Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

525 ci qəzet Judo Club 2012 : uğur üstə uğur gəlir…

525 ci qəzet Judo Club 2012 : uğur üstə uğur gəlir…

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan cüdosu hazırda dinamik inkişaf edir: artıq ilin əvvəlindən idmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurla çıxış edir, nailiyyətləri artırırlar. Ölkəmizdə cüdonun populyarlaşmasına və inkişafına öz töhfəsini verən idman klubları arasında “Judo Club 2012”nin özünəməxsus sanballı payı vardır. Ötən ili 117 medalla başa çatdıran klubun idmançıları yeni mövsümə də iddialı başlayıblar.

Bu günlərdə klubun üzvləri 21 yaşadək gənclər arasında ölkə birinciliyinin fərdi və komanda yarışlarında uğurlu nəticəyə nail olublar. Belə ki, fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 5 bürünc medal qazanan “Judo Club 2012” klubu oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub. Klub həmçinin medalların sayına görə (11 medal) ilk pillədə qərarlaşıb. Fərdi yarışlarda qızıl medalları Mehdi Cəfərov (-73 kq) və Əli Qazımaqomedov (-90 kq) qazanıb. Aliyə İsmayılzadə (-48 kq), Fəqan Məmmədli (-73 kq), Tuncay Şamil (-90 kq) və Vidad Əliyev (-100 kq) ölkə birinciliyinin gümüş medallarına sahib olublar. Bürünc medallara isə Xumar Qasımzadə (-48 kq), Leyla Əliyeva (-52 kq), Leyla Atayeva (-63 kq), Süleyman Əliyev (-81 kq) və Şamil Qasımov (-100 kq) layiq görülüb.

Fevralın 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-21 gənclər komandalarının ölkə birinciliydə “Judo Club 2012”nin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları qızıl medallara və kuboka sahib çıxıblar.

Beləliklə, klubun təmsilçiləri ötən ilin dekabr ayından bu günə qədər keçirilən ölkədaxili yarışlarda ardıcıl üçüncü dəfədir ki, oğlanlar və kişilər arasında komanda yarışlarının qalibi adını qazanırlar. Qızlardan ibarət komandalar isə bu il ardıcıl ikinci yarışdır ki, liderliyi qoruyub saxlaya bilirlər.

Xatırladaq ki, ötən ilin sonunda böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında uğur qazanan klubun üzvləri kişilərin komanda yarışında birinci, qadınların mübarizəsində isə üçüncü yeri tutmuşdular.

Yeni mövsümə uğurla başlayan “Judo Club 2012”nin üzvləri, həmçinin, ilin ilk sınağı olan U-18 yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarında 9 medala layiq görülüblər. Klubun yetirmələri bu yaş qrupu üzrə həm qızlar, həm də oğlanlar arasında komanda yarışlarında çempionluğu qazanıblar. Bu möhtəşəm qələbənin ardını isə 21 yaşa qədər gənclər arasında Bakı şəhər birinciliyində 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan klubun gənc cüdoçuları davam etdirib. “Judo Club 2012”nin üzvləri 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyində 2 qızıl və 1 gümüş, Belçika açıq cüdo turnirində isə iki bürünc medala sahib olublar.

Göründüyü kimi, klub nailiyyətlərini artırır, yeni çempionlar nəslinin yetirişdirilməsində fəal iştirak edir. Əlbəttə, qazanılan uğurların təməlində ölkə rəhbərliyinin idmana və idmançılara diqqət və qayğısı, Azərbaycan Cüdo Federasiyasının (ACF) kluba dəstəyi mühüm rol oynayır. Klubun dinamik, davamlı inkişafında onun təsisçisi, ACF İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun xüsusi xidmətləri vardır. Onun təşəbbüsü ilə klubun cüdo üzrə məşqçilər heyətinə adlı-sanlı tanınmış idmançılar İlqar Müşkiyev və Kifayət Qasımovanın cəlb edilməsi təqdirəlayiq haldır.  Bundan başqa, klubun üzvü Zelim Kotsoyevin ötən il həm dünya, həm də Olimpiya çempionu olması burada cüdonun sirlərini öyrənən uşaqlar və yeniyetmələr üçün təsirli motivasiya mənbəyidir. Artıq klubun üzvləri iştirak etdikləri hər bir yarışda favorit qismində göstərilir və yüksək hədəflər uğrunda mübarizə aparırlar.

Gələcəkdə daha böyük uğurlara imza atmağı hədəfləyən klub rəhbərliyi yeni idmançıların yetişdirilməsi, beynəlxalq arenada Azərbaycanı təmsil edəcək çempionların hazırlanması və cüdonun daha da inkişaf etdirilməsi üçün bütün zəruri tədbirləri görür. İnanırıq ki, peşəkar rəhbərlik və məşqçi kollektivinin gərgin səyi nəticəsində klubun üzvləri bu il də çempionluq imicinə sadiqliyini nümayiş etdirərək, ölkə idmanının inkişafına öz töhfələrini daha artıracaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri