Icma.az
close
up
RU
525 ci qəzet “Klassikaya müasir yanaşmanın əleyhinəyəm”

525 ci qəzet “Klassikaya müasir yanaşmanın əleyhinəyəm”

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Teatr rejissoru çox vaxt orkestri idarə edən dirijorla müqayisə olunur. Necə ki, dirijor müxtəlif musiqi alətlərinin dəyişik çalarlarını, xüsusiyyətlərini bilmədən orkestri idarə edə bilməzsə, teatr rejissoru da müxtəlif sənət sahələrini bilmədən bu işin öhdəsindən peşəkar səviyyədə gələ bilməz. Rejissor bir yazıçı, rəssam və şair qədər yaradıcı olmalıdır. Yaşadığı bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycan teatrının gerçək peşəkar, sənət fədaisi adlandıra biləcəyimiz yaradıcı rejissorları var. Onlardan biri də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Samir Qulamovdur.

- Bu gün teatr rəhbərlərinin əksəriyyəti Azərbaycan teatrının mövcud vəziyyətində heç bir problem görmürlər sanki. Sizcə, teatrlarda nə dəyişməlidir?                                 

- Çox şey... Ən əsası da bəzi teatr rəhbərlərinin təfəkkürü dəyişməlidir. Teatra rəhbərlik edən insan teatrı sevməlidir. Teatrın baş rejissoru teatrı gözəl bilməlidir, uzun illərin peşəkar rejissoru, ustadı olmalıdır ki, tabeçiliyində işləyən digər quruluşçu rejissorlar da, aktyorlar da ona tabe olsun. Bu, mütləq belə olmalıdır. Əks halda mənzərə dəyişə bilir. Bir çox teatrlarımızda bu, ən problemli məsələ olaraq qalır. Təəssüf ki, hazırkı teatr mühitində teatrı sevən, ora şəxsi mülkiyyəti kimi yox, sənət məbədi kimi yanaşan rəhbərlər də azdır. Teatr rəhbərliyinin repertuar seçimində məsləhət almalı olduğu ədəbiyyat mütəxəssisləri, hər tamaşaya bir layihə kimi yanaşan prodüser qrupu, PR məsələləri ilə yüksək səviyyədə məşğul olmağı bacaran komandası olmalıdır. Hər bir aktyorun 5 illik inkişaf perspektivləri planı hazırlanmalıdır. Dünən teatra işə qəbul edilən, universiteti yenicə bitirmiş gənc aktyor bu gün baş rol oynamamalıdır, səhnədə püxtələşməlidir.

- Teatrın həyatınızdakı yeri və əhəmiyyətini necə ifadə edərdiniz?

- Teatr mənim üçün, həqiqətən, mədəniyyət məbədidir. Bütün incəsənət sahələrinin bir araya gəldiyi, qovuşduğu, bir hədəfə vurduğu yeganə məkandır. Fikir verirsinizsə, heç kəs teatra arxa oturacaqda qucaqlaşmağa gəlmir. İnsanlar teatra gələndə ən gözəl geyimlərini geyinib gəlirlər. Teatr insanlara tarix, ədəbiyyat, zövqlü musiqi dinləmək təbliği ilə yanaşı, pisi pis, yaxşını yaxşı kimi tanımağı öyrədir. Teatr milli-mənəvi dəyərlərin ən böyük təbliğat məkanı olmalıdır. Təbii ki, teatrın insanlara nəyi necə təqdim etmək bacarığı çox əhəmiyyət daşıyır.

- Teatrı keçmiş və indiki zamanla müqayisə etdikdə hansı fərqlər qabarıq görünür?

- Əvvəllər teatr səhnəsinə hər zəif əsər yol tapa bilməzdi. Böyük səhnədə debütant rejissorlara eksperiment etmək imkanı verilməzdi. Tamaşaçı müəyyən məbləğdə pul ödəyib bilet alıbsa, yaxşı tamaşaya baxmaq ixtiyarı var. Eksperiment üçün teatrların kiçik səhnələri mövcuddur. O səhnələr məhz bu işlər üçün nəzərdə tutulub. 152 yaşına qədəm qoyan qocaman Azərbaycan teatrının ən əsas səhnəsində eksperiment etmək teatra xəyanətdən, qeyri-peşəkarlıqdan başqa bir şey deyil.

- Rejissor olaraq cəmiyyət qarşısında məsuliyyət daşıdığınızı düşünürsünüz?

- Təbii... Teatr ictimai şüurun istənilən tərəfə istiqamətlənməsi baxımından çox ciddi rol oynayır.  Ona görə də teatr rəhbərləri ilə yanaşı, rejissorların məsuliyyəti də kifayət qədər ciddi olmalıdır.

- Teatr mühitində ədalətsizliklə üzləşmisiniz?

- Ömrünün 20 ilindən çoxunu teatra bağlamış bir teatr adamı üçün ağıla gələ biləcəkdən daha çox! İşlədiyim teatrlarda hər zaman, ədalətsiz qərarlara, teatr adamının gördüyü işə qeyri-peşəkar yanaşmasına qarşı çıxmışam. Əslində bu haqda çox danışmaq istəmirəm. Bilirsiniz ki, mənim teatr fəaliyyətim Akademik Milli Dram Teatrından başlayıb. 13 il işləmişəm orada. Ən çox haqsızlıqla da ilk orada qarşılaşmışam. Bəlkə də dünyada yeganə insanam ki, haqqımda 36 əsassız ərizə, izahat var idi. Yeri gəlmişkən, 22 yaşımda Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərində oynadığım Səfi bəy obrazına görə Həsənağa Turabovdan rəsmi təşəkkür alan yeganə gənc aktyor olmuşam. Turabov nəhəng sənətkar olmaqla yanaşı həm də çox böyük şəxsiyyət idi.

- Nəyə etiraz edirdiniz?

- 55 yaşlı aktyora 18 yaşlı gənc oğlan obrazı verirdilər. Mən bu cür halları qəbul edə bilmirdim. Mənə görə, bu, tamaşaçıya qarşı hörmətsizlikdir. Peşəkar teatr dərnək deyil axı. Ağarmış saçlarla, qırışmış üzlə, oynadığın gənc əsgər obrazı nə qədər uyğunluq təşkil edir? Etiraz edirdim,"belə olmalı deyil" deyirdim. Deyirdilər, sən teatrın fəaliyyətinə mane olursan. Sonrası da məlumdur. Teatrdan öz ərizəmlə ayrıldım. Mən teatrı o cür görmək istəmirdim. Ömrümün ən gözəl illərini verdiyim, çox sevdiyim teatrdan üz döndərməli oldum.

Qeyd edim ki, məni Akademik Milli Dram Teatrına böyük sənətkarımız Həsənağa Turabov qəbul etmişdi. Mənim üçün çox dəyərli xatirəsi var həmin anın. Heç bir müsahibədə bu barədə danışmamışam. Universiteti yenicə bitirmişdim. Arzum yalnız Akademik Milli Dram teatrında işləmək idi. Bir aydan çox teatrın xidməti qapısının qarşısında o vaxt teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Həsənağa Turabovu gözləyirdim. İstəyirdim yaxınlaşıb xahiş edim ki, məni teatra işə qəbul etsin. Nəhayət teatrın mühafizəçisinin sanki yazığı gəldi mənə. Gizlincə məni Həsənağa müəllimin otağının qarşısına apardı. Qapını döyməyə cəsarət etmədim. O, məni qəbul etməyə də bilərdi. Uzaqdan gördüm, gəlir. Qapısının qarşısında, tanıyırmış kimi, mənimlə çox səmimi görüşdü, soruşdu, burda neynirsən, nəsə lazımdır? Bildirdim ki, sizinlə görüşməyə gəlmişəm, burda işə düzəlmək istəyirəm. Dedi, keç içəri. Otaqda iclas idi. İçəridə Xalq artistləri Azərpaşa Nemətov, Səyavuş Kərimi və başqa sənətkarlar var idi. Təhsilimlə bağlı sorğu-sualdan sonra müavini çağırıb dedi, bu oğlanı ştata götür, bu gündən də əmrini ver. Müavin bildirdi ki, ştatda yer yoxdur. Həsənağa müəllim fikrə getdi. Sonra müavinə dedi: "Sən belə elə... Məni aktyor ştatından çıxart, Samiri ştata götür". Bilirsiniz bu nə demək idi? Kim öz ştatını, tanımadığı bir gəncə verərdi? Bunu yalnız Həsənağa Turabov kimi nəhəng ürəkli sənətkar edə bilərdi. Mən onun ruhuna borcluyam.

- Teatra sadiq, sizə etibar edən tamaşaçı kütləniz varmı və bunu necə müəyyənləşdirisiniz?

- Mən öz tamaşaçılarımdan çox razıyam. Quruluş verdiyim "Paris Notr-Dama ithaf", "Leyli və Məcnun" tamaşalarında hər dəfə anşlaq olursa, biletlər son yerə qədər satılırsa, tam əminliklə deyə bilərəm ki, sırf mənim tamaşalarımın sadiq tamaşaçı kütləsi var və onlar mənim imzam olan işləri çox sevirlər. Hətta bir dəfə Mədəniyyət Nazirliyinə şikayət məktubu da yazmışdılar ki, biz həmin tamaşalara bilet tapa bilmirik. Bu sarıdan, rejissor kimi indiyədək çalışdığım heç bir teatrda belə narahatlığım olmayıb. Tamaşalarımda hər zaman anşlaq olub. Bu da mənə daha uğurlu işlər görmək üçün xüsusi sövq verir.

- Tamaşaçınızı məmnun etdiyiniz qədər teatrşünasları da razı sala bilirsiniz?

- Mən tamaşa hazırlayanda heç vaxt fikirləşmirəm ki, hansısa teatrşünas tamaşanı bəyənəcək, yoxsa yox. Onda işləmək olmaz, insan hansısa qəlibə düşər. Teatrşünas xofu rejissorun düşüncələrini bir yerə toplamasına mane olar. Bizim teatra bütün sahələrdə çalışan insanlar gəlir. Əgər tamaşa bitəndə bütün zal ayağa qalxıb aktyorları ayaq üstə alqışlayırsa, deməli, düz yoldasan. Hətta deyərdim ki, bəzən teatrı teatrşünas qədər bilən tamaşaçılar olur.

- "Leyli və Məcnun"a yeni quruluş verdiniz. Sizin "Leyli və Məcnun"unuz nə ilə fərqlənir?

- Artıq iki ildir ki, "Leyli və Məcnun" teatrın repertuarına daxil edilib. Hər zaman tamaşada anşlaq olur. "Mədəniyyət" kanalında dəfələrlə nümayiş olunub. TÜRKSOY Beynəlxalq Teatr Festivalının bağlanışında mədəniyyət naziri Adil Kərimlinin göstərişi ilə "Leyli və Məcnun" nümayiş olundu. Dövlət sifarişi ilə çəkilən, Vətən müharibəsindən bəhs edən "44" adlı böyük bir film layihəsində bizim "Leyli və Məcnun" tamaşamızdan səhnələr də lentə alındı. Məncə, bunlar kifayət qədər ciddi uğurlardır. Opera və Balet Teatrının səhnəsində oynanılan "Leyli və Məcnun" klassika, antikvardır. Biz bu tamaşaya daha çox gənc nəsli cəlb etməyi arzulayırdıq. Müasir gəncləri bir neçə saat davam edən muğam ifaları ilə maraqlandırmaq çətin görünürdü. Yanaşmamız fərqli oldu. Muğam ifaları ilə yanaşı, aktyor oyununu da qabartdıq. Bizim tamaşanın İbn Salamı da Leylini Məcnun qədər sevir. Amma o, hissinin qurbanı olmur. Bütün varlığı ilə ağlına tabedir. Təhsil problemini, erkən nikah problemini qabartmışıq. O dövrün qadına olan münasibətinə etiraz etdik biz. Məcnunun anası və Leylinin atasının timsalında valideyn-övlad münasibətlərinə toxunduq.

- Sizin bu əsərə daha müasir yanaşmanızı gözləyirdim.

- Mən klassikaya müasir yanaşmanın əleyhinəyəm. Bunun üçün kifayət qədər müasir əsərlər var. Klassika qorunmalıdır. Sadəcə hadisələrə və obrazlara baxış fərqli ola bilər. Bu gün "Leyli və Məcnun" tamaşasına gələnlərin əksəriyyəti gənclərdir. Mən tamaşa zamanı zalın yan qapısından tamaşaçıları müşahidə etməyi sevirəm. Elə müasir görünüşlü gənclər gəlir bu tamaşaya, adamın inanmağı gəlmir ki, bu cür müasir gənclər oturub uzun müddət muğam ifaları dinləyə bilə. Amma 74 dəqiqəlik tamaşanı heyranlıqla izləyirlər. Libretto üzərində çox dəyişiklik etmişəm. Musiqiləri isə teatrımızın orkestirinin rəhbəri, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev və Əməkdar artist, tarzən Elxan Mansurovun iştirakı və məsləhətləri ilə ixtisar etmişik. Daha yığcam, eyni zamanda aydın tərzdə və əsərə xələl gətirmədən bu işi görməyə çalışdıq.

- Tez-tez səslənən fikirlərdən biri də budur ki, teatr müasirləşməlidir. Siz necə düşünürsünüz bu barədə?

- Mən bu fikri qəbul etmirəm. Əksinə, düşünürəm ki, teatrı  60-70-80-ci illərə, Mehdi Məmmədovun, Tofik Kazımovun, Ədil İskəndərovun dövrünə qaytarmaq lazımdır. Bu gün də o tamaşalara baxanda görürsən ki, hər biri bizim dövrümüzlə səsləşir. "Meşanlar", "Dəli yığıncağı", "İblis", "Otello",  "Hamlet" bunların hər biri bütün zamanlarda aktual olan tamaşalardır. Novatorluq da olmalıdır. Amma baxır hansı teatrda və hansı əsərdə. İstehsalata verilərkən əsərlərin bədii keyfiyyətləri müəyyən edilməlidir. Müasirlik çox vaxt səhv anlaşıla bilər. Bəzən də rejissorları çaşdırır. Bu, portret çəkə bilməyən rəssamın abstrakt rəsmlər çəkməyə başlamasına bənzəyir. Bununla da bilmədiklərini gizlətməyə çalışırlar.

Günel MUSA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri