İspaniya çempionatında futbolçunun ürəyi dayandı
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Futbol üzrə İspaniya Sequndasının 12-ci turunda "Tenerife" və "Andorra" komandaları arasında keçirilən matç zamanı ev sahiblərinin hücumçusu Xesus de Migel rəqib qapıçının sərt müdaxiləsindən sonra huşunu itirib. Onun ürəyinin də dayandığı bildirilir.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, insident matçın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə baş verib.
"Andorra"nın qapıçısı Xesus Ovono hücumçunun qarşısını almağa çalışarkən kobud oyuna yol verib. Hakim dərhal qapıçıya birbaşa qırmızı vərəqə göstərib.
Meydana daxil olan həkim briqadası bir neçə dəqiqə ərzində futbolçuya tibbi yardım göstərib. Bu zaman tribunadakı azarkeşlər meydandan qovulan qapıçıya qarşı "qatil" şüarları səsləndiriblər.
Daha sonra de Migel xərəkdə meydandan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hazırda futbolçunun vəziyyətinin stabilləşdirildiyi bildirilir. O, həkimlərin nəzarəti altındadır və sərbəst nəfəs alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Noyabr 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















