Ombudsman Aparatının nümayəndələri HHQ nin hərbi hissəsində olublar
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.
XQ xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər. Görüş zamanı insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda şəxsi heyətə Ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb, həmçinin bir neçə hərbi qulluqçunun yazılı müraciətləri qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 21 Aprel 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















