Icma.az
close
up
RU
Taxıl biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib regional müşavirə

Taxıl biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib regional müşavirə

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir. Lənkəran rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun aqrar sektorunda görülən işləri, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırıb. O, bölgənin aqrar potensialından bəhs edib, ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini, bunun nəticəsində digər sahələr kimi aqrar sahənin də dinamik inkişaf etdiyini vurğulayıb. İcra başçısı əlavə edib ki, bu sahənin inkişafının təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən müvafiq qurumlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlverişli şərait yaradılır.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Kənd təsərrüfatının, o cümlədən də strateji sahə olan taxılçılığın inkişafı məqsədilə mühüm islahatlar keçirilir. Aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri icra olunur. Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün subsidiyaların verilməsi, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin verilməsi aqrar sektorun dayanıqlı inkişafına real zəmin yaradır. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün taxılçılığın inkişaf etdirilməsinin əsas hədəflərdən olduğunu deyən Elçin Zeynalov bildirib ki, taxılın vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət mühüm əhəmiyyət kəsb edir.

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hər il olduğu kimi, bu il də bölgələrdə taxıl biçini prosesinin mütəşəkkil təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilib. Mehman Veysəlov bildirib ki, görülən işlər taxıl biçininin optimal müddətdə başa çatdırılmasına imkan verir.

Müşavirədə qeyd olunub ki, bu il Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarında ümumilikdə 17 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir.

Biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri