525ci qəzet Bələdiyyə seçkilərində namizədlərin sənədlərinin qəbulu dekabrın 10da başlayacaq
525.az-dan alınan məlumata görə, Icma.az bildirir 525ci qəzet Bələdiyyə seçkilərində namizədlərin sənədlərinin qəbulu dekabrın 10da başlayacaq.
Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu seçki gününə 50 gün qalmış - dekabrın 10-da başlayacaq.
525.az xəbər verir ki, bu tarix "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarovanın təqdimatına əsasən, müraciətlərin qəbulu dekabrın 30-u saat 18:00-da yekunlaşacaq.
MSK katibi vurğulayıb ki, namizədliyin irəli sürülməsi prosesi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra başlayır.