Icma.az
close
up
RU
525 ci qəzet “Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb

525 ci qəzet “Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan “Ulduz” jurnalının xüsusi buraxılışı qardaş Türkiyənin Ankara şəhərində, “Gənc Ürəklər” dərgisində oxuculara təqdim edilib. 

“Gənc ürəklər” dərgisinin 14-cü (Qış, dekabr-yanvar-fevral 2025) sayında “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.

“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs “525-ci qəzet”ə açıqlamasında deyib ki, “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahin ötən ilin yayında “Ulduz” jurnalını görüb və jurnalın redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirdən nəşr haqqında soruşub: “Sonradan biz Muhterem bəylə onlayn şəkildə əlaqə saxladıq, tanış olduq. Söhbətimiz zamanı təklif etdim ki, biz “Gənc ürəklər” dərgisinin bir sayını Azərbaycanda çap edək, onlar da “Ulduz”un bir sayını Ankarada çap etsinlər. Razılıq əldə olundu və yazılar toplanmağa başladı. 2024-cü ilin sentyabr ayında biz “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışını Azərbaycanda- “Ulduz” jurnalında çap etdik. “Bir millət, iki dövlət” devizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu. 

Sonra isə Azərbaycandan AYB sədrinin, katibliyin, əməkdaşların, o cümlədən, qəzet və jurnallarımızın əməkdaşlarının yazılarını toplayıb Muhterem Şahinə göndərdik. Bir neçə mərhələdən keçdikdən sonra, nəhayət, “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap olundu. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu, bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. Muhterem bəylə danışıqlarımız davam edir. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”. 

“Ulduz - Gənc ürəklər qardaşlığı daim olsun” devizi ilə çap olunan xüsusi buraxılışın ilk məqaləsində baş redaktor Muhterem Şahin yazır:

“Dərgimizin bu sayında “Ulduz”dan gələn 39 əsəri Azərbaycan türkcəsində olduğu kimi yayımlayırıq. Buradakı məqsədimiz Azərbaycandakı dostlarımızın Türkiyə türkcəsiylə, Türkiyədəki qardaşlarımızın da Azərbaycan türkcəsiylə bir yazını, şeiri, hekayəni, esseni oxumaqlarına şərait yaratmaqdır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi bir-birinə o qədər yaxındır ki, anlamamaq mümkün deyil. Bəlkə bir neçə kəlməni başa düşməkdə çətinlik çəkə bilərsiniz. Ləhcələr arasında belə kiçik fərqlər ola bilər, mümkündür. Onları da öyrənəcəyik, öyrənməliyik”. 

Qeyd edək ki, “Ulduz” jurnalının Ankarada çap olunan xüsusi buraxılışında AYB-nin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, katiblik və Birliyin mətbu orqan əməkdaşlarının ədəbi nümunələri yayımlanıb. 

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri