Icma.az
close
up
RU
525 ci qəzet Kollecin keçmiş nüfuzunu bərpa etməyə çalışırıq

525 ci qəzet Kollecin keçmiş nüfuzunu bərpa etməyə çalışırıq

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan incəsənətində silinməz izlər qoymuş fırça ustaları - Səttar Bəhlulzadə, Mircavad Mircavadov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, heykəltaraşlar Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov, Xalq artisti Mirzə Babayev, tarixçi Sara Aşurbəyli, yazıçı Fərman Kərimzadə, aktyor Fazil Salayev, ədəbiyyatşünas alim Təhsin Mütəllimov və başqalarının tərcümeyi-hallarında bir təhsil ocağının adı qızıl hərflərlə yazılıb: Əzim Əzimzadə adına İncəsənət Kolleci. Öz təhsili və yetirmələri ilə Azərbaycan mədəniyyətində önəmli yerə sahib tədris ocağı bu il 105 illik yubileyini qeyd edir. Bu gün Kollec gənc yaşına rəğmən, yüksək potensiala sahib direktoru Elşad Əhmədovun rəhbərliyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində öz fəaliyyətini uğurla davam etdirməkdədir. Amma rəhbərliyin Kolleclə bağlı arzuları, planları daha yüksəkdir. Bu və bu kimi məsələlər haqqında direktor Elşad Əhmədovla söhbət etdik. Direktor ilk növbədə bildirdi ki, bu təyinat onun üçün gözlənilməz olub: "Bu kollec hər zaman öz ənənələri ilə seçilib, buranın məzunları Azərbaycan mədəniyyətində, incəsənətində xüsusi yerə sahibdirlər. Ona görə də buranın rəhbəri vəzifəsində çalışmaq özü bir məsuliyyətdir. Çox sevindirici haldır ki, müəyyən müddətlik durğunluqdan sonra hazırda kollecə olan münasibət dəyişib. Bu dəyişiklik ilk növbədə Təhsil Nazirliyi səviyyəsində görünür. Nazirliyin yanında sırf kolleclərlə məşğul olan agentlik yaradılıb. Buna qədər kolleclərə qarşı sanki bir ögey münasibət vardı. Halbuki kollec orta məktəblə ali məktəb arasında bir körpü rolunu oynamalıdır".

E.Əhmədov dedi ki, son zamanlar İncəsənət kolleci Rəssamlıq Akademiyasının nəzdində olduğundan bir növ Akademiyanın kölgəsində qalmışdı: "Amma indi hörmətli rektorumuz da çalışır ki, kollecin önəmi, əhatəliliyi artsın, o kölgədən çıxsın. Biz təyinatdan sonra 5 illik strateji plan hazırlamışıq. Hazırda o plan müzakirə mərhələsindədir. Mən direktor kimi təkbaşına qərar verməyin tərəfdarı deyiləm, istəyirəm ki, bu, müzakirəli şəkildə qəbul edilsin. Kollecin keçmiş nüfuzunu, parlaq simasını bərpa etməyə çalışırıq. Çünki vaxtilə Əzim Əzimzadə adına kollec bir brend idi. Ən ucqar kənddə, ya da ölkə xaricində belə bu kollecin verdiyi təhsil, məzunları adla tanınırdı. İstəyirik ki, buradan məzun olan gənclərimiz təkcə öz ölkəmizdə deyil, xaricdə də təhsillərini davam etdirə bilsinlər. Bunun üçün onlara mükəmməl dil bilgiləri və hərtərəfli portfolio lazımdır. 5 illik strateji planda əsas məqsədimiz buna nail olmaqdır".

Kollecin 105 illik ənənələrə bu gün hansı səviyyədə sahib çıxması barədə sualımıza cavabında direktor bildirdi ki, arxada qalmış dövr heç də az zaman deyil: "Biz kollecin arxiv materiallarına baxdıqca görürük ki, burada necə yüksək səviyyədə tədris olub. Həm oğlan, həm də qızlar fərq qoyulmadan burada mükəmməl təhsil alıblar. Təəssüf ki, indi daha çox qızları görürük, oğlanlar bu sahəyə üz tutmaqda geri qalırlar. Bunun da obyektiv, subyektiv səbəbləri var. 1950-1960-cı illərdə Kollec özünün qızıl dövrünü yaşayıb. Tədris etdiyi bütün sahələrdə Azərbaycan mədəniyyətinə inanılmaz dərəcədə təsir göstərib. Həmin məzunların əsərləri bu gün də muzeylərimizdə sərgilənməkdə, qorunub-saxlanılmaqdadır. Keçmiş Sovet məkanında istənilən incəsənət məktəbinə gedib "Əzimzadənin tələbəsi olmuşam" deyən hər kəsi imtahansız qəbul edirdilər. Çünki buradakı tədrisin yüksək səviyyəsi çox məşhur idi. Təəssüf ki, 1990-cı illərdə ölkədəki ümumi vəziyyətlə əlaqədar kollecin də fəaliyyətində müəyyən axsamalar yaşandı. Amma bu gün kollec yenidən öz əvvəlki səviyyəsinə qayıtmaq əzmindədir. Çox istedadlı, həvəsli, çalışqan tələbələrimiz var. İstəyirik ki, dövlətin təhsil proqramı sayəsində bəzi tələbələrimizi xaricdə təhsil almağa göndərək. Həmçinin, təkcə Bakı və Bakıətrafı deyil, bütün bölgələrimizdən, ən ucqar kəndlərdən də istedadlı gənclərimizi kollecə cəlb etməyə çalışırıq ki, onlar burada təhsil alıb buranın mədəniyyətini öz kəndlərinə də daşısınlar. İstənilən halda biz istedadlı gənclərimizin yanındayıq, hər zaman onları dəstəkləməyə hazırıq. Bir ölkəni tanıtmağın ən gözəl yolu mədəniyyətdir. Ona görə də biz tələbələrimizi daha geniş coğrafiya üçün yetişdirməyə çalışırıq".

Bu gün rəssamlıq, memarlıq kimi ixtisaslar bir neçə ali təhsil ocağında tədris olunmaqdadır. İncəsənət Kolleci rəhbərliyinin bu rəqabət mühitində necə fərqlənməyi, tələbələri nə ilə cəlb etməyi düşündüyü ilə də maraqlandıq: "Biz əslində, bu məsələ üzərində çalışırıq, gələcəkdə daha ciddi işlər görəcəyik ki, kollec orta məktəblə universitet arasında yuxarıya aparan rahat körpü rolunu oynasın. Bu, valideynlər üçün də çox yaxşı imkandır. Çünki repetitorluq hazırda ölkəmizdə dəb halına gəlib. Valideynlər bilməlidirlər ki, uşaq 9-cu sinifdən sonra bizim kollecə gəlməklə repetitorluqdan azad olacaq. Bu həm ailə büdcəsinə, həm də uşağın öz qabiliyyətini inkişaf etdirməsinə müsbət təsir göstərəcək. Tələbə buradan aldığı biliklə ali məktəbə keçid etsin. Əslində, ali məktəb əlçatanlıqdan çıxmalı, bir məqsədə, amala çevrilməlidir. Biz kollecdə elə təməl qoymaq istəyirik ki, hər hansı rayonun incəsənət məktəbində oxuyan tələbə təhsilini öncə İncəsənət Kollecində davam etdirməyin əhəmiyyətini anlasın. Biz də onu burada elə yetişdirək ki, o, buradan birbaşa Akademiyaya, ya da hansısa universitetə keçid etsin. Biz bu kommunikasiyaya nail olmağa çalışırıq. Çünki çox istedadlar məhz bu kommunikasiyanın yoxluğundan yerlərdə itib-batırlar. Məqsədimiz çoxşaxəli təməl qoymaqdır ki, sonradan tələbələr bunun üzərində işləyə bilsinlər".

Rəssamın öz işini satması günümüzün problemidir. Əksər hallarda valideynlər də rəssamlığa həvəsi olan övladlarını buna görə bu sahədən uzaqlaşdırmağa çalışırlar. Görəsən, Kollecin tələbələri bu əmək bazarında öz maddi ehtiyaclarını rəssam kimi necə qarşılayacaqlar? Direktorun bu sualımıza maraqlı cavabı var: "Mən hər zaman tələbələrimə deyirəm ki, bu sahədən maddi zənginlik gözləməyin. Siz burada əsasən mənəvi zənginlik əldə edəcəksiniz. Bu elə bir sahədir ki, bundan imtina etmək olmur. Maddiyyat bunun iqtisadi tərəfidir ki, dünyanın hər yerində bu problem var. Dünyanın hər yerində rəssamlar özlərinə iş tapmağa, əsərlərini satmağa çətinlik çəkirlər. Bizdə əsas çatışmazlıqlardan biri də art menecer və art marketinq sahələridir. Biz bunları da tədris etməliyik. Tələbə bilməlidir ki, bu gün dünya və Azərbaycan art bazarı nə istəyir? Gələcəkdə biz bunu da tədris proqramına salmağı düşünürük. Bu sahədəki boşluğa görə rəssamlarımız art bazarına çıxa bilmirlər. Həmçinin, bu sahələrdə qarşılıqlı münasibətlər olmalıdır. Məsələn, biz interyer dizayner tələbələrimizə deyirik ki, gələcəkdə öz işlərinizdə hazırda yaşayan və fəaliyyət göstərən hansısa rəssamın, heykəltaraşın, keramikin əsərindən öz interyerinə uyğun istifadə edin. Onda ən azından həmin əsərin kimə məxsus olduğu ilə maraqlanacaqlar. Bu, şüurlu şəkildə təqdimat və təbliğatdır. Amma onu da qeyd etməliyik ki, istənilən bütün sahələrdə işinizin peşəkarısınızsa, sizə həmişə tələbat olacaq, sizi həmişə axtaracaqlar. Yaxşı əsəri mütləq kimsə alacaq. Valideynlər maddiyyata görə qorxmasınlar, əksinə, övladlarına dəstək olsunlar".

Kollec rəhbərliyi tələbələrin əsərlərini tanıtmaq, eyni zamanda onlara maddi yardım kimi auksion, sərgi və ya buna bənzər layihə keçir barədə də düşünür: "Biz bununla bağlı yaxın gələcəkdə öz saytımızda xüsusi bölmə hazırlamağı planlaşdırmışıq. Belə ki, kollecin saytında həm müəllimlərin, həm də tələbələrin ayrıca satış yerləri olacaq. Bu sayədə tələbələrimiz öz əl işlərini, beyin məhsullarını satışa çıxara biləcəklər. Bununla bağlı bir sıra təkliflər irəli sürmüşük. Təbii ki, bunu etməklə onları tədrisdən yayındırmaq istəmirik, amma maddi kömək də etmək istəyirik. Biz istəyirik ki, bunu bir layihə şəklində də ildə ən az bir dəfə həyata keçirək. Ölkəmizdəki təhsil və ya satış sərgilərində tələbələrimizin işini təqdim etməyi düşünürük. Eyni zamanda auksionlar da keçirmək fikrimiz var. Biz bunu daha çox xeyriyyə məqsədli etməyi planlaşdırırıq. Belə ki, auksionda satılan əsərlər hansısa orta məktəblərə hədiyyə edilsin və onların divarlarında asılsın. Bu da bir növ təbliğatdır. Çünki kollecin tələbəsinin əsərini öz məktəb divarında görən hansısa istedadlı şagird bu kolleclə maraqlana və burda təhsil almağa həvəslənə bilər. Əlbəttə, auksiona çıxarılan iş də bir fikri, ideyanı özündə əks etdirən əsər olmalıdır ki, pul verən də bilsin nəyə pul verir".

Kollecin 105 illik yubileyilə əlaqədar silsilə tədbirlər nəzərdə tutulur: "Onun içərisində sərgilər, digər kolleclərlə ortaq layihələr var. Məsələn, UNEC-in Maliyyə-İqtisad Kolleci ilə çox maraqlı layihəmiz həyata keçdi. Onlar iqtisadçı olsalar da, tələbələr arasında çox istedadlı gənclər var. Biz öz tələbələrimizlə yanaşı, onların da sərgisini keçirdik. Bu işə xüsusi maraq və dəstək göstərdikləri üçün hörmətli həmkarım, Kollecin direktoru Davud Davudova təşəkkürümü bildirirəm. Digər kolleclərlə də bu cür əməkdaşlığı davam etdirmək və silsilə tədbirlər keçirmək niyyətindəyik. Həmçinin, yubiley ili çərçivəsində "Biz kimik?" adlı çox maraqlı bir layihə üzərində işləyirik. İlk tədbirimiz İsmayıllı rayonunda keçiriləcək. Bu, işin həm də marketinq tərəfidir ki, rayonlarımıza səfər edərək özümüzü daha yaxından tanıdacaq və "niyə bizi seçməlisiniz?" sualına cavan verəcəyik. İlin sonunda isə təntənəli bağlanış mərasimi düşünürük".

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1223

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see148

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see118

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri