Icma.az
close
up
RU
Əhali bu sahəyə 1 milyar 400 milyon manat xərcləyib 300 MİLYONLUQ ARTIŞ

Əhali bu sahəyə 1 milyar 400 milyon manat xərcləyib 300 MİLYONLUQ ARTIŞ

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Satış həcmi satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb. Yəni, 2025-ci ilin ilk 11 ayında, keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara, 300 mln. manat daha çox xərcləyiblər. Yaxşı, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb. Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

O vurğulayıb ki, ölkədə fəaliyyət göstərən 200-dən çox dərman podratçısı şirkət bağlanıb yaxud müflis olub:

“Dərman sahəsində qiymətlərin təzimləməsi Tarif Şurasına tapşırılan gündən bu günə, ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür. Çünki, Tarif Şurasının yanaşması ancaq inhisarşılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır.  Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb. Nəticə olaraq da, qiymətlər hər ay qalxır – bunu görməmək mümkün deyil, hökumət görmürsə, deməli, görmək istəmir”.

Ekspert qeyd edib ki, dərman satışında ƏDV ləğv edilməlidir:

“Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-i ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2%-ə endirin. ƏDV ləğv olunsa dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, pararlel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni, bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək”.

N.Cəfərli bildirib ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi yerli dərman istehsalının olmamasıdır:

“Eşitmirlər, görmürlər, dinləmirlər, özü də ki, ölkə dərman istehsal etmir, 93-94% idxal edirik, xaricdə dərman istehsal edən şirkət zülm çəkir, investisuya qoyur, istehsal təşkil edir, dövriyyədən 10-15% qazananda sevinir, bizim tənbəl hökumət isə heç nə etmədən xaricdə istehsal edilən dərmandan satışda 18% qazanmaq istəyir – özü də bilir ki, istənilən vergi və rüsumun son ödəyicisi isə vətəndaşdır...”

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri