525ci qəzet Adil Kərimli: COP29da Dostlar Qrupu təşəbbüsünə başlanılıb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşünün yekunlarına əsasən "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli görüşün yekunlarını şərh edərkən bildirib.
"Bu gün Bakıda "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması ilə bağlı şərtlər paketi qəbul edilib. Belə bir qrupun formalaşdırılması ideyası ilk dəfə ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən COP28-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 1-ci yüksək səviyyəli görüşü çərçivəsində səsləndirilib", - o bildirib.
A.Kərimli qeyd edib ki, qrupun həmsədrləri Azərbaycan, BƏƏ və Braziliyadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















