525ci qəzet Annalena Berbok: Almaniya beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqının bir hissəsi olan Almaniya yenilənmiş maliyyə sisteminin işə salınması üçün beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, iqlim maliyyələşdirilməsi böyük sərmayələr tələb edir, söhbət böyük məbləğlərdən gedəndə isə danışıqlar daha çətin və sərt olur.
"Bu faktı nəzərə alaraq bütün detalları diqqətlə öyrənməliyik. Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşməsində etibarlı tərəfdaş olaraq qalır. Lakin qlobal enerji keçidi və adaptasiya tədbirləri üçün xərclər çox böyükdür ki, bu da qlobal səylər və bütün tərəflərin cəlb olunmasını tələb edir", - nazir bildirib.
O vurğulayıb ki, qlobal istixana qazı emissiyalarında ən böyük paya malik olan ölkələr təkcə emissiyaları azaltmamalı, həm də beynəlxalq iqlim maliyyələşdirilməsinə töhfə verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















