Icma.az
close
up
RU
Aparıcının Qarabağ haqda fikirləri aranı qarışdırdı Politoloqdan reaksiya

Aparıcının Qarabağ haqda fikirləri aranı qarışdırdı Politoloqdan reaksiya

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ermənistanda Azərbaycan dilində yayımlanan televiziya kanalının aparıcısı Diana Karapetyanla Azərbaycanın Real TV kanalının əməkdaşı arasında dialoq zamanı gərgin anlar yaşanıb. Belə ki, canlı bağlantı zamanı erməni jurnalist “artsax” ifadəsini işlətməyə cəhd edib. Real TV-nin aparıcısı Vəfa Həmzəyeva dərhal müdaxilə edərək belə bir sual ünvanlayıb: “Əgər siz hələ də “artsax“ deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?” Azərbaycanlı jurnalist vurğulayıb ki, “artsax” ifadəsi artıq siyasi və hüquqi baxımdan qapalı mövzudur.

Erməni aparıcı sözügedən kanalın yaradılmasında əsas məqsədin dezinformasiyanın qarşısını almaq olduğunu desə də, Qarabağ məsələsində təməl prinsiplə bağlı yanlış mövqedə qaldıqlarını nümayiş etdirib.

Ermənilər hələ də “artsax“ deyirsə, o zaman sülhdən danışmaq olarmı?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, burada söhbət ilk növbədə prosesdə sülh anlayışının hansı formada qavranılmasından gedir:

“Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslər üçün ermənilərlə sülh Sovet dövründə olan vəziyyətdir. Halbuki biz o vaxt eyni dövlətdə yaşayırdıq, ermənilər Azərbaycanda, azərbaycanlılar isə Ermənistanda yaşayırdı. Hətta bu həmrəyliyi əks etdirən mahnılar vardı və beynəlmiləlçilik prinsipi üzərində qurulmuş, millətçiliyi inkar edən Sovet ideologiyası vardı. Nə indi, nə də gələcəkdə belə sülh mümkündür.

Fərhad Məmmədov

İkinci məqam, gənc nəslin sülh qavrayışıdır. Bu da bizim digər həmsərhəd ölkələrə münasibətimizlə bağlıdır. Məsələn, Gürcüstan, Rusiya, Türkiyə və İrana ən azı gediş-gəliş var və həmin ölkələrdə azərbaycanlı olduqlarına görə təqib olunmayan, iş görüb pul qazanmaq imkanı olan insanların sülh qavrayışıdır. Bu şəraitdə sülhün qurulması üçün Azərbaycan və Ermənistan böyük yol qət etməlidir. Ona görə bu gün biz sülh dedikdə, ilk növbədə, müharibənin olmaması, dövlətlər arasında əsas prinsiplərin müəyyən edilməsi və qonşuluq formatına çevrilməsini nəzərdə tuturuq. Yaxın 5-10 il ərzində isə dövlətlər arasında əməkdaşlıq, cəmiyyətlər arasında dialoq mümkündür”.

Politoloq məsələnin tarixi aspekti ilə bağlı bildirib ki, bu, hər iki ölkədə və cəmiyyətdə onilliklərlə formalaşan diskurs və narrativlərdir:

“Bundan heç kəs imtina etməyəcək. Biz Ermənistan ərazisini Qərbi Azərbaycan, Yerevanı isə İrəvan adlandırmaqdan imtina etməyəcəyik, onlar da həmçinin. Dövlətlər səviyyəsində ərazi iddiası olmadığı təqdirdə “artsax”, “İrəvan” və digər ifadələr həmin xalqların digər dövlətlərin bölgələrinə öz adlarını verməkdən başqa bir şey olmayacaq. Bu, bir maneə kimi var, heç kəs inkar etmir: tarixi kitablar, qəhrəmanlar və s. Amma hazırda aktual məsələ deyil. Bu, gələcəyin məsələsidir. Biz yaxın illər ərzində ancaq dövlətlərin qonşuluq siyasətinə bir forma verilməsini, eyni zamanda, cəmiyyətlər arasında dialoq görəcəyik”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri