525 ci qəzet Qeyri qanuni miqrantların ilk qrupu ABŞ dən çıxarılıb
ABŞ-dən qovulmuş qeyri-qanuni miqrantlardan ibarət ilk təyyarə Amerikanın Quantanamo yerləşən hərbi bazasındakı təcridxanaya gəlib.
525.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi Kerolayn Levitt bildirib.
O, təyyarədə olan insanların sayını açıqlamayıb.
“Biz daha ABŞ-nin qeyri-qanuni miqrasiya üçün qlobal yetişdirmə meydanına çevrilməsinə icazə verməyəcəyik”, - Levitt Ağ evin tədbirlərini şərh edərkən deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp inaqurasiya mərasimindən sonra ölkədə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün bir sıra tədbirlər görəcəyini açıqlamışdı.
Trampın hakimiyyətdə olduğu ilk həftələr ərzində üç minə yaxın qeyri-qanuni mühacir saxlanılıb.
Ümumilikdə ABŞ-da 11 milyona yaxın qeyri-qanuni miqrant yaşayır.
İbrahim Cəfərov