçu qruplara verdiyi silahları Ukraynaya verməklə Moskvadan qisas da alır.

İsrailin HƏMAS və "Hizbullah" terror təşkilatlarına qarşı əməliyyatlardan ələ keçirdiyi hərbi texniki və silah-sursatın Ukraynaya verməsini iki dövlət arasında gələcək ittifaqının təməlinin qoyulması kimi qəbul etmək olar. Bu ittifaq Rusiya ilə İran arasında 20 illik Hərtərəfli Strateji Tərəfdaşlıq müqaviləsi imzalandıqdan İsrail ilə Rusiya arasında ittifaq zərurətə çevrilməyə başlayır. İsrail Rusiyanın Ukraynaya qarşı müharibəsində tərəfsiz qalmağa çalışsa da, Rusiyanın İsrailə qarşı terror təşkilatlarını silahlandırdığını aydın gördü. Halbuki Ukrayna birmənalı olaraq İsrailin özünümüdafiə haqqını dəstəkləyir. İsrailin strateji müttəfiqi Böyük Britaniyanın Ukrayna ilə 100 illik müttəfiqlik müqaviləsi bağlamasından sonra İsrail Ukrayna müttəfiqliyi qaçınılmaz görünür. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra ekspertlər Böyük Britaniya, Ukrayna, İsrail, Gürcüstan və Azərbaycanın daxil olacağı hərbi-siyasi blokun bölgədə sülh və sabitliyin yeganə təminatçısı ola biləcəyini gündəmə gətirmişdilər. Son proseslər üç il əvvəl xəyal kimi görünən bu layihənin gerçəkləşmə mərhələsinə daxil olduğunu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri