Zobu olanlar xurma yesin Təsiri
Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xurma tərkibindəki yoda görə qalxanabənzər vəzi üçün faydalıdır.
Medicina.az xəbər verir ki, endokrinoloq Zühra Pavlova xurmanın sağlamlıq üçün digər faydalarını açıqlayıb.
Xurma mövsümü noyabr ayında başlayır; məhz bu vaxt ən şirəli və yetişmiş meyvə mağaza rəflərində görünür.
100 qram xurma tərkibində kalsium, kalium, fosfor, manqan, dəmir, yod, natrium və maqnezium kimi faydalı qida maddələri ilə zəngindir.
Pavlova yetişmiş xurmanı səhər və ya nahar yeməyindən sonra qida rasionuna daxil etməyi tövsiyə edir.
Kiçik ölçülü xurmalardan gündə bir ədəd yemək olar; daha iri xurmalara gəldikdə isə, həftədə 2–3 dəfə bir ədəd yemək kifayətdir. Orta ölçülü bir xurma (250 qram) təxminən170 kkal enerji ehtiva edir.
Xurmanın faydaları
— Xurmanın tərkibində ən vacib C vitamini çoxdur, eləcə də B qrup vitaminlər var. Onlar orqanizmi qoruyur. Yaponiyada xurma və onun yarpaqlarından çay qocalma əleyhinə istifadə olunur.
Ürəyi zəif olanlara da xurma lazımdır, çünki kaliylə zəngindir. Xurma şirin olsa da, yüksək təzyiqi aşağı salır.
Xurma dəmirlə, feriumla zəngindir, qanazlığını qaldırır, eləcə də qəbizliyə qarşıdır.
Amma allergiyası, eləcə də mədə problemi olanlar xurma yeməməlidir. 3 yaşa qədər uşaqlara olmaz.
Birdəfəyə çox yemək mədəni tıxayır. Eləcə də qanda şəkəri yüksəldir.
Aygün Musayeva
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















