Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

525 ci qəzet Litvanın dövlət müstəqilliyi onun əbədi qürur mənbəyidir...

525 ci qəzet Litvanın dövlət müstəqilliyi onun əbədi qürur mənbəyidir...

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kestutis VAŞKELYAVİÇYUS
Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri

Bu il fevralın 16-da Litva dövlətinin bərpa edilməsinin 107-ci ildönümü qeyd olundu.

1918-ci ildə Azadlıq və Müstəqillik bizə əlçatmaz bir arzu kimi görünürdü, çünki ölkəmiz daha qüvvətli bir neçə irticaçı hərbi güc arasında sıxışdırılmış vəziyyətdə idi. Ancaq Litva əfsanəvi Simurq quşu kimi küldən yenidən doğuldu və 16 fevral 1918-ci ildə, tarixi kökləri XIII əsrdə mövcud olmuş Litva Krallığı dövrünə gedib çıxan dövlətçiliyini bərpa etdi.

Litva iyirmi il sürən müstəqillikdən sonra, o zamankı Avropanın güzəştə getmək siyasətindən həvəslənən iki avtoritar qəsbkar dövlətin qonşu ölkələrə hərbi təcavüzü nəticəsində, bir çox digər Avropa ölkələri kimi öz azadlığını 1940-cı ildə itirdi. Lakin öz dövlətinə sahib olmaq inamından heç vaxt dönməyən Litva xalqı 1990-cı ildə bir daha müstəqilliyini bərpa etdi. Bu, xalqımızın qəhrəmancasına apardığı mübarizə və o zaman əsarət altında olan digər xalqların nümayiş etdirdikləri fəal həmrəylik sayəsində mümkün oldu. 1990-cı il 20 Yanvar təcavüzündən sonra Azadlığın yüksək dəyərini daha yaxından bilən Azərbaycan xalqı, artıq bir ildən sonra - 13 yanvar 1991-ci ildə sovet ordusu Vilnüsdə dinc əhaliyə atəş açanda Litvaya böyük dəstək verdi.

Yaxın keçmişdə əsarət altında olan bir çox xalqların həmrəyliyi - əqidə və məram birliyi XX əsrin ən böyük nailiyyətlərindən birinə - Sovet İttifaqının dağılmasına güclü təkan verdi. Mərkəzi Avropadan Orta Asiyaya qədər uzanan coğrafi məkanda yaşayan xalqlar öz müstəqilliklərini bərpa etdilər və ya öz taleyinin sahibi olmaq haqlarını geri qaytardılar.

Azadlıq Litva xalqına gələcəyə böyük ümidlər bəsləməyə geniş üfüqlər açdı, həm də bu ümidləri reallığa çevirmək üçün bizi lazımi vasitələrlə təmin etdi və xalqımıza arzuladığı dövləti qurmaq üçün imkan yaratdı.

Litva bu gün Aİ, NATO və İƏİT-in üzvü olması ilə fəxr edir. Ölkəmizdə adambaşına düşən ÜDM dəyəri əhəmiyyətli dərəcədə artaraq, Aİ üzrə orta göstərici olan 10 faizdən 87 faizə yüksəlib. İqtisadiyyatımız azadlıq dərəcəsinə görə dünyada 15-ci yerdədir. Litvada dünyada ən sürətli ictimai Wi-Fi fəaliyyət göstərir. Dünyanın 100 ən yaxşı universitetindən 95-i Litva lazer texnologiyalarından istifadə edir. Litva Avropada təbiət elmləri sahəsində güc mərkəzlərindən biridir və bunlar ÜDM-in təxminən 3 faizini təşkil edir. Litva startapları NASA və SpaceX kimi şirkətlərlə sıx əməkdaşlıq edirlər. Litvanın son dərəcə dinamik startaplar ekosistemi bir çox gəncləri özünə cəlb edir. Təsadüfi deyil ki, 2024-cü il üçün BMT-nin illik hesabatında dünyada ən xoşbəxt gənclərin (30 yaşa qədər) Litvada yaşadığı göstərilir.

Bununla belə, uğura aparan yolumuz heç də asan olmayıb, elə indi də asan deyil. Ancaq bu yol möhtəşəm olaylar yolu olaraq tarixə düşüb. Tək elə bircə misal gətirim: - Litva uzun illər Rusiya enerji ehtiyatlarından asılı idi, Avropada qaz üçün ən yüksək qiymət ödəyirdi və daim enerji şantajı ilə üzləşirdi. Odur ki, ölkə tədbirlər görmək üçün hərəkətə keçdi və öz enerji təhlükəsizliyinə böyük sərmayələr qoydu. Neft və maye qaz terminalları tikdi, yeni elektrik bağlantısı qovşağını inşa etdi. Altı gün əvvəl hər üç Baltik ölkəsi sabiq Rusiya elektrik şəbəkəsindən ayrılaraq təchizat sistemlərini kontinental Avropa elektrik şəbəkəsi ilə sinxronlaşdırma işini başa çatdırdı.

Beləliklə, bu tarixi addım xalqımız və sahibkarlıq subyektlərimiz üçün enerji təhlükəsizliyini, sabitliyi və etibarlılığı təmin etməyə əsas yaratdı.

Biz çox yaxşı bilirik ki, nailiyyətlərimiz yalnız hamılıqla qəbul olunmuş qaydalara əsaslanan beynəlxalq nizamın son bir neçə onillikdə bizə verdiyi sülh və sabitlik dividendləri sayəsində mümkün olmuşdur. Sülh hələ hər şey demək deyil, amma sülh olmadan hər şey heç nədir. Bu gün dünyanın sülh səmasını qara buludlar almış bir narahat dövrdə, öz mövqelərində inamla duran, həmçinin yeni formada təzahür edən müstəmləkəçilik və qəsbkarlıq siyasəti üzərində sülhün və azadlığın qələbə çalacağına bütün tərəqqipərvər xalqlara ümidlər aşılayan məhz Ukrayna xalqıdır.

Bu gün yeni Ribbentroplar, Molotovlar və Çemberlenlər təzahür edən bir dünyada Ukrayna bizə Çörçill dünyasını təklif edir. Həzrət Davud peyğəmbərin Qoliafa qarşı getdiyi yolu təklif edir. Bu gün Ukraynanı dəstəkləmək sabahkı davamlı sülh üçün ən yaxşı töhfədir. Litva əmindir ki, Ukrayna gələcəkdə NATO blokunun üzvü olacaq.

Biz bu gün Litvanın Dövlət bərpası gününü qeyd edən zaman, həmçinin müstəqilliyin əldə olunmasında Litvaya kömək etmiş dostlarımıza da təşəkkür edirik. Versal Sülh Konfransında Litva və Azərbaycan nümayəndə heyətləri hər iki dövlətin müstəqilliyinin tanınması istiqamətində bir-birini dəstəkləyiblər. XX əsrdə 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ölkələrimizdə aparılmış milli azadlıq mücadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı və aramızdakı möhkəm dostluğa geniş yol açdı. Litva bu dostluğun getdikcə möhkəmləndirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəçiliyə bu gün də sadiqdir.

Zənnimcə, bu il ölkələrimizin öz musiqi nəhənglərinin yubiley doğum günlərini qeyd etməsi də böyük rəmzi məna daşıyır. 2025-ci ilin sentyabrında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Sentyabrda həmçinin böyük Litva bəstəkarı və rəssamı Mikaloyus Konstantinas Çürlyonisin də anadan olmasının 150 ili tamam olur.

M.K.Çürlyonis Litvanın ilk müasir bəstəkarıdır. O, musiqini rənglər kimi görür, rəngləri isə musiqi kimi eşidirdi. Çürlyonis gerçəklik və arzuların bir-birinə qovuşduğu əsrarəngsiz bir sənət dünyası yaradıb. Onun rəsm əsərləri təbiət gözəlliyi ilə kosmik harmoniyanın bir-birinə qovuşub və biri digərini tamamlayıb vəhdət yaratdığı naməlum məkanlara və nəhayətsiz fəzalara edilən xariqələrlə dolu bir səyahətə bənzəyir.

Çürlyonisin zəngin musiqi dünyasının ən dərin qatlarından süzülüb gələn ecazkar təranələri sənətsevər Azərbaycan xalqına təqdim etmək üçün Litvanın M.K.Çürlyonis adına Dövlət simli kvarteti bu gün Bakıya gəlib. Bu ansamblın burada verəcəyi konsert həmçinin Litva ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə 2025-ci ildə keçirələcək silsilə mədəni tədbirlərin ilkidir. Odur ki, Litvanın çoxsaylı azərbaycanlı dostları ilə mədəniyyətlərimizin qovuşuq məkanındakı işığında yenidən görüşmək ümidi ilə sağollaşıram. Qoy Uca Tanrı öz mərhəmətini xalqlarımızdan heç vaxt əsirgəməsin!

Bakı-Vilnüs, 14 fevral 2025-ci il.

Litva dilindən Mahir Həmzəyev tərcümə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri