525 ci qəzet Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri hərbi hissələrdən birini ziyarət ediblər.
525.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olublar. Hərbi qulluqçularla görüşən qonaqlar tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.
Görüş zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, onların mənəvi-psixoloji vəziyyəti, eləcə də ideoloji işlə bağlı aparılan tədbirlər ümumilikdə müsbət qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















