Icma.az
close
up
RU
525 ci qəzet Şəhadətə yüksəlmək... Ulduz Qasım yazır

525 ci qəzet Şəhadətə yüksəlmək... Ulduz Qasım yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Elə bilirəm, hamısını tanıyıram. Hamısıyla doyunca söhbət etmişəm. Hamısının ürək sözlərini dinləmişəm. Sanki düşmən vətənə göz dikəndə nə istəklə cəbhəyə yollandıqlarından xəbərim var. İçlərindəki təlatümləri, azadlıq duyğuları, torpağa, elə-obaya olan sevgiləri, mübarizlikləri, insani xarakterlərı sətir-sətir üzlərində yazılı olub...

Yoxsa, cəsarət edib döyüş meydanına atılmazdılar. Həyatlarını torpağa qurban verməzdilər. Buna cəsarət tapmazdılar. Onlar üçün tək bir istək, arzu olur. Şəhadətə yüksəlmək. Heç fikirləşmədən Vətən yolunda qurban getmək sevgidir, yenilməz eşqdir şəhidlərin qəlbində...
Bu istəyə çatmaq üçün cəbhəyə yollananlardan biri də Təhməzov Səid Turuş oğludur...

Bir kənddə böyüsək də, onu tanımırdım. Məndən yaşca çox kiçik olub. Ancaq mənim kiçik sandığım bir gün böyüyüb, cəbhəyə yollanıb... Vətəni qorumağa, onun torpağına sahib çıxanların köməyinə gedib. Bütün Qarabağın azad olunmasında öz sözünü demək istəyib...

Qəhraman oğullar belədir, heç nədən, heç kimdən çəkinməzlər, qorxmazlar. Ölümə belə meydan oxuyarlar. Yağı düşmənə “mən burdayam, gəl”deyərlər. Cəsarət, igidlik döyüş meydanında göstərilir...

1972-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində dünyaya göz açan Səid Təhməzov sovet ordusu sıralarında qulluq etdikdən sonra doğma kəndlərinə dönür. Uşaqlıq sevdasıyla məşğul olmağa başlayır. Musiqiylə maraqlanan gənc təhsil almaq qərarına gəlir. 

Lakin ölkədə baş verənlər, ermənilərin xain hücumları, gözəl Qarabağımızı zəbt etmələri bütün Azərbaycan gəncləri kimi, Səidi də çox narahat edir. 1992-ci ildə öz istəyiylə Cəbrayıl rayon özünümüdafiə batalyonuna yazılır. Arzuları, istəkləri yarımçıq qalır.

O illərin bütün gəcləri kimi, Səid Təhməzovu Vətənin müdafiəsi, Qarabağ torpaqlarının azad edilməsi maraqlandırır. Çoxuşaqlı evdə böyümüş Səid çox cəsurluqlar göstərir Cəbrayıl rayonun müdafiəsində.

Hərdən söz düşəndə onu atasına bənzədirlər. İkinci Dünya müharibəsində döyüşən və ömrünün sonuna kimi bədənindəki qəlpələrlə yaşayan Turuş Təhməzova...

Atasının Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlar oğluna bir məktəb olur. Evdə ondan dinlədikləri bəzi döyüş təsvirləri də köməyinə gəlib. Kim bilir, bəlkə də heç atasının ağlına da gəlməzdi ki, onun kiçicik oğlu bir gün döyüşə yollanacaq. Onun etdiklərini, danışdıqlarını xatırlayacaq. Atasının danışdıqları Səidin köməyinə gələcək. Kişilik, igidlik haqqında danışdıqları, təsvir etdiyi müharibə səhnələri oğluna elə son anında da atasını xatırladacaq...

Səid Təhməzov Cəbrayıl yaxınlarında gedən ağır döyüşlərin birində şəhid olur. Qəhrəmancasına, igidcəsinə canını Vətən yolunda, Qarabağın azad olunması uğrunda qurban verir...

Həmişə fikirləşirəm, görəsən, şəhidlər son anlarında nə düşünüblər? Döyüş yoldaşlarına, doğmalarına, valideynlərinə nə demək istəyiblər? Hansı mesajları göndərmək keçib xəyallarından? Hər halda üzülməyin, bu, şərəfli bir ölümdür, demək istəyirlər...

Daha doğrusu, şəhadətə yüksəlməkdir bu. Vətən üçün, torpaq üçün şərəfli bir gedişdir. Həmişə yaşamaqdır, könüllərdə özünə yer tutmaqdır, hər daim anılmaqdır, yada düşməkdir, yadda qalmaqdır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri