Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda olub
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərbabər gün” romanı əsasında “Manqurt” və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.
Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















