Icma.az
close
up
RU
525 ci qəzet Yaralanmış gözəllik

525 ci qəzet Yaralanmış gözəllik

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xalisə MƏMMƏDOVA

Kəndimiz dağların əhatəsində olduğu üçün qar mənzərəsi bizim kəndə çox gözəl yaraşardı. Atamın pəncərədən qarın yağmasını seyr edə-edə - "Heç bir zərrəsi bir-birinə bənzəməyən, hətta, yağarkən belə bir-birinə toxunmayan o məsum qar dənəcikləri təbiətə öz saflığını qatır, sanki bütün çirkabların üstünü örtür. Yer üzü bəmbəyaz parlaq ipəyə bürünür. Şükür olsun yaratdığın gözəlliyə, İlahi! Sovrulan qar dənəcikləri və ağa bürünmüş dünya! Elə bil yer üzündə nə sərhəd var, nə səs küy olub, sanki həyatda hər şey eynidir" - dediyi o sözlər indi də qulaqlarımda səslənir.

Amma bir gecədə bu gözəllik qan çanağına döndü. Atamın zövqlə seyr etdiyi sonuncu sakit qış gecəsini, axı, necə unuda bilərəm?! O gecədən sonra Xocalıya bir daha ağappaq qar yağmadı. O gündən sonra heç görən oldumu o şəhərin qış mənzərəsini?!

O gün sözün elə həqiqi mənasında yer üzü sərhədsiz idi. Düşmən bütün istiqamətdə yollarımızı kəsmişdi. Xocalı meşələrinə üz tutan körpələrin, məsum uşaqların, qadınların, yaşlıların ah-naləsi bir-birinə qarışmışdı. Yanan evlərin, meşədə insan qarışıq yandırılan ağacların tüstüsü ərşə qalxmışdı. O gecə erməni vəhşiliyinin də sərhədi yox idi. Yağan qar da onların çirkablığını təmizləyə bilmədi.

Xocalının təbiəti də insanlarla birgə yaralandı. Artıq illər keçib. Amma mən hələ də atamın gözlərimin önündə güllələnməsini və o an onun gözlərinə toplanmış utanclı baxışlarını bir gün olsun ağlımdan çıxara bilmirəm. Bizi meşədən çıxara bilməməsi ona ölümdən də betər acı verirdi. Sağ çiynindən və sinəsindən iki güllə yarası almışdı. Ağrıdan tükənmiş yorğun səsi ilə anama - "Qaç! Uşaqları götür qaç, arxana baxma, məndən narahat olma, uşaqları çıxart burdan!" - dedi. Anam göz yaşları içində atamın çiyinlərindən yapışıb onu silkələyib qışqırırdı: "Mən sənsiz gedə bilmərəm. Gedə bilmərəm, aç gözlərini" - atam gözlərinin yarısını açıb zəif səslə - "sən sağ qalmalısan, Ayazla Öməri xilas et" - deyib gözlərini birdəfəlik yumdu. Mən anamın fəryad səsini eşitməmək üçün qaçıb yaxınlıqdakı ağacın gövdəsinə sığınmışdım, qulaqlarımı tutub onlara baxırdım. Bu dəm anamın qucağıdakı beş aylıq qardaşımın üzərinə yağan güllələr məni dəhşətə gətirdi. Qardaşımın kürəyindən atılan güllələr onun balaca, körpə bədənini dəlib keçərək anamın sinəsinə yığılmışdı. Anam son nəfəsində bircə dəfə - "Ayazım!" - dedi. Hər şey elə sürətlə baş verirdi. Ağlım olanları dərk etməkdə aciz qalmışdı. Anlaqsız bir şəkildə gözlərim zillənmişdi doğmalarımın bir-birinə qarışan qanlarına. Torpaq sanki qana doymuşdu. Axan qanların istiliyi göydən yağan qarı yerdə ağarmağa qoymurdu. Yer qırmızı qana, göy qara tüstüyə boyanmışdı.

Günlər sonra gözlərimi bir xəstəxana otağında açdım. Səhhətim yaxşılaşdıqdan sonra məni uşaq evinə təhvil verdilər. Mən heç unutmadım! - Nə ailəmi sonuncu dəfə gördüyüm o gecəni, nə də o rəngi. Hətta bu yaddaş yuxularımda belə beynimdən silinmirdi. 

Hər gün fasiləsiz eyni yuxunun həyəcanı ilə səhərlər yataqdan qalxırdım. Anam dayanmadan qardaşımın beşiyini yelləyir, ağlaya- ağlaya layla çalır: - "Yat balam! Böyü oğlum, böyü oğlum!" Atam da anamın saçlarına sığal çəkir, sakitcə onu seyr edir. 

İllər sonra ilk dəfə fərqli yuxu ilə oyandım. Xocalı işğaldan azad olunduğu gün idi. Gördüm ki, atam anamın əllərindən tutub gözünün yaşını silir və onu ayağa qaldırır. "Gedək, əzizim, artıq oğlumuz böyüyüb" - deyir. Anam təəccüblə ətrafa nəzər salır, bu dəm beşikdən ağappaq bir göyərçin qanadlanıb uçur. Atamla anam isə onun ardınca qaçır və buludların arasında gözdən itirlər. Altı yaşımdan bəri ilk dəfə ürəyimdə bir yüngüllük, bədənimdə bir rahatlıq hissi ilə yuxudan oyandım.

Oktyabr ayının 15-də qardaşımın doğum günüdür və cənab Prezident Xocalıda Azərbaycan bayrağını ucaldır. Bu tarixi hadisə Xocalının işğalı ilə yaşıd qardaşıma, sanki Tanrının doğum günü ərməğanı idi. O gün fəxarət və sevinc hissləri ilə qardaşımın məzarı üstə gedib ilk dəfə onu doğum günü münasibəti ilə təbrik etdim. Sən artıq böyüdün qardaşım, azad ruhun şad olsun! Atamla-anama isə gözaydınlığı verdim.

Daha doğmalarım yuxularıma gəlmir. Çox güman ki, onları ruhu gözəlliyi yaralanmış, lakin sarsılmamış, məğrurluğunu itirməmiş azad yurda köç ediblər. O gecə torpağın boyandığı al qırmızı qanlar, bu gün üçrəngli bayrağın üzərindəki qırmızı rənglə Xocalı səmalarında dalğalanır. Haqq-ədalət də təbiət kimidir, forması dəyişsə də, hər zaman var olacaq. 

Bu gün də fevralın 26-dır, yenə qar yağır, mən daha qarı öz rəngində görə bilmirəm, çünki o gecənin anılarını xatırladır.

Xocalı - bizim qan yaddaşımızdır!

Mən də o yaddaşın şahidiyəm!..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri