Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

525 ci qəzet Yaşlanma problemi: çətinliklər və onların həlli yolları

525 ci qəzet Yaşlanma problemi: çətinliklər və onların həlli yolları

525.az saytına istinadən Icma.az xəbər verir.

Dünya əhalisinin XIX əsrin əvvəllərində sadəcə 1 milyard, XX əsrin ilk 20 illiyində isə təqribən 1.6-2 milyard arasında olduğu qəbul edilir. Lakin sonrakı 100 il ərzində dünya əhalisi 4 dəfə artaraq 8 milyardan çox olub. Artan əhali isə bir çox arzuolunmaz halların yaranmasına səbəb olur. Məsələn, işsiz insan sayı, tullantıların miqdarı, tıxacların sıxlığı, cinayətlərin intensivliyi və s. Bir çox iqtisadiyyatçı, siyasətçi, sosioloq və digər mütəxəssislər artan əhali sayını azaltmaq və yaranmış problemlərin həlli ilə bağlı təkliflərini səsləndirirlər.

Statistik rəqəmlərə görə, ümumi dünya əhalisinin artımında azalma müşahidə olunur və dünyadakı ümumi əhali artımının 21-ci əsrin ortalarına doğru sıfıra yaxınlaşacağı ehtimal edilir. Qloballaşma şəraitində Qərb düşüncə və həyat tərzinin yayılması, ailə modellərinin dəyişməsi, insanların maariflənərək daha az uşağa üstünlük verməsi, ailə gəlirinin çoxuşaqlı ailələr üçün uyğun olmaması kimi bir çox faktorlar bu məsələyə təsir göstərir. Təbii artımın aşağı düşməsi ilk baxışda sevindirici hal kimi görünsə də, əslində, başqa bir problemi - əhalinin qocalmasını ortaya çıxarır.

Təbii artımın aşağı düşməsi, ölkə əhalisində yaşlı nəsilin çəkisinin artmasına səbəb olur. Yaşlı əhali dedikdə, adətən 65 və yuxarı yaş qrupu nəzərdə tutulur. Bu vəziyyət işçi çatışmazlığına və böyük iqtisadi itkiyə yol açır. Digər tərəfdən, yaşlı əhalinin artması dövlət və özəl pensiya fondlarının artıq yüklənməsinə səbəb olur. Yaşlı insanların sayının artması tibbi xidmətlər və qayğı xərclərinin artmasına gətirib çıxarır. Orta ömür müddətinin uzanması ilə illər boyunca yaşlılara qulluq xərcləri artır və bu, ölkə iqtisadiyyatına mənfi təsir edir.

Təbii artımın azalması nəticəsində cəmiyyətdə daha az gəncin olması, enerjili fərdlərin və yaradıcı ideyaların azalmasına səbəb olur. Əgər təbii artım mənfi olarsa, əhalinin azalması prosesi başlayır ki, bu da iqtisadi və demoqrafik problemlər yaradır. Əhali azalması məhsul və xidmətlərə olan tələbin azalmasına və bununla da iqtisadiyyatın zəif böyüməsinə gətirib çıxara bilər.

Yaponiya, Çin, Cənubi Koreya, Sinqapur, Avropa ölkələri (İtaliya, Almaniya, Yunanıstan, Portuqaliya, Bolqarıstan, Estoniya, Macarıstan və s.), Kanada və ABŞ kimi ölkələr aşağı təbii artım səviyyəsinə malikdir. Göstərilən ölkələrə görə demək mümkündür ki, təbii artımın aşağı olduğu ölkələr əsasən inkişaf etmiş ölkələrdir. Bu ölkələrdə iş və həyat balansı, yüksək təhsil səviyyəsi, qadınların iş gücündə daha fəal iştirakı, müasir həyat tərzi və uşağa olan tələbatın azalması kimi faktorlar doğum nisbətinin düşməsinə səbəb olur. Bundan əlavə, bu ölkələrdə həyat səviyyəsi yüksək olsa da, çoxuşaqlı ailə qurma mövzusunda sosial və iqtisadi çətinliklər var.

İnkişaf etmiş ölkələrdə təbii artım faizi aşağı olsa da, regional olaraq demoqrafik proseslərdə müxtəliflik gözə çarpır. Məsələn, Yaponiya, əhalisi ən sürətlə azalan ölkələrdən biridir, çünki nə doğum artıb, nə də immiqrasiya var. Yaponiya yaşlı nəslin ümumi əhalidə ən böyük çəkisi olan ölkədir. Proqnozlara görə, əsrin ortalarına doğru yaşlı nəslin ölkə əhalisinin üçdə birini təşkil edəcəyi gözlənilir. Avropada da isə doğum nisbəti aşağı olsa da, bəzi ölkələrdə immiqrasiya bu azalmaya mane olur. ABŞ və Kanadada isə təbii artım aşağıdır, amma yüksək immiqrasiya sayəsində əhali ümumilikdə artır.

Azərbaycan da təbii artım faizinin aşağı düşdüyü ölkələr sırasındadır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 1970-ci ildən 2000-ci ilə qədər əhalinin təkrar istehsal əmsalları brutto olaraq 2.294-dən 1.160-a, netto olaraq isə 2.085-dən 1.090-a enib. 2023-cü ildə isə brutto artım 0.728-ə, netto artım isə 0.699-a düşüb. Bu da təbii artımın azalması və əhalinin yaşlanması prosesini göstərir.

Təbii artımı artırmaq üçün ailələrə maliyyə dəstəyi, uşaq baxımı üçün xidmətlər və sosial dəstək tədbirləri təmin edərək uşaq sahibi olmağı təşviq etmək çox vacibdir. Bu, həm ailələrin maliyyə yükünü azaldar, həm də gənc nəsillərin sağlam və güclü bir cəmiyyətin təməlini qoymasına kömək edər. Ailələrə təklif edilən maddi dəstək, onları uşaq yetişdirməyə daha da cəlb edər və gələcəkdə ailə həyatını daha da gücləndirər. Əlavə olaraq, uşaq baxımı xidmətlərinin genişləndirilməsi, valideynlərin iş və şəxsi həyatlarını rahat şəkildə idarə etmələrinə kömək edəcək və onların iş bazarına davamlı şəkildə qatılmalarını təmin edər. Evlilik və ailə dəyərlərinin təşviqinə yönəlmiş maarifləndirmə kampaniyaları həyata keçirmək də vacibdir. Belə kampaniyalar cəmiyyətin ailə qurma və uşağa sahib olma mövzusunda müsbət baxışlarını gücləndirər və bu dəyərləri gənc nəsilə aşılamaqla gələcəkdə arzuolunan nəticələr əldə edilə bilər.

Sabir ETİBARLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri