Icma.az
close
up
RU
525ci qəzet Aktyor Nurlan Rüstəmov: Pantomim Teatrı üçün əsər yazan yazıçı demək olar ki, yoxdur

525ci qəzet Aktyor Nurlan Rüstəmov: Pantomim Teatrı üçün əsər yazan yazıçı demək olar ki, yoxdur

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müsahibimiz Nurlan Rüstəmov Pantomim Teatrının aktyorudur. O, "Uzaq", "Körpü", "Bir ailəm var", "Ağarmayan saçlar", "Cehizsiz gəlinlər" və "Qapı" kimi film və seriallarda rol alıb. Nurlan Rüstəmov Fəxri Mədəniyyət İşçisi və Prezident Mükafatçısıdır.
Aktyor Nurlan Rüstəmovla söhbəti oxuculara təqdim edirik.

- Nurlan bəy, Pantomim Teatrına gəlişinizi necə xatırlayırsınız?

- Artıq 17 ildir Pantomim Teatrındayam. Buraya təzə gələndə hiss edirdim ki, hərəkətlə tamaşaçını ələ ala bilirəm, hərəkətlə hər hansı düşündüyüm fikri, yeni bir ideyanı, mövzunu daha yaxşı çatdıra bilirəm. Bu səbəblərdən Pantomim Teatrına çox böyük həvəsim yaranmışdı. Bu teatr bir növ məni ovsunladı. Televiziyada bir neçə tamaşasına baxmışdım, sonra universitetə hazırlaşan ərəfədə məni "Kölgə" tamaşasına baxmağa apardılar. Onda Pantomim Teatrı Gənc Tamaşaçılar Teatrının binasında yerləşirdi. Təsəvvür edin, həmin tamaşa mənim üçün möhür rolunu oynadı. Qəti surətdə dedim ki, mən fəaliyyətimi Pantomim Teatrının aktyoru kimi davam etdirəcəyəm. Mən burada olmalıyam, yaşamalıyam. Bu teatr bizim iş yerimiz deyil. Direktor və aktyorlar arasında çox səmimi münasibət var. Bura bizim evimiz kimidir. Burada yaşayırıq, beynimizdə olan düşüncələri, tapdığımız ideyaları, hekayələri rahat şəkildə dilə gətiririk, oynayırıq və ən əsası nəfəs alırıq. Elə düşünürəm ki, aktyor üçün, onun yaradıcılığı üçün bunlar əsas və vacib şərtlərdir. Xüsusən belə bir janrda olan aktyor üçün belə məkan, belə şərait çox vacibdir.

- Danışaraq bir-birini başa düşə bilməyən insanlara, danışmadan nəyisə izah etmək çətin olmur?

- Belə deyim, aktyorun içi o qədər dolu olmalıdır ki, deyəcəyi söz, onun emosianal gücü o qədər yüksək olmalıdır ki, tamaşaçıya fikrini ötürə bilsin. İdeya və mövzu tamaşaçıya çətin formatda gedib çatmamalıdır, başa düşəcəyi dildə çatmalıdır. Biz bütün günü məşqlər edirik, məşğul oluruq, işləyirik, çalışırıq ki, sözün elə hərəkət formasını tapaq ki, tamaşaçıya nə demək istədiyimiz, hansı halda olduğumuz, keçirdiyimiz hisslər aydın olsun. Çünki hər bir halımız, hərəkətimiz, adicə əlimizin yanımıza, başımızın sağa düşməyi belə tamaşaçıya bir enerji, bir mesaj ötürür. Pantomim Teatrında bunları öyrənirik. Hər bir bədən üzvü ilə necə hərəkət etmək olar? Hansı ifadə vasitələrini göstərmək olar? İdeyanı necə düzgün çatdırmaq olar? Nə yalan deyim, pantomima çox fərqli bir janrdır və çox çətindir. Amma artıq biz işin içindəyik. Rəhbərimiz Bəxtiyar Xanızadə bizi elə kökləyib, yetişdirib ki, artıq özümüz nəyi, necə təyin edəcəyimizi bilirik.

- Heç bir cümlə istifadə etmədən tamaşaçılara necə təsir edirsiniz?

- Bizim özümüzə məxsus maneralarımız var, teatrın öz formatı var. Burada ayrı-ayrı beyinlərin ideyaları səhnələşdirilir. Teatrın öz qayda-qanunları var. Etik-estetik qaydalar burda ən vacib amildir. Bir növ bizim tamaşalarımızda olan səhnəciklər şəkil ab-havası yaradır. Hər bir səhnəciyin formasını parlaq, estetik şəkildə işləyirik ki, tamaşaçının gözünü oxşasın, ona daha çox təsir etsin.

- Pantomim Teatrı film ərsəyə gətirmək barədə nə düşünür?

- O vaxtı mən təzə teatra gələndə arada boşluqlar yaranırdı, bir-iki saatlıq fasilələr olurdu. Biz həmin fasilələrdən istifadə edib elə bu binanın içində film çəkirdik. O qədər maraqlı idi. Təsəvvür edin, qışdır, qar yağır, fasilə vaxtıdır və biz həmin qardan istifadə edərək film çəkdik. Pantomim Teatrının aktyorları ilə çəkilmiş filmlər var. Hazırda başımız tamaşalara o qədər qarışıb ki, hələ ki ona tam vaxt ayıra bilmirik.

- Onda belə çıxır ki, tək problem vaxtdır. Maliyyə və texniki baxımından heç bir probleminiz yoxdur? Çünki əksər aktyorlar və rejissorlar maliyyənin yoxluğundan şikayətlənirlər.

- Belə deyim, bizim aktyorlarımız unikaldırlar. Onlar həm montajı bacarırlar, həm çəkilişi, həm rəsmi. Sözsüz ki, yüksək səviyyəli bədii filmdən danışmırıq. Elə filmlər üçün yüksək maliyyə lazımdır. Yalnız öz çərçivəmizdə ortaya nəsə qoya bilərik.

- Azərbaycanın Çarli Çaplini hesab etdiyiniz kimsə var?

- Pantomim Teatrı ümumiyyətlə, çox istedadlı aktyorlar yetişdirir. Hazırda onların əksəriyyəti müxtəlif teatrlarda çalışırlar. Bəziləri Xalq artistidir, bəziləri Əməkdar artistdir. Pərviz Məmmədrzayev, Nargilə Qəribova, Qurban Məsimov və başqa aktyorlarımız bu teatrın yetirmələridir. Çarli Çaplin özünəməxsus aktyor olub. Burada hər bir fərd yaxşı keyfiyyətləri ilə bir-birindən fərqlənir. Bəxtiyar Xanızadə elə aktyorları burada cəmləyib ki, həmişə kimsə qıraqdan bizi müşayiət edəndə qəribə bir ansamblla qarşılaşır. Bizə həmişə deyirlər ki, sizdə bir fərqlilik var. Burada artıq adam yoxdur, hamı bir-birindən nəyəsə görə fərqlənir. Düşünürəm ki, hər biri özünəməxsus Çarli Çaplindir.

- Qırğızıstana qastrol səfəriniz necə keçdi?

- Ümumiyyətlə, son bir-iki ildə xeyli qastrollarımız olub. Rusiyanın Sankt-Peterburq şəhərinə, Qırğızıstana, Qazaxıstana və Trabzona səfərlərimiz oldu. Qırğızıstan tamaşaçıları bizim üçün artıq doğmalaşıb, çünki ikinci dəfədir ki, Qırğızıstanda qastrol səfərində oluruq. Leyla xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə biz orada iki tamaşa oynadıq - Ceyhun Dadaşovun "Manqurt" tamaşası və Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanmış "İblis" tamaşasını. İblis tamaşasında baş rolu canlandırıram. Bişkek tamaşaçısı çox istiqanlı və qonaqpərvərdir, bizi çox yaxşı qarşıladılar və uğurlu bir tamaşa oldu.

- Pantomima fərqli janrdır. Bu janra maraq bu gün hansı səviyyədədir?

- Bizim daimi tamaşaçılarımız var. Hazırda teatrın 40 nəfərlik yeri var və bu 40 nəfərlik yer həmişə dolu olur. Pantomima həvəsində olan xüsusi tamaşaçılarımız da var. Mən özüm Mədəniyyət və İncəsənət Universitetində işləyirəm, orada plastik-pantomimadan, qılınc təlimindən və səhnə hərəkətindən dərs deyirəm. Plastik-pantomimadan dərs deyəndə görürəm ki, tələbələrin bəziləri hələ məlumatlı deyillər, onları məlumatlandırdıqca həvəsləri artır və maraqlanmağa başlayırlar. Artıq demək olar ki, hər tamaşada 2-3 tələbəmi görürəm. Bir tamaşanı belə ötürmürlər. Bu, çox yaxşı haldır.

- Hərəkəti və fərqliliyi sevdiyinizi deyirsiniz. Pantomim Teatrı kimi, Yuğ Teatrı da hərəkətli və fərqli tamaşalar ərsəyə gətirir. Niyə Yuğ yox, məhz Pantomim Teatrını seçdiniz?

- Bu, bir növ zövq məsələsidir. Mən buraya gələnə qədər pantomima sahəsini bir balaca araşdırmışdım. Bu teatrın formatı Yuğ Teatrının formatından xeyli fərqlənir. Pantomima Teatrı bir neçə modellərə, formalara bölünür. Bu, mənim çox xoşuma gəlir, məni ovsunlayır. Çünki burada sən istədiyin hər bir şeyi artıq realizə edə, qura bilirsən, Bəxtiyar Xanızadənin göstərişi ilə yan- yörəsini bir az düzəldirsən və normal, maraqlı bir tamaşaya çevrilir. Məni bura cəlb edən səbəblərdən bir də elə budur.

- Pantomim Teatrı aktyorlara hansı üstünlükləri qazandırır?

- Bəxtiyar müəllim burada bizi həm bir aktyor, həm də bir insan kimi yetişdirir. Aktyor həm də insan kimi formalaşmalıdır. Qabımızda bir az rəssamlıq qabiliyyətimiz varsa, Bəxtiyar müəllim onu açıb ortalığa qoyur, onun istifadəsinə şərait yaradır. Rejissorluq qabiliyyətimiz varsa, ondan istifadə edirik, onu təkmilləşdiririk və ya kiminsə poetik şeir demək qabiliyyəti varsa, onu inkişaf elətdirir. Yəni burada hər bir aktyor təkcə aktyorluqla kifayətlənmir. O həm yaxşı şəkil çəkir, həm şeir, həm də hekayə yazır. Təsəvvür edin, burada hər bir aktyorun bir kitablıq hekayəsi və şeiri var. Bax belə imkanlarımız var, biz yaxşı yaza bilirik, həmin yazdıqlarımızı tamaşalara köçürə bilirik. Qurduğumuz hər tamaşa demək olar ki, aktyorların və rejissorların ideyasıdır, onların təxəyyülünün məhsuludur. Pantomim Teatrı üçün əsər yazan çox az sayda yazıçı var, demək olar ki, yoxdur. Buna görə biz burada aktyorların və rejissorların beyninin məhsulundan yararlanırıq. Məsələn, "Ağbığlılar" tamaşası var, bu, mənim yazdığım əsərin quruluşudur. Bu qəbildən olan xeyli tamaşalarımız var.

- Son zamanlar sizi film və seriallarda da tez-tez görürük. İllərlə teatrda fəaliyyət göstərdikdən sonra kino sahəsinə necə keçid etdiniz?

- Mənim ixtisasım teatr və kino aktyorudur, hər şeyin əsası buradandır. Təklif nə vaxt gəlirsə, yararlı təklifdirsə, maraqlı təklifdirsə, məni qane edirsə, kriteriyalarıma, formatıma uyğundursa, razılaşıb, gedib çəkilirəm. Çünki Bəxtiyar müəllim və universitet müəllimim Fərhad İsrafilov məni kiməsə əlavə ağız açmağa, nəyisə xahiş etməyə və minnətçi olmağa qoymayıblar. Bəlkə elə onun təsiridir, ya necədirsə, mən yalnız burada özümü realizə edə bilirəm. Buna görə illərlə daha çox teatrda fəaliyyət göstərmişəm.

- Həm müəllimsiniz, həm də teatr və kino aktyorusunuz. Hansı ilə sevgidən, hansı ilə maddi problemlərdən dolayı məşğul olursunuz?

- Hələ indiyə qədər sevmədiyim işlə məşğul olmamışam. Sevmədiyim işdə ümumiyyətlə işləyə bilmirəm, vaxtımı ona sərf edə bilmirəm. Ürəyim darıxır, narahat oluram. Universitetdə dərs deməyim bir növ Bəxtiyar Xanızadədən öyrəndiklərimi gənclərlə bölüşmə istəyimdən irəli gəlir, bundan zövq alıram. Teatr isə mənim üçün ayrı bir dünyadır. Oradakı fəaliyyətimə nə kino, nə də universitet mane ola bilər. Çünki buranı mən heç nəyə dəyişmərəm. 17 il ərzində sevgim bir qram da olsa, azalmayıb və heç vaxt peşman olmamışam ki, mən Pantomim Teatrının aktyoruyam. Həyatım, ruhum buraya bağlıdır. Sözsüz ki, bunların hər birində maddiyyat var, bunlar olmasa, biz dolana bilmərik. Rəqəmlərin elə də əhəmiyyəti yoxdur, sadəcə maaş var və o maaşla dolanırıq. Amma inanın ki, bu sahələrdə olmağım daha çox sevgidən irəli gəlir.

Ləman İLKİN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see227

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see212

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see211

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see173

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see160

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see139

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see138

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see125

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri