525ci qəzet Azərbaycan və Çinin media subyektləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə Medianın İnkişafı Agentliyində (MEDİA) görüş keçirilib.
MEDİA-dan 525.az-a bildirilib ki, görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində informasiya və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tərəfdaşlığın qurulması ilə bağlı bir sıra məsələlərə toxunub, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” çərçivəsində müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsinin vacibliyini vurğulayıb.
Çin Qitələrarası Kommunikasiya Mərkəzinin direktor müavini Cui Binzhen isə hər iki ölkə arasında sözügedən sahədə mövcud potensialın artırılması üçün müxtəlif platformalar vasitəsilə əlaqələrin dərinləşdirilməsinin, jurnalistlər və media mütəxəssisləri arasında birgə təlim proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib, dezinformasiyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















