İsrail HƏMAS ın tərk silah olunması ilə bağlı vasitəçilərə çağırış edib
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
İsrail beynəlxalq vasitəçiləri ABŞ Prezidenti Donald Trampın sülh planının reallaşdırılması üçün Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırıb.
AZXEBER.COM "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasının bəyanatında deyilir.
"İsrail Prezident Trampın 20 bəndlik planının reallaşa bilməsi üçün vasitəçiləri HƏMAS-dan Qəzzanın bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırır", - bəyanatda deyilir.
Dəftərxanadan vurğulayıblar ki, ABŞ-nin planına əsasən, bərpa işlərinə başlanmazdan əvvəl HƏMAS silahı yerə qoymalı, Qəzza zolağı isə hərbsizləşdirilməlidir.
"İndiyədək HƏMAS bir ədəd də olsun silah təhvil verməyib", - bəyanatda deyilir.
Dəftərxanadan əlavə ediblər ki, İsrail ABŞ və Sülh Şurası ilə sıx əməkdaşlıq edir, Trampın planının uğurla həyata keçirilməsinə sadiq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Noyabr 2026 07:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















