Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, oktyabrın 16-da aparatın nümayəndələri hərbi hissələrdən birində olublar.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşüb, həmçinin tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları və onlara göstərilən tibbi xidmətlə maraqlanıblar. Hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















