Icma.az
close
up
RU
525 ci qəzet Tofiq Abdinin ötərgi qorxuları və əbədi ömrü

525 ci qəzet Tofiq Abdinin ötərgi qorxuları və əbədi ömrü

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sevinc MÜRVƏTQIZI

Hələ İstanbulda yaşadığı vaxtlarda - ötən əsrin son ilində yazırdı:

"Mənim yoxluğumla

bir ölüm doğulacaq...

Onun da beş yaşı olacaq,

sonra on yaşı olacaq..."

Fevralın 24-də Tofiq Abdinin - təkrarsız, unudulmaz şairin, qürbətdə Vətəni içində yaşadıb, Vətəndə qürbəti çölündə yaşamış işıqlı şəxsiyyətin, öz misrasıyla söyləsək, ölümünün on bir yaşı tamam olur. Zaman su kimi axır, xeyli böyüyüb şairin ölümü...

2009-da nəşr olunmuş "Poeziya"sını ölümünün "yeniyetmə yaşında" təzədən vərəqləyirəm, misralarının ardından narahat, amma şəfqət dolu baxışlarla boylanır. Barmaqlarımı kitabın səhifələrinə əlfəcin edib qatlayıram hələlik, xatirələr yumaq kimi çözələnir yaddaşımda...

Uzun illər birgə çalışdığımız "525-ci qəzet"in səhifələrində Tofiq Abdinin imzası oxuculara tanış, redaksiyanın köhnə koridorundakı qıvraq addımlarının səsi isə orada işləyən hər kəsə doğma idi. Onu şəxsən tanıyanların əzizi Tofiq Abdin, sözün hər mənasında, "dik onurğası", təmənnasızlığı, iddiasızlığı, təmiz və narahat (!) ürəyi ilə hafizələrdə sevimli, silinməz izlər buraxıb. Qəzetin redaksiyasının şüşəli-şüşəsiz qapılarının hamısı onun üzünə açıq idi, hər kəslə tək-tək salamlaşıb istiqanlılıqla hal-əhval tutardı, bəzilərimiz üçün cibindən şokolad çıxarıb masaya qoyardı. Demək olar, bütün bayramlarda əvvəl telefonlarımızın ekranı, sonra da ürəyimiz də onun məxsusi, səmimi təbrik mesajları ilə işıqlanardı. Çox dadlı olurdu söhbətləri. Bəzi cümlələri dilimizin əzbəri idi. Şux geyim tərzi nikbinlik gətirdiyi kimi, xoş deyim tərzi də güldürüb-düşündürürdü:

"- Necəsiniz, Tofiq bəy?

- Belə də, qurban olum, idarə olunuruq..."

Əslində "idarə olunan" dünyanın ipə-sapa yatmaz, idarəolunmaz adamı, çılğın şairi idi. Muğan düzünün genişliyindən süzülüb gələn ramedilməz ruhu göydələn binaların, ürəkdələn adamların "sıxlığında" istəmədən "şəhər adamı" olub özünə kəsdiyi "cəza" ilə yaşayırdı. Onun üçün ən böyük cəza unudulmaq idi:

"Mən şəhər adamı oldum -

Üzüm dönük... Unut məni!"

Tofiq Abdinin poeziyası üç məşum insani qorxunun üzərində bərqərar olmuşdu: ölüm, qürbət və unudulmaq... Şairə görə, unudulmaq qürbətin özü idi, ölüm üzü idi... O, "şəhər adamı" olmuşdu, bəlkə də məcburən, bəlkə də özünü axtara-axtara... Unudulmaqdan nə qədər qorxsa da, keçmişində unutduqlarının verdiyi cəzaya - unudulmağa da könlüncə təslim idi.

İnsan qürbətə gedəndə özüylə doğulduğu, böyüdüyü Vətənə aid nələrisə aparır, bunsuz qürbət çəkilməz. Tofiq Abdin üçün qürbət təkcə başqa ölkə, ayrı şəhər deyil, unudulmaq qorxusu və yadlaşmaqdır. Unudulmaq ölməkdən də ağırdır, qatbaqat ölməkdir... Qürbət təkcə insanın ayaq basdığı torpaq deyil, həm də içində yaşadığı nisgilin tikanlı məftilləridir. O "sərhəd"in hər iki tərəfində də yad baxışlar, soyuq ürəklər vardı...

Tofiq Abdinin qardaş Türkiyədə yaşadığı illər boyunca məngənəsində sıxıldığı qürbət, məkan anlayışı ilə bağlı deyildi, keçmişin xiffəti, adam qəribliyi, doğmalıq nisgili idi...

"Bu yerlərdə adamlar sanki qara daş,

Binalarında heç olmasa isinmək olur,

İnsanları buz salxımları kimi

Qarşına çıxır, qardaş..."

O ötüb keçən gəncliyin, qoyub getməli olduğu Bakının, istədiyi kimi yaşaya bilmədiyi ömrün qəribi idi. O boyda qürbətin içində Vətəni yaşadırdı, lap doğrusu, Vətən kimi yaşayırdı:

"Pəncərədən baxıram,

Pəncərədən o yana İstanbul

Amma neyçün

havadan şor torpaq qoxusu gəlir?

Amma neyçün

qara mazut axır küçələrdən?

Baxıram ki, şamlar yanır

Elektriki keçmiş evlərdə...

O şama pərvanəyəm.

Mən bu işıq seli içində

O şamlı gecələrçün

dəli-divanəyəm...

Ah, bir düşsəydi bu axşam,

Ah, bir açılsaydı bu şəhər..."

Dünyanın ən gözqamaşdıran meqapolisi də məğlub olur "şamlı gecələr"in nostaljisinə... İnsanın içində yaşatdığı Vətənə heç bir urbanistik möcüzə dov gələ bilmir. Günlərin bir günü, keçmişin uzaqlığında və uşaqlığında - axşamlar bütün ailənin işıq sönəndə ətrafına yığışdığı şamın yandırıldığı doğma evlərin kölgəsində qalır böyük şəhərlərin elektrikli binaları... Bu emosional kulminasiyada şair cismən yeni dünyanın içindədir, ruhunu isə keçmişə təslim edib. Bu şəhərin axşamı onun psixoloji həbsxanasıdır. Çölünü İstanbul sıxır, içini ölüm və unudulmaq qorxusu... "Unudulmadan yaşamaq" - qürbətdə ən böyük təsəllisi olub Tofiq Abdinin. Təsəllidən daha çox ümid közərtisi... Unudulmasan, yenə birtəhər dözmək olar qürbətə, unudulmusansa, şairin təbirincə, "yaşadığın ömür haram olur orada da, burada da..."

Tofiq Abdinin "Poeziya"sını səhifə-səhifə çevirdikcə əvvəl gözümdən qaçan nüans bir əlçim dolu bulud kimi asılıb qaldı hafizəmin səmasından: Güllələnmiş at metaforası... Məğlubiyyətin, gücün itirilməsinin, arzuların yarımçıq qalmasının, taleyə təslimiyyətin simvolu...

"...Altımdakı at vurulur,

Üstümə boş yəhər gəlir...

Gözlədiyim bu xəyanət

Bəs niyə birtəhər gəlir?.."

Həyatımızda zaman-zaman o "atların vurulması" səhnəsi çoxumuza tanışdı. Bir andaca güvənini, dayaq nöqtəsini itirməyin nə demək olduğunu yaxşı bilirik. Ayağımızın altından yer qaçıb, söykənəcəyimizi itirmişik. İçimizdəki qaranlıq boşluqlara vurulan atların boş yəhərləri atılıb qalıb... "Gözlədiyim"iz xəyanətlər nəticəsində neçə at vurulub öldürülüb, məğlubiyyətimizlə barışıb kəlləmayallaq düşmüşük üzüqoylu torpağa... Şair pusquda durub onu gözləyən xəyanətin nəfəsini hiss edir, onu gözləyir, hətta ona hazırdır, amma yenə də qarşılaşanda içi titrəyir... Gözləsən belə, heç bir ayrılığa, xəyanətə tam hazırlıqlı olmursan. Boş yəhər önünə düşəndə anlayırsan... Amma çıxıb gedə də bilmirsən, güllələnən o at da, məğlubiyyətini yaşadığın bu ömür də səninkidir axı...

"Sonunda bu günə gəldim,

Gəldimsə, demək, ölmədim...

Gücüm çatmır çəkib gedim,

Güllələnən o at mənim..."

Tofiq Abdinin ölüm qorxusu haqqında yazdığı şeirləri də əslində ölümün vəsfidir. "Adam adam itkilərdən çat-çat olan həyatı" onu ağrıdırdı. Onu ölümdən daha çox doğma itkilərin gətirdiyi iztirabın dözülməzliyi ağrıdırdı, qorxudurdu. O, ölümün labüdlüyünü bilirdi, yoxsa yazmazdı ki, "ölüm qoxuyur üst-başım / ölüm qoxuyur yaddaşım..." Bilirdi ki, ölüm çöldə də var, içəridə də, insan hər yerə özüylə daşıyır bu labüd kodu...

"Savaş boyu doğulsam da,

Uduzuram hər savaşı.

Bu meydanda hər şey tanış,

Hər şey yaşanmış min kərə.

Bəs niyə ağrıyır canım

Öyrəşdimsə itkilərə?"

O "tanış meydan"da hamımız varıq... Tofiq Abdin hamımıza yazıb: itkilər həyatın norması olsa da, onlar heç birimiz üçün adiləşmir. İnsan ağrıya öyrəşə bilərmi? Bəlkə də yox, çünki hər yeni itki ağrısını da özü ilə gətirir. Bu misralarda təkcə bir fərdin yox, bütöv cəmiyyətin, bir nəslin yaraları var. Tofiq Abdin bir daha oxucuya hiss etdirir ki, itkilərə alışmaq olmur - çünki hər yeni yara özündən əvvəlkini qanadır... Nə qədər instinktiv qorxulardan, itkilərdən yazsa da, Tofiq Abdinin bütün poeziyasının ruhunda sabaha bəslənən ümidin varlığına inanc var:

"Həyəcan içində Yer kürəsi

Fırlanar belədən-belə...

Yaxşı ki, sabaha ümid var hələ!"

2014-cü ilin 24 fevralınacan o ümid Tofiq Abdini yaşadıb, fevralın 25-dən bəri biz o ümidin davamını yaşayırıq... Şeirlərinin birində yazırdı: "Orada məni xatırlayan varsa, salam olsun..." Yer-yerdən səslənən "əleykümsalam"ları eşidirsən, Tofiq bəy?! Burada səni tez-tez xatırlayırıq, həm də çox xoş, çox aydın - Özün kimi!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri