Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

525 ci qəzet Ötən günlərdən qalan izlər

525 ci qəzet Ötən günlərdən qalan izlər

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmaməddin ZƏKİYEV
Filologiya elmləri doktoru, professor

1943-cü ildə İkinci Dünya müharibəsinə getmiş və bir daha geri qayıtmayan atasının gedişindən üç ay sonra dünyaya gəlmiş, Kəlbəcərin Başlıbel kəndindən olan Salahov Salah Musa oğlu 1968-71-ci illərdə indiki Bakı Humanitar Kollecində qiyabi təhsil alıb. Bakıya ayaq basdığı yanvar ayında dərsdən sonra mənə yaxınlaşıb demişdi:

- Müəllim, eşitmişik ki, kollecin yeganə alimi kimi məktəbin rəhbərliyi də, müəllimləri də, tələbələri də sizi çox sevirlər... 4 nəfər tələbənin adından sizdən bir xahişimiz var.

- Buyur, - dedim.

O, utana-utana dilləndi:

- Müəllim, rayondan təzə gəlmişik. Bakıda qalmağa yerimiz yoxdur. Sizdən xahiş edirik ki, direktordan icazə alasınız, şəhərdə qalmağa yer tapana qədər 2-3 günlüyə siniflərin birində gecələməyimizə razılıq versin.

Ürək ağrısıyla dedim:

- Sinifdə istilik, çay-çörək, yorğan-döşək yoxdur. Bu soyuq qış günündə sinifdə donub xəstələnərsiz... Gəlin ardımca!

Salah yenə utancaq halda soruşdu:

- Hara gedirik, müəllim?

- Mən hara gedirəmsə, siz də ora.

"Gənclik" metrosuna qədər söhbət edə-edə gəlib 240 nömrəli avtobusa mindik. Kəlbəcərli Salah Salahov, gürcüstanlı Ayvaz Zeynalov, şamaxılı Balakişi Əkbərov, xaçmazlı İslam (familiyasını unutmuşam) ilə "Əhmədli" qəsəbəsinə çatanda dedim:

- Buyurun içəri. Bu üçotaqlı isti mənzildə özünüzü evinizdəki kimi hiss edin. Utanmayın.

Kolleci bitirəndən sonra da onlar bu yaxşılığı ömür boyu unutmadılar. Salah Salahovu Kəlbəcərdə işə düzəltmək üçün Mədəniyyət Nazirliyindən aldığım "Baş üstə!" cavabı onu məndən də çox sevindirmişdi. Bu kiçik yaxşılığın ailəvi dostluğa çevrilməsi və bu günə qədər davam etməsi bəlkə də çox adama nağıl kimi görünə bilər.

İlk gənclik illərində bəzi tələbələrim yaşadıqları rayonda tapa bilmədikləri dərmanları mənə yazdıqları məktublarda dönə-dönə xahiş edərdilər ki, alıb onlara göndərim. Ayvaz Zeynalova illərlə, Salah Salahov, Balakişi Əkbərov, qusarlı Şahmirzə Xanov və başqalarına bir neçə dəfə dərman gön-dərməyimi ağsaqqal yaşımda da yaxşı xatırlayıram. Bəzi xarici dərmanları Bakı apteklərində tapa bilməyəndə şəhərdə gəzmədiyim yer qoymazdım. Ümidlə gedib əliboş geri qayıdanda pərişanlıqdan əzab çəkərdim. Bir gün bu barədə təhsil və ailə dostum, xeyirxah qardaşım, tanınmış yazıçı, alim, publisist, çekist, ictimai-siyasi xadim, DTK-də səmərəli fəaliyyətinə görə generallığa qədər yüksəlmiş və erməni işğalı dövründə Qarabağ Təşkilat Komitəsinin birinci müavini olmuş Yasif Mirzə oğlu Nəsirliyə vəziyyəti olduğu kimi danısdım. O, yenicə Azərbaycan KP MK-nın təlimatçı (1969-1974) vəzifəsi ilə sağollaşıb DTK-da idarə rəisi və kollegiya üzvü olmuşdu (1974-1988). Gənc olmasına baxmayaraq, istedadlı qələm sahibi və bacarıqlı təşkilatçı kimi sözü keçərli idi. Qabiliyyət qığılcımları hələ o vaxtlar adamı heyrətə salardı... Diqqətlə dinləyəndən sonra ümidlərimi şölələndirib dedi:

- Sənin və tələbələrinin tapa bilmədiyi dərmanların hamısı bizim təşkilatın aptekində var. Sənin adını aptekdə yazdıraram, səhər gəlib alarsan.

Görkəmli ictimai-siyasi xadim, Əməkdar incəsənət xadimi, bir çox xarici universitetlərin fəxri doktoru və professoru Yasif Nəsirli öz köməyi ilə əlimdən tutmasaydı, bəlkə də mən tələbələrimi sevindirə bilməzdim...

Qaçqınlıq, köçkünlük illəri başlayandan sonra Bakının Xətai rayonunda məskunlaşan Salah Salahov müntəzəm olaraq ailəsi ilə (bəzən tək) bizə, mən də ailəmlə onlara gedib-gələrdim. Hərdən bir-birimizə şeirlər oxuyardıq. Onun əlyazmaları erməni işğalı dövründə məhv olsa da, yaddaşında qalan bir neçə şe-iri Azərbaycan radiosu və televiziyasında səsləndirilmiş, əzablı həyat və yaradıcılıq yolu haqqında mətbuatda məqalə dərc edilmişdi. Sonrakı illərdə yazdıqlarını İ.Şahverdioğlu imzası ilə redaktə edib "Düşüncələr" adı ilə (2011, 120 səhifə) çap etdirməyim tələbə-müəllim münasibətlərimizin silinməz iz-lərindəndir.

Salah onda Yasif Nəsirli haqqında məlumatlı olsa da, Qarabağ Zəfərinə qədər üzünü görməmişdi. Bir təsadüf nəticəsində üçümüz görüşəndə Salahın çiçəyi çırtladı:

- Mənə təriflədiyiniz Yasif müəllimi, nə yaxşı ki, əyani tanıdım...

Təşkil etdiyi dərmanlara görə ona təşəkkürünü bildirəndə Salah Salahovun qəlbində pöhrələnən poetik duyğularından dörd misraya xüsusi önəm verdiyi də yaxşı yadımdadır:

Yollanan dərmanlar olmasaydılar

Bəlkə də səhhətim çox pis olardı.

İnsan ovlamaqdan doymayan fələk

Məni o dünyaya yola salardı.

Qarabağ Zəfərindən sonraydı, Salah xəstəxanada yatırdı. Ürəyinin ağrıları ona dinclik vermirdi. Uzun müddət tüğyan edən, nəhayət, köpü yatan koronavirusun son gərgin günləri olduğuna görə həkimlər heç kimi içəri buraxmırdı. Çöldə həkimdən intizarla cavab gözləyən Salahın oğlanları, qızları və yaxın qohumları qapı nəzarətçisindən dönə-dönə xahiş edirlər ki, heç olmasa, həyat yoldaşını 1-2 dəqiqəliyə içəri buraxın, bəlkə ona deməyə sözü var...

Salahın həyalı, həlim xasiyyətli həyat yoldaşı Həbibə xanımın dediklərindən: "Müəllim! Nigaran baxışları qapıya zillənən Salah məni görən kimi bircə cümlə söz deyib gözlərini əbədi yumdu: "Müəllimimin hörmətini məndən də ucalarda saxlayın!"

Kövrəlsək də, haldan-hala düşsək də, Həbibə xanım, 4 oğlu, 2 qızı və ailə üzvləri qardaşım Salahın son sözünü təkcə vəsiyyət kimi yox, həm də müəllim-tələbə münasibətlərinin, təmənnasız yaxşılığın, insan ləyaqətinin silinməz izlərinə verilən qiymət kimi qəbul etməklə ailəvi dostluğun, qardaşlığın bundan sonrakı illərdə də davamlı olacağına əmindirlər.

Erməni işğalına qədərki dövrdə Kəlbəcərdə qabaqcıl mədəniyyət işçisi, fəal təskilatçı, ictimaiyyətçi və istedadlı qələm sahibi kimi tanınmış, dəfələrlə fəxri fərmanlarla təltif edilmiş Salah Salahovun bu günlərdə ailə arxivini nəzərdən keçirəndə hərəsi bir poemanın mövzusu olan iki səmimi şeir diqqətimizi çəkdi. Hər iki şeirdə ömrü şərəflə başa vurmaq kimimilli və bəşəri duyğular yer alıb. Əslində Qarabağ ağrılı kövrək bir ürək sahibinin səmimiyyətlə qələmə aldığı üç poetik lövhədən ibarət "Yasif müəllim" şeiri böyük bir poemanın mövzusunu özündə ehtiva edir. Ürəyinə əzab verən yurd həsrətinin əmələ gə-tirdiyi dərd dağını söz külüngü ilə qəlpə-qəlpə qoparıb sevinc notlarına köklənməyə çalışması Salahın poetik duyğularından aydın sezilir. 30 illik dərdləri çay kimi kükrəyib başından aşan şairin vətəndaşlıq və vətənpərvərlik mövqeyinin şəffaflığını əks etdirən ləngərli misraları onun hər iki şeirində nəzərə çar-paraq fərəh doğurur. Salah Salahova Allahdan rəhmət, əzizlərinə cansağlığı və xoşbəxt həyat arzulayır, hərəsi ötən günlərin bir xatirə tablosu olan onun hər iki şeirini poeziyasevərlərin və maraqlananların diqqətinə çatdırıram.

Salah SALAHOV

Yasif müəllim

Gəncliyimdə səhhətimlə maraqlanmış və dərman problemimin həllində müəllimim, böyük qardaşım İmaməddin Zəkiyevi çətinlikdən qurtaran əziz Yasif Nəsirliyə dərin ehtiramla

Yadında qalıbmı söhbətlərimiz

Ey böyük yazıçı, dəyərli alim!

Qarabağ haqqında fikirlərini

Bölüşüb deyərdin, Yasif müəllim:

- Düşmən Qarabağı işğal edəndə

Dərhal üstümüzü aldı fəlakət

Bir milyon insanın sevinc hissini

Gürzə ilan kimi çaldı xəyanət.

30 il ümidlə yaşasaq da biz,

Ən ağır dərd yükü daşımışıq biz,

Biri-birimizlə qucaqlaşanda

Duyğulu anlar da yaşamışıq biz.

Oğul-qız fəryadı, ana fəryadı,

Düşmənin nəyinə gərəkdi, qardaş.

Müdrik xalqımızı narahat edən

Vicdandı, beyindi, ürəkdi, qardaş.

Yuxu getməsə də, gözlərimizə

Böyük arzularla yaşamışıq biz.

Bu gündən sabaha sonsuz inamla

Qələbə sevinci daşımışıq biz!

Bizi Qarabağdan qovanda düşmən

Gərək biləydi ki, zaman gələcək,

İşğal yerlərində əvvəlki kimi

Bizimlə olacaq xoşbəxt gələcək!

İşğal etdiyini itirən düşmən

Dəstək verənlərlə ruhən öləcək.

Dost ilə düşmənin kim olduğunu

Qardaş ölkələr də yaxşı biləcək.

Daim Türkiyəmiz Azərbaycanla

Birlikdə əbədi deyib güləcək.

Dərdini, qəmini buztək əridib

Sonsuz sevincini iki böləcək!

Yola sala-sala xeyli illəri,

Saçımız ağardı dümağ qar kimi.

Düşmən təslim olub geri qaçanda

Dəyişdi dünyanınköhnə görkəmi...

Tanrıya min şükür, Yasif müəllim,

Düşmənin qisası qalmadı yerdə.

Qalib Sərkərdəmiz işıq yandırıb

Dost, qardaş xalqların ürəklərində!

Onun sayəsində məğrur Ordumuz

Həsrətdən əbədi qurtarıb bizi.

Ən rəzil duruma salıb düşməni

Dünyaya tanıdıb Zəfərimizi!

Küləyin ağzına verib ağlını

Bizə sərxoş kimi gülərdi düşmən.

Dəstək verənlərdən bərk-bərk yapışıb

Hər sirri onlarla bölərdi düşmən.

Gör indi nə günə qalıb özləri,

Qızarıb, bozarıb qara üzləri

Dünyaya səs salan Zəfərdən sonra

Başqa ünvanlara baxır gözləri...

Ürək dilə gəlib necə deməsin:

Var olsun Qəhrəman Prezidentimiz!

Şərəfli uğura imza haqqını

Onun sayəsində qazanmışıq biz!

2020-dən üzü bu yana

Cana dərman desən, Qarabağdadır.

Bu yurdun əvəzsiz gözəlliyinin

Möhtəşəm illəri çox qabaqdadır...

30 il işğaldan sonra Ordumuz

İşğalçı güclərin qırdı belini.

Qorxmaz oğulların möcüzələri

Qələmsiz qoymayıb heç vaxt əlini.

Dost, qardaş olmusan həyatın boyu

Xeyli insanlara, çətin gündə sən.

Yaxşılıq etməyi bacaranların

Deyirlər, çoxundan yenə öndəsən.

O ürək, o ağıl, ruh ki, səndə var

Vicdanın bir ləkə götürməyəcək.

Başına tac olan qeyrətin isə

Nəslinə pis əməl ötürməyəcək.

Yaz, yarat, qələmin daim var olsun,

Sözündən gül-çiçək ətri duyulsun.

Böyük Kəlbəcərin oğlu Salahdan

Bu şeir Yasifə yadigar olsun!

Qardaş

Zəkiyev İmaməddin müəllim gəncliyimdə mənə dərs demişdir. Təmənnasız yaxşılıqlarına görə sonra biri-birimizə isinişmişik. Mən o vaxtdan özümə böyük qardaş bildiyim müəllimimin yetmiş illiyinə bu şeiri həsr edirəm.

Başın vüqarıntək qoy uca olsun,

Süfrəndə çörəyin doyunca olsun,

Qazancın ömrünün boyunca olsun,

Yayılsın hər yana hörmətin, qardaş!

Bizi məftun etsin qeyrətin, qardaş!

Hər istəyin, arzun yetişsin başa,

Heç vaxt ayaqların dəyməsin daşa.

Həyat yoldaşınla ömür sür qoşa,

Örnək ol yenə də hər kəsə, qardaş!

Hələ çox gərəksən sən bizə, qardaş!

Yaz, yarat, qələmin qoy iti olsun,

Həm nizə, həm qılınc, həm ütü olsun,

Hər sözün bir ustad öyüdü olsun.

Dost, tanış sözünlə öyünsün, qardaş!

Ürəyin bu eşqlə döyünsün, qardaş!

Yetmiş il nədi ki, yüzə çatasan,

Zirvəyə qalxasan, qərar tutasan.

Sən müdrik babasan, gözəl atasan,

Gün kimi açılsın bənizin, qardaş!

Həyatda itməsin bir izin, qardaş!

Salaham, arzumu bildirdim sənə,

Vaxtında çox zəhmət çəkmisən mənə.

Allahdan istəyib mən dönə-dönə,

Deyirəm, xoşbəxt ol, çox yaşa, qardaş!

Olsun ömrün, günün tamaşa, qardaş!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Fevral 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri