Icma.az
close
up
RU
525ci qəzet BDUnun tələbə və müəllimləri “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulublar

525ci qəzet BDUnun tələbə və müəllimləri “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulublar

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura səviyyələrində 23 mindən çox tələbəsi və 3 mindən çox müəllimi “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Xatırladaq ki, Azərbaycanda COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar təhsil pilləsi üzrə tədris və təlim-tərbiyə prosesi noyabrın 12-dən 22-dək distant formada təşkil edilir.

BDU 2021-ci ildən etibarən ABŞ-ın “Blackboard” şirkəti ilə əməkdaşlıq edir. “Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbə və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır. BDU-nun təşəbbüsü ilə “Blackboard” sisteminin Azərbaycan dilli versiyası da yaradılıb. Bütün dərslərin modulları ilk dəfə olaraq istifadəçilərə Azərbaycan dilində təklif edilib. Bundan başqa, bütün istifadəçilərə “Blackboard”ın “Ultra” variantından istifadə etmələri üçün şərait yaradılıb.

Sadə və intuitiv dizayna malik “Blackboard” platforması tələbə və müəllimlər arasında effektiv qarşılıqlı əlaqəni təmin etməklə yanaşı, istifadəçilərə bir çox üstünlüklər verir. Müəllimlər dərs planlarını asanlıqla yaradır, kurs materiallarını paylaşır, sistem vasitəsilə tapşırıqlar verərək onların avtomatik yoxlanılmasını həyata keçirə bilir. Müəllimlər onlayn tədris prosesində interaktiv üsullardan istifadə edir, elektron formada tələbələrin davamiyyətini yoxlayır, analitik hesabatlar əldə edir. Platforma vasitəsilə tələbələrin ümumilikdə tədris materiallarına rahat əlçatanlığı təmin edilir.

“Blackboard Ultra” həm müəllimlər, həm də tələbələr üçün təhsil prosesini daha rahat və effektiv edir. Müəllimlər dərs planlaşdırması və idarəetmədə böyük rahatlıq qazanır, tələbələr isə məlumatlara daha sürətli çıxış əldə edərək öz öyrənmə proseslərinə nəzarət edə bilirlər. Yekunda isə tələbələr haqqında müvafiq qeydlər BDU-nun “Elm-təhsilin idarə edilməsi sistemi”nə daxil edilir.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri